Azərbaycan Dövlət İstiqlal Muzeyində 1990-cı il 20 Yanvar hadisələrinin 22-ci ildönümünə həsr edilən sərgi keçirilib. "20 Yanvar şəkillərin dili ilə" adlı sərgi-tədbirdə faciəli gün xatırlanıb.
Tədbirdə muzeyin direktoru Fəridə Şəmsi çıxışında 20 Yanvar faciəsinin tarixinə nəzər salaraq bildirib ki, 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qara səhifə olaraq qalacaq:
"Yüzlərlə günahsız insanın qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi".
Sərgidə Qərb Universitetinin dizayn fakültəsinin tələbələrinin 53 rəsm əsəri nümayiş olunub. Tədbirdə ilk dəfə olaraq 20 Yanvar faciəsinə həsr olunan sənədli film sərgi iştirakçılarının marağına səbəb olub.