"Erməni soyadlarının 80 faizi türk mənşəlidir". Bunu APA-ya açıqlamasında MEA Folklor İnstitutunun aparıcı elmi işçisi və şöbə müdiri Əziz Ələkbərli deyib. Ələkbərli deyir ki, türk mənşəli erməni soyadları ilə bağlı apardığı araşdırma bunu sübut edib. Hazırda ermənilərdə işlədilən 500-ə yaxın soyadın türk mənşəli olduğu aşkar edilib: "Bunlara misal olaraq, Köçəryan, Dəmirçiyan, Tumanyan, Nalbəndyan, Çörəkçiyan və digər soyadları göstərə bilərik. Erməni soyadlarının 20 faizini isə xristian dini ilə bağlı soyadlar təşkil edir".
|