Hal-hazırda Ayna qəzetinin 20.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 20.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
İki ifaçının mahnı davası
İki ifaçının mahnı davası
Biri danışdı, o biri şərhdən yayındı
Cümə, 20.01.2012

Xatun mətn ölçüsü  

"Gec olsun, güc olsun" prinsipi ilə çalışan Abbas Bağırov yeni klip çəkdirib. Sözləri və musiqisi Anar Məmmədova aid olan "Aləm gözəl" adlı mahnısına ekran həyatı vermək üçün Nail Naiboğluna müraciət edib.

İki gün davam edən çəkilişlər həm pavilyonda, həm də şəhərin müxtəlif məkanlarında aparılıb. Öyrəndik ki, çəkilişlər üçün Türkiyədən xüsusi olaraq avadanlıq gətirilib.

Yaxın günlərdə seyrçilərə təqdim olunacaq "Aləm gözəl"in nümayişi paralel olaraq Türkiyənin yerli telekanallarından birində də olacaq.

Yeri gəlmişkən, Ramal İsrafilov və Abbas Bağırov arasında narazılıq yenidən baş qaldırıb. Bu dəfə Ramal eks üzvü olduğu "A trio" qrupunun rəhbəri Abbas Bağırova qarşı mahnı iddiası ilə çıxış edib. Belə ki, Abbas Ramalın bəstələdiyi "Xoşbəxt sevgi" adlı mahnısını "Aləm gözəl" adı ilə ondan icazəsiz olaraq öz repertuarına daxil edib və bu azmış kimi müəllifin adını da dəyişib:

"Oxuyur? Canı sağ olsun. Heç olmasa müəllif olaraq öz adımı çəksin. "Aləm gözəl" mahnısını mən Anar Məmmədovun tədbirində ev yiyəsinə hədiyyə olaraq oxumuşam və bunun müəllifi özüməm. Abbas isə bu mahnını dübarə oxuyaraq müəllif kimi Anar Məmmədovu göstərir", - deyə Ramal İsrafilov narazılığını etdi.

Bəstəkar-müğənni hüquqlarını tələb edəcəyini də bildirdi:

"Bu mahnım da başqa mahnılarım kimi Müəllif Hüquqları Agentliyində mənim adımla qeydiyyatdan keçib. Bu, mənim halal zəhmətimdir. Zəhmət olmasa, oxuyan hər kəs bunu nəzərə alsın".

Məsələyə geniş mövqe bildirməyən Abbas isə Ramalın iddiasının əsassız olduğunu bildirdi və şərh vermək istəmədi. Dedi ki, zamanında hər şey olduğu kimi görünəcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Pənah Hüseynlə İqbal Ağazadənin münasibətləri kəskinləşir

Qaliblər ali məktəblərə imtahansız qəbul olunacaq

TQDK-ya 22 Avropa və dünya çempionu müraciət edib

I Şah Abbasın saray tarixçisinin əsəri çapa hazırlanır

TQDK iyunun 20-də iki imtahan keçirəcək

Bölmənin digər xəbərləri
 
Dincəlməyə gedibmiş, filmdə çəkilib
Arzum özünü aktrisa ampluasında görür

Azərin Türkiyə seyrçisini heyrətləndirdi
Sənətçinin daha bir uğuru

Reperin keçmiş həyat yoldaşı oxumayacaq
Anasının şərti ilə razılaşıb

Elmira Ələkbərzadənin strategiyası başqadır
Yalanla gündəmdə qalmağa nifrət edir

"Eurovision" qaliblərimiz Danimarkada
Orada milli seçimdə münsifdirlər

Pərviz Mahmudov məhsuldar çalışma vəd edir
Həm də istəyir ki, bəstələri sərhədlər aşsın

Röya konsert avadanlıqlarını türklərə həvalə edib
Özü də yaradıcı məqsədlə İstanbuldadır

Safura maraqlı şou vəd edir
Hər şey orijinal tərtibatda olacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər