Hal-hazırda Ayna qəzetinin 20.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 20.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Nəqliyyatı intellektual idarəetmə 8 ölkədə var
Nəqliyyatı intellektual idarəetmə 8 ölkədə var
Onlardan ən müasiri Azərbaycanda imiş
Cümə, 20.01.2012

mətn ölçüsü  

Nəqliyyatı intellektual idarəetmə məsələsi xeyli vaxtdır diqqətdədir. Bu gün ictimai nəqliyyatda o qədər problemlər yaşanır ki, hamı gözünü bu sistemə dikib. Paytaxtın avtobus dayanacaqlarının çoxunda intellektual idarəetmə monitorları quraşdırılıb. Şəhərin mərkəzi səmtlərində quraşdırılan monitorların əksəriyyəti artıq istifadəyə verilib. Bunun üstünlükləri kimi deyə bilərik ki, dayanacaqda vətəndaş hansı avtobusun neçə dəqiqədən sonra gələcəyini monitordan görə bilir. Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov qeyd edir ki, monitorların başa düşülməsi çox asandır, nə etmək lazım olduğu ekranda Azərbaycan dilində göstərilib, xarici vətəndaşlar üçün ingilis dili də yerləşdirilib.

Monitorlarla bağlı bir neçə dayanacaqda olduq, əksəriyyətinin ekranında yazılıb ki, "tamamlama işləri gedir". Bizim redaksiya ilə üzbəüzdəki dayanacaqda quraşdırılan isə işə salınmadı - həmin gecə ona maşın çırpılmış, hər şey çiliklənib yerə tökülmüşdü. Sonra dirəklərin əyri-üyrüsünü düzəltdilər. Təzə şüşə və monitoru isə hələ də yoxdur. Bu dayanacağın məhzun görkəmi pəncərəmizdən görünür.

Namiq Həsənov deyir ki, bu sistem dünyanın cəmi 8 ölkəsində var. Onların da ən son texnologiyaya əsaslanan və müasiri Azərbaycandadır:

"İntellektual idarəetmə sisteminin mərkəzi binasında 24 metr uzununda, 5 metr hündürlüyündə monitor var. Yəni şəhərdəki bütün ictimai nəqliyyat sistemi hissələrə bölünərək, hamısı o monitorda əks olunur. Bu sistem Bakıda 664 dayanacaqda quraşdırılacaq. Bundan sonra vətəndaşlarımız da fikirləşsinlər ki, bu qədər vəsait məhz onlar üçün yatırılıb. Yəni bu aparatlara qayğı və diqqətlə yanaşsınlar".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Rayonlara mətbəxi olan avtobuslar işləyəcək

Şəbəkə üç aya tam işlək vəziyyətdə olacaq

4 milyard 219 milyon pul hara xərclənib?

Nəqliyyatda bahalaşma inflyasiyanı yüksəldəcək

Avtobuslarda bahalaşma gözlənilmir

Bölmənin digər xəbərləri
 
"Bənövşəyi" siyasət
Və bizim məmurların udmaq istədiyi taksi biznesi

İqtisadi azadlığa görə 91-ci olduq
Hesabata görə, ölkədə daha dərin islahatlara ehtiyac var

Bildirişsiz qazı, işığı kəsmək olmaz
Yenə də qanunun bu tələbinə əməl edilmir

Öz qazımızı elə öz kəmərimizlə...
Avropanın enerji təhlükəsizliyində Bakının sözünün kəsəri artır

Balıqçılıq zonasının eni razılaşdırıldı
Nərə ovuna gəldikdə...



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər