Hal-hazırda Ayna qəzetinin 20.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 20.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Tacik "prezident"dən panfarsist şərh
Tacik "prezident"dən panfarsist şərh
Səfərov bu fikirlərə çağdaş İranı \"araşdırarkən\" gəlib
Cümə, 20.01.2012

S.Soltan mətn ölçüsü  

Əslən tacik olan Rəcəb Səfərov Moskvada yaşayır. Bu şəhərdə "Çağdaş İranı araşdırma mərkəzi" qurub və buranın "prezidenti"dir. Bizdə olan bilgiyə görə, bu şəhərdə ölüm-zülüm jurnalistika ixtisası alıb, indi isə İran və Azərbaycan məsələləri üzrə hətta "ekspert"dir. Bu günlərdə Səfərovun bir "şərhi"ni oxuduq və gülməyimizi güclə saxladıq.

"İlk növbədə İran azərbaycanlıları iranlıdır, İslam Respublikası vətəndaşıdır. Azərbaycan Respublikasına birləşməyi onlar qorxunc yuxularında da görmürlər" ("Georhiatimes.info"). Bu, "ekspert"in birinci tezisi. Bir az sonra isə deyir: "İranın şimalında, azlıqda yaşayan azərbaycanlılar separatçı ideyalara yoluxublar. Onlar İran cəmiyyətində özlərinə yer tapmayanlardır".

Ziddiyyəti gördükmü? Əvvəl "yuxuda da görmürlər", sonra isə bəlli olur ki, sən demə, "separatçılığa yoluxublar".

Bu sayaq "araşdırma mərkəzləri"nin nə məqsədlə yarandığı və musiqi havasının parasını kimin verdiyi bizə maraqlı deyil. Amma bu "ekspert"in fars şovinist təbliğatının, erməni təbliğatının gözümüzü döyənək etmiş tezisləri ilə danışdığı diqqətimizi çəkdi. Bu "ekspert" İranın şimalında Azərbaycan türklərini azlıq bilir, yəqin bilmir ki, türklər ölkə əhalisinin azı 25 faizini təşkil edir, onlardan sonrakı yerdə 22 faizlə farslar gəlir.

"Prezident"in diqqətinə çatdırmaq istərdik ki, Güney Azərbaycan türkləri çoxluqdur və bu, dünyada ən təzadlı haldır ki, çoxluğun milli haqqı təmin olunmayıb. İran türkləri bu ölkə çərçivəsində öz milli-mədəni haqlarının təmin olunmasını istəyirlər. Türklərin İrandan ayrılaraq öz dövlətini qurmaq istəyənlər də var və bu cərəyan da kifayət qədər nüfuzludur.

"Azərbaycanşünas" və "iranşünas" bu tacik "ekspert"in yeni bir "kəşfi"ni də oxuduq: "Nə Cənubi, nə də Şimali Azərbaycan var. İranın tarixi "Şimal əyaləti" var. Bu bölgənin sakinləri ənənəvi olaraq, İran dövləti və İran mədəniyyətinə bağlı olublar. Separatçılıq ruhu xaricdən gəlir. Normal insan buna aldanmaz".

İran, Güney Azərbaycan haqqında öz "dərin biliyini" nümayiş etdirən tacik "mütəxəssis" demə, Azərbaycan tarixindən də xəbərdar imiş: "Azərbaycan sözü fars mənşəlidir. Antik dövrdə bu ərazi, Arazdan şimal "Alban", yaxud ermənicə "Alvank" adlanıb. İran tarixçiləri oranı "Aran" adlandırır. 1912-ci ilin rus ensiklopediyasında Azərbaycan belə təyin olunub: İranın şimalında varlı sənaye əyaləti, İran Kürdüstanı, Türkiyə, Əcəm və Rusiyanın Cənub Qafqaz bölgələri ilə həmsərhəddir. O, Araz çayı ilə məhdudlanıb".

Səfərova görə, demə, tarix 1912-ci ildən başlanırmış. Bu "ensiklopediya"da isə yazılanlar təkzibolunmaz şeylərmiş. "Prezident" hətta əyləncəli bir elm sahəsi sayılan etimologiyaya da marağı varmış. "Azərbaycan" sözü demə, fars mənşəli imiş.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Tariximizin doğru-düzgün salnaməsini yazmış ədib

Bir tarixi gerçəyin işığında

Güneydə həbslər dalğası

O tapıntıları hara apardılar?

"Yaşıl Hərəkat"a etimad yox

Bölmənin digər xəbərləri
 
Pozuculuq açıq təbliğatla çulğalaşanda
Buna faktları əyri güzgüdə görmək də deyilir

Əli Əkbər Salehi: "İran əhalisinin 40 faizi türkcə danışır"


Təbrizdə işçilərin kütləvi ixtisarı aparılır


Şahrux Zamani həbs olunub


Məhbuslara elektroşok işgəncəsi
"Gecə dindirmələri" işgəncəsi də tətbiq edilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər