Hal-hazırda Ayna qəzetinin 20.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 20.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Reperin keçmiş həyat yoldaşı oxumayacaq
Reperin keçmiş həyat yoldaşı oxumayacaq
Anasının şərti ilə razılaşıb
Cümə, 20.01.2012

Z.Rəhimqızı mətn ölçüsü  

Reper Hüseyn Dəryanın keçmiş həyat yoldaşı, bir müddət əvvəl özünü həvəskar ifaçı kimi ictimaiyyətə təqdim edən Sona xanımın oxumağı deyil, açıqlamaları marağa səbəb oldu. Əksər şou-proqramlarda həvəskar ifaçının istedadının bir o qədər parlaq olmadığı önə çəkilərək, istedadlılarla müqayisə edildi. Reperin də uşağının anasının sənətinə münasibəti birmənalı olmadı. Onu yalnız evdar qadın kimi görmək istəyən Hüseyn Dəryanın arzuları çin oldu. Sona xanım qısa zamanda qərarını verdi - oxumaqdan, mahnı həvəsindən vaz keçdi. Onu əlində mikrofon səhnədə oxuyan görməyəcəyik. Bu barədə özü danışıb:

"Hüseynin həyat yoldaşı kimi insanların arasında çoxlu hörmətim oldu. Amma çoxları eşidəndə ki, mahnı oxuyuram, etiraz edib, fikrimdən daşınmağı məsləhət gördülər. Mən həmin hörməti itirməmək üçün bu addımı atdım. Qərarımı verməkdə əsas məqsədim bir də anam oldu".

Sona xanım deyir ki, anası onun qarşısında şərt qoyub - "ya səhnə, ya mən". İkinci ilə razılaşan Sona xanım belə deyir:

"Əslində, mənim və övladımın dolanışığını əsas anam təmin edir. Atam Moskvada yaşayır və işləyir. Qazancını göndərir və anam mənimlə bölüşür. Mən onun övladı olaraq mövqeyinə hörmətlə yanaşdım. Bir də doğmalarımın himayəsini hər şeydən üstün bildim. Bu səbəbdən də müğənni olmaqdan imtina etdim. Anam əlini üstümüzdən çəksə, mən, demək olar - sıfıram".

Sona xanımdan soruşanda: "Məgər Hüseyn bəy övladına maddi dəstək göstərmir?" - belə cavab verdi:

"Əslində olur. Amma bu, dolanışığımız üçün kifayət deyil. Axı Hüseyn özü yaxşı pul qazanmır ki, bizi də yaxşı təmin eləsin. Ayda bəzən 2-3 dəfə uşaqla görüşür. Bunların birində uşağın cibinə pul qoyur ki, özünə kontur və yə nə isə alsın. Pulu olanda, mütləq övladı ilə bölüşür. Az olduğundan mənim də tələbim böyük deyil".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Venesiya Komissiyasının 81-ci sessiyası başlanıb

Ombudsman yenə Elmira Süleymanova oldu

Parlamentdə Elmar Hüseynovun qətlindən danışıldı

Yeni zoopark üçün 55 hektar sahə ayrılıb

Hakimlər maaşdan əlavə aylıq da alacaq

Bölmənin digər xəbərləri
 
İki ifaçının mahnı davası
Biri danışdı, o biri şərhdən yayındı

Dincəlməyə gedibmiş, filmdə çəkilib
Arzum özünü aktrisa ampluasında görür

Azərin Türkiyə seyrçisini heyrətləndirdi
Sənətçinin daha bir uğuru

Elmira Ələkbərzadənin strategiyası başqadır
Yalanla gündəmdə qalmağa nifrət edir

"Eurovision" qaliblərimiz Danimarkada
Orada milli seçimdə münsifdirlər

Pərviz Mahmudov məhsuldar çalışma vəd edir
Həm də istəyir ki, bəstələri sərhədlər aşsın

Röya konsert avadanlıqlarını türklərə həvalə edib
Özü də yaradıcı məqsədlə İstanbuldadır

Safura maraqlı şou vəd edir
Hər şey orijinal tərtibatda olacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər