Eurovision-2012-yə 43 ölkə gəlir
 |
Bu siyahıda Ermənistan da var
Cümə, 20.01.2012
|
|
mətn ölçüsü |
|
|
|
Eurovision-2012-də iştirak edəcək ölkələrin adları açıqlanıb. Bu sayca 57-ci mahnı müsabiqəsində iştirak etmək üçün 43 ölkə müraciət edib. Onların sırasında müsabiqəyə ötən il qayıtmış İtaliya, Macarıstan, Avstriya da var. Eurovision mahnı müsabiqəsində son 3 ildə iştirak etməyən Monteneqro da builki yarışmaya qatılacaq. Bununla da Eurovision-2012-də iştirak edən ölkələrin sayı 2008 və 2011-ci illərdə qazanılmış rekordu təkrarlamış olacaq.
Eurovisionun baş prodüseri Yan Ola Sand 2012-ci ildə müsabiqədə yenidən 40-dan artıq ölkənin iştirak etməsindən məmnun olduğunu deyib: "Bu ölkələr mayda Azərbaycanı və onun xalqını daha yaxından tanımaq və əlbəttə, dünyanın ən möhtəşəm şousunun bir hissəsi olmaq üçün Bakıda toplaşacaqlar".
Eurovision-2012-də iştirak edəcək ölkələrin siyahısı:
1. Albaniya 2. Ermənistan 3. Avstriya 4. Azərbaycan 5. Belarus 6. Belçika 7. Bosniya və Herseqovina 8. Bolqarıstan 9. Xorvatiya 10.
Kipr 11. Danimarka 12. Estoniya 13. Finlandiya 14. Fransa 15. Makedoniya 16. Gürcüstan 17. Almaniya 18. Yunanıstan 19. Macarıstan 20. İslandiya 21. İrlandiya 22. İsrail 23. İtaliya 24. Latviya 25. Litva 26. Malta 27. Moldova 28. Monteneqro 29. Niderland 30. Norveç 31. Portuqaliya 32. Rumıniya 33. Rusiya 34. San-Marino 35..
|
|
|
|
|
|
|