Hal-hazırda Ayna qəzetinin 20.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 20.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Məhbuslara elektroşok işgəncəsi
Məhbuslara elektroşok işgəncəsi
\"Gecə dindirmələri\" işgəncəsi də tətbiq edilir
Cümə, 20.01.2012

S.Sədrəddin mətn ölçüsü  

Azərbaycanlı təəssübkeşlərdən doktor Məhərrəm Kamrani və mühəndis Saleh Mollabbasinin həbsinə dair məhkəmə qərar çıxarıb. "Öyrənici"nin məlumatına əsasən, onlar Əhər şəhərindəki yerli inqilab məhkəməsi tərəfindən 6 ay azadlıqdan məhrum ediliblər. Bu azərbaycanlı ziyalılar "siyasi qruplaşmalarda iştirak etməklə islami hakimiyyəti yıxmağa cəhd və sistemin əleyhinə təbliğat aparmaqda" ittiham olunublar.

Məhərrəm Kamrani Şəhriyar adına ocağın mərkəzi şurasının üzvü, "Oyanış" adlı tələbə dərgisinin məsulu və Azərbaycan nəşriyyatı ocağının üzvüdür.

Saleh Mollabbasi də tanınmış tələbə fəallardan olub. Başqa bir ziyalı - Həmidə Fərəczadə Təbrizdəki mərkəzi həbsxanaya köçürülüb. Həmidə xanım ötən il Azərbaycan türklərinin kütləvi həbsi zamanı Urmiya şəhərində tutularaq, ETTELAAT-ın Təbriz təcridxanasında 3 aydan artıq təkadamlıq kamerada saxlanılıb. Bu müddətdə o, fiziki və mənəvi işgəncəyə məruz qalıb, gecə-gündüz sorğu-sual olunub. Həmidə xanım 5 aydan sonra 220 min dollarlıq mülk girovu qarşılığında azad edilmişdi. İnqilab məhkəməsinin Təbriz idarəsinin ikinci şöbəsi "milli təhlükəsizliyi pozmaqda, dövlət quruluşuna qarşı təbliğat aparmaqda" suçlayaraq, onu 6 ay azadlıqdan mərhum etmişdi.

Tutuqlama zamanı 5 ay saxlandığını hesablayaraq 6 aylıq həbs müddətinin bir ayını zindanda keçirəcək. Onu da bildirmək lazımdır ki, Həmidə Fərəczadə ötən il həbs edilməzdən öncə öz iş yerindən, yəni Taleqani adına xəstəxanadan da çıxarılmışdır (Həmidə xanım Tibb Universitetini bitirib).

Ötən həftə eyni məhkəmənin qərarı ilə suçlanan Yunus Süleymani də həbsindən qalan 40 günü Ərdəbil zindanına aparılıb. Bu tələbə də 6 ay müddətinə azadlıqdan məhrum edilib. O da tutulduğu ilk 5 ayı Təbrizdə təkadamlıq kamerada saxlanılıb. Yunus Süleymani təcridxanada işgəncəyə məruz qalıb. Elektroşok nəticəsində bir dəfə infarkt keçirib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycanın NATO münasibətlərində ziddiyyət

Fahişəlik - qadağa, ya leqallaşma?..

Tələbələr davamlı təzyiq altında

Məkarim Şirazi yenə danışdı

Pozuculuq açıq təbliğatla çulğalaşanda

Bölmənin digər xəbərləri
 
Tacik "prezident"dən panfarsist şərh
Səfərov bu fikirlərə çağdaş İranı "araşdırarkən" gəlib

Pozuculuq açıq təbliğatla çulğalaşanda
Buna faktları əyri güzgüdə görmək də deyilir

Əli Əkbər Salehi: "İran əhalisinin 40 faizi türkcə danışır"


Təbrizdə işçilərin kütləvi ixtisarı aparılır


Şahrux Zamani həbs olunub




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər