Əli İnsanovun Ədliyyə Nazirliyinə qarşı şikayəti təmin olunmayıb
|
Ümid kassasiya şikayətinə qalıb
Şənbə, 14.01.2012
SƏİD |
mətn ölçüsü |
|
|
|
Həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun Ədliyyə Nazirliyinə qarşı birinci instansiya məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsində proses başa çatıb. APA-nın xəbərinə görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb. Bu qərardan da Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.
Əli İnsanov saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində vəkilləri və hüquq müdafiəçisi Elçin Behbudovla görüşə icazə verilmədiyi üçün hərəkətin qanunsuz hesab edilməsi barədə iddia ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə onun şikayətini təmin etməyib. Bundan sonra qərardan apellyasiya şikayəti verilib.
insanov,mehkeme,edliyye
|
|
|
|
|
|
|