Hal-hazırda Ayna qəzetinin 20.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 20.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Bildirişsiz qazı, işığı kəsmək olmaz
Bildirişsiz qazı, işığı kəsmək olmaz
Yenə də qanunun bu tələbinə əməl edilmir
Cümə, 20.01.2012

mətn ölçüsü  

Qüvvədə olan "Elektroenergetika haqqında" və "Qaz təchizatı haqqında" qanunlara görə, istehlakçıya yazılı bildiriş göndərilmədən qaz, elektrik və istilik enerjisini kəsmək qəti olmaz. Çox təəssüf ki, bu qanunvericiliyin tələbinə kommunal xidmət orqanlarında yenə də əməl edilmir. Yenə də xəbərdarlıq edilmədən mənzillərə qaz və elektrik verilməsi dayandırılır. Bəzən bir neçə günlüyə harasa getmiş vətəndaş evinə qayıdanda işıq və qazın kəsildiyini görür. Xəbərdarlıq edilmədən kəsilən qaz və elektrikin qəflətən verilməsi isə faciələrə yol aça bilir.

"Bakıelektrikşəbəkə" mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev hər bir borclu abonentə bildiriş verildiyini qeyd edir:

"Abonentə verilən bildirişin arxasında isə borcu vermədikləri təqdirdə müəyyən tədbirlərin görüləcəyi barədə məlumat yazılır. Abonent bildirişi aldıqdan sonra 10 gün müddətinə borcunu ödəməsə, elektrik enerjisi kəsilir. Biz borclu abonentlərin işığının kəsiləcəyi barədə dəfələrlə xəbərdarlıq edirik. Hətta mətbuat vasitəsilə bu xəbərdarlıqlar yayılır".

"Azəriqaz" SC qaz təsərrüfatı istismarı şöbəsinin müdiri Vaqif Namazov bildirir ki, MM adıçəkilən qanunları təsdiq edəndən sonra abonentə mütləq xəbərdarlıq olunmalıdır. Bundan sonra qazın kəsilməsinə icazə verilir. Təqdim etdiyimiz bildirişdə borcun son ödəmə tarixi göstərilir. Abonent bildirişə məhəl qoymadıqda həmin tarixdə əməkdaşlarımız tərəfindən qaz təchizatı dayandırılır. Bundan başqa, hər hansı bir səbəbdən, hansısa əraziyə təbii qaz verilməsində fasilə yaranacaqsa, dərhal əhaliyə kütləvi informasiya vasitələri ilə xəbərdarlıq edilir. Əvvəlcədən planlaşdırılan təmir-tikinti işləri ilə əlaqədar əhali 5 gün əvvəldən, hansısa qəza baş verərsə, elə həmin gün qazın kəsilməsi barədə xəbərdar edilir". "Azərsu" ASC-dən də bildirildi ki, bu qanun onlara aid olmasa da, suyu yalnız xəbərdarlıq ediləndən sonra kəsirlər. İşçilər hər borclu abonentə bir ay əvvəldən xəbərdarlıq edir. Daha sonra ona su verilməsi dayandırılır.

İqtisadçı Nazim Məmmədov isə hesab edir ki, kimin ki, işığa, suya, qaza borcu var, ona əvvəlcədən xəbərdarlıq edilməlidir.Eyni zamanda darvazadan kənarda quraşdırılan sayğaca görə vətəndaşın məsuliyyət daşıması da yolverilməzdir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Qazın qiymət artımı narazılıq yaradıb

İrandan Qarabağa - təbii qaz

Milli mətbuatın 135 illik yubileyi qeyd ediləcək

Qazaxda jurnalistlərin Xocalı toplantısı

Lalə Şövkətdən "Ölkə"yə qarşı iddia

Bölmənin digər xəbərləri
 
"Bənövşəyi" siyasət
Və bizim məmurların udmaq istədiyi taksi biznesi

İqtisadi azadlığa görə 91-ci olduq
Hesabata görə, ölkədə daha dərin islahatlara ehtiyac var

Öz qazımızı elə öz kəmərimizlə...
Avropanın enerji təhlükəsizliyində Bakının sözünün kəsəri artır

Nəqliyyatı intellektual idarəetmə 8 ölkədə var
Onlardan ən müasiri Azərbaycanda imiş

Balıqçılıq zonasının eni razılaşdırıldı
Nərə ovuna gəldikdə...



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər