Hal-hazırda Ayna qəzetinin 20.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 20.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Dincəlməyə gedibmiş, filmdə çəkilib
Dincəlməyə gedibmiş, filmdə çəkilib
Arzum özünü aktrisa ampluasında görür
Cümə, 20.01.2012

Z.Rüstəm mətn ölçüsü  

Bir müddət əvvəl Türkiyə səfərinə hazırlaşan Arzum məqsədi barədə heç bir açıqlama vermək qərarında idi. Səfərini başa vuran sənətçi uğurlu keçən yaradıcılıq işi barədə AYNAya danışdı:

"Qeyd edim ki, gedərkən bunu istirahətlə bağlamağa çalışdım ki, boş vədlər danışmayım. Maraqlı bir layihədə iştirak etdim və bu barədə informasiyanı bölüşmək istəyirəm. Səfər müddətində özümü fərqli ampluada sınamışam. Bu, yaradıcılığımda bir ilk idi".

Bir müddət öncə gələn təklifi dəyərləndirən Arzum orda filmə çəkilib. Bildirək ki, film Türkiyənin kino sektorunda uğurlu işlərə imza atmış prodakşn tərəfindən ekranlaşdırılır. Müqavilənin şərtlərinə əsasən, ifaçı film barədə ətraflı danışa bilməz. Buna görə də filmin adını sirr saxlayan ifaçı sadəcə olaraq rolu barəsində məlumat verməklə kifayətləndi. Əsilzadə ailənin şıltaq qızı obrazını canlandıran sənətçi filmin çəkilişlərinin davam etdiyini bildirdi:

"Filmin çəkilişlərinin əsas hissəsi çəkilib. Sadəcə olaraq hava şəraiti ilə əlaqədar olaraq mövsümün dəyişməsini gözləyirik. Çünki filmin digər hissəsində hadisələr dəniz kənarında, istirahət məkanında cərəyan edir".

Filmin təqdimatına gəlincə, Arzum bildirdi ki, ilin sonunadək ekran işinin montajı yekunlaşacaq və çox güman ki, premyerası reallaşacaq. "Sözsüz ki, film ilk olaraq Türkiyədə yayımlanacaq. Azərbaycanda təqdim olunması bizim təşkilatçılardan asılıdır. Əgər şirkətlə razılıq əldə olunsa, vətənimizdə də nümayiş oluna bilər", - deyə Arzum qeyd edib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Türkiyə səfirliyi qarşısında aksiya

Norveçli jurnalistlər işlərini ehtiyatlı tutublarmış

Bakı-Tbilisi-Qars gələn il istifadəyə veriləcək

Qəzaya uğrayan sərnişinlər Bakıya gəldilər

Cəmil Həsənlinin monoqrafiyası ABŞ-da nəşr olunub

Bölmənin digər xəbərləri
 
İki ifaçının mahnı davası
Biri danışdı, o biri şərhdən yayındı

Azərin Türkiyə seyrçisini heyrətləndirdi
Sənətçinin daha bir uğuru

Reperin keçmiş həyat yoldaşı oxumayacaq
Anasının şərti ilə razılaşıb

Elmira Ələkbərzadənin strategiyası başqadır
Yalanla gündəmdə qalmağa nifrət edir

"Eurovision" qaliblərimiz Danimarkada
Orada milli seçimdə münsifdirlər

Pərviz Mahmudov məhsuldar çalışma vəd edir
Həm də istəyir ki, bəstələri sərhədlər aşsın

Röya konsert avadanlıqlarını türklərə həvalə edib
Özü də yaradıcı məqsədlə İstanbuldadır

Safura maraqlı şou vəd edir
Hər şey orijinal tərtibatda olacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər