Yanvarın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin "Traviata" operasının tamaşasıdır. Tamaşanı Belarus Akademik Opera və Balet Teatrının dirijoru Vyaçeslav Voliç idarə edəcək. Teatrın mətbuat xidmətindən bildirilir ki, əsas partiyalardan biri - Alfred partiyasını tanınmış italyan tenoru Rikardo Mirabelli ifa edir. Jermon rolunda Vokalçıların Bülbül adına I Beynəlxalq müsabiqəsinin Birinci mükafatının sahibi Besik Qabitaşvili, Violetta partiyasında gənc və istedadlı vokalçısı İlahə Əfəndiyevadır. Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri Əli Əsgərov (Markiz d`Obinyi) və Əkrəm Poladov (Doktor Qrevil) da tamaşada yer alırlar.
|