Azərin Türkiyə seyrçisini heyrətləndirdi
 |
Sənətçinin daha bir uğuru
Cümə, 20.01.2012
|
|
Osmaniyənin Fransız İşğalından Qurtuluşunun 90 illiyi ilə əlaqədar keçirilən törəndə Azərbaycanın əməkdar artisti Azərin də vardı. Bu barədə qəzetimizə açıqlama verən Azərinin sözlərinə görə, mərasimin rəsmi hissəsindən sonra konsert proqramı təqdim olunub. Konsertdə Türkiyənin dövlət sənətçiləri ilə yanaşı, Azərin də iştirak edib. Osmaniyə Bələdiyyə Musiqi Dərnəyinin təşkilatçılığı ilə keçirilən konsertdə azərbaycanlı sənətçi biri-birindən maraqlı repertuarla çıxış edib. Əməkdar artistin ifası böyük alqışlarla qarşılanıb. Azərin çıxışında belə bir tədbirə dəvət olunduğu üçün təşəkkürünü bildirib:
"Osmaniyənin düşməndən azad olunmasının 90 illik mərasimində sizinlə bir yerdə olmaqdan məmnunam. Milli mücadilədə şəhid olanların ruhlarını hörmətlə anıram".
Azərinin bu çıxışı ayaq üstə alqışlanıb.
"Tədbirin məqsədi yaddaşları yeniləməkdir. Fransızların türklərə qarşı savaşı barədə tarixi faktlar yetərincədir. Osmaniyənin fransızlardan azad olunmasının 90 illiyini keçirməkdə məqsədi bir daha tarixi yada salmaq, türk millətlərinin qardaşlığını bir daha nümayiş etdirməkdir. Nəzərə alsaq ki, bu gün fransızların türklərə qarşı münasibətlərində açıq-aşkar düşmənçilik mövqeyi durur. Türk millətlərinin türk qardaşlarına dəstəyi vacibdir. Belə dönəmdə Azərbaycan sənətçisinin türk millətinə olan hörməti, mənəvi dəstəyi iki dövlət arasında olan qardaşlığının bariz nümunəsi kimi dəyərləndirildi".
Səfərini davam etdirən Azərin daha bir neçə tədbirə qatılacağını və türkə dəstək şüarı ilə çıxış edəcəyini bildirdi.
|
|
|
Oxşar xəbərlər:
Türkiyə səfirliyi qarşısında aksiya
Bakı-Tbilisi-Qars gələn il istifadəyə veriləcək
Qəzaya uğrayan sərnişinlər Bakıya gəldilər
Cəmil Həsənlinin monoqrafiyası ABŞ-da nəşr olunub
Türklər Azərbaycanı ən yaxın dost sayırlar
|
|
|