Hal-hazırda Ayna qəzetinin 14.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Bizim F-16 təyyarələrimiz yoxdur
MN şərh vermir, hərbi mənbələr isə bunu təsdiq etmirlər
Şənbə, 14.01.2012

mətn ölçüsü  

"Yeni Müsavat" qəzetinin "Nasosnı" aeroportunda iki F-16 təyyarəsi olduğu haqda məlumatı həqiqətə uyğun deyil, bu barədə "Turan"a məlumatlı hərbi mənbə bu qəzetin məqaləsini şərh edərkən bildirib. F-16 Amerika istehsalı olan təyyarədir, bu ölkə isə Azərbaycana bu növ texnika satmır, - deyə mənbə qeyd edib.

Bu təyyarələrin "qonaq" qismində, yəni ABŞ və ya Türkiyə HHQ-nin xoşməramlı səfəri şəklində peyda olması haqqında suala cavabda mənbə bunun kiçik ehtimal olduğunu bildirib.

"İlk növbədə bu növ 2-3 təyyarənin gəlməsinin hərbi cəhətdən heç bir əhəmiyyəti yoxdur. Bu, kəşfiyyatçı təyyarələr olsaydı, onların kəşfiyyatla məşğul olacağını ehtimal etmək olardı. Amerikalılar niyə başqa ölkəyə iki qırıcı göndərsin? Bu, mənasızdır. Bundan başqa, hərbi texnikanın ölkələrin sərhədindən uçması qonşu ölkələrin RƏM sistemləri tərəfindən görülməyə bilməz, onlara beynəlxalq konvensiya və müqavilələrin pozulması ilə əlaqədar izahat vermək lazımdır.

Çox güman ki, jurnalistlər MİQ-29-u F-16-ya bənzədiblər. Hərbi sahədə mütəxəssis, əlbəttə ki, onları qarışdırmaz, jurnalistlər isə belə bir səhvə yol verə bilərdilər. Buna görə əvvəlcə şəkillərə baxmaq, sonra məlumat yazmaq lazım idi", - deyə mənbə tövsiyə verib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bu məsələ ilə bağlı rəsmi şərh almaq mümkün olmayıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Orduda kadr dəyişiklikləri

Korrupsiyadan prezidentə şikayət edən zabit qisas alırmış?

Prezident Müdafiə Nazirliyində müşavirə keçirdi

Azərbaycanda NATO təlimləri üçün bazalar hazırlanır

Orduda itkilər kəskin artır

Bölmənin digər xəbərləri
 
Balaxanıda çeşidləyici stansiya mayda istifadəyə veriləcək
Müəssisə dünya standartlarına uyğun inşa edilir

Bir mənzil üçün 10 min manat
Hərbçilər ekskavatorların qarşısına canlı sədd çəkib

Əli İnsanovun Ədliyyə Nazirliyinə qarşı şikayəti təmin olunmayıb
Ümid kassasiya şikayətinə qalıb

Avropa Məhkəməsinin qərarı müxalifətçiləri qane etmir
YAP təmsilçisi isə qərarı başqa rakursdan şərh edib

Şəbəkə üç aya tam işlək vəziyyətdə olacaq
Nəqliyyat Nazirliyi hesab edir ki, İntellektual İdarəedilmə layihəsi uğurlu alınıb

Ədliyyə Nazirliyi məhkəməyə verilib
Buna səbəb - naxçıvanlı hüquq müdafiəçilərinin yaratdığı birliyi qeydiyyata almamaqdır

Ruslardan illik 7 milyon dollar icarə haqqı istəyirik
Qəbələ RLS üzrə danışıqları aparan qrup təsdiqlənib

Yazıçı-publisistin qətli ilə bağlı heç kim istintaqa cəlb edilməyib
Baş prokurorun birinci müavini Rafiq Tağının qardaşını qəbul edərkən bunu bildirib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər