Bir mənzil üçün 10 min manat
|
Hərbçilər ekskavatorların qarşısına canlı sədd çəkib
Şənbə, 14.01.2012
|
|
mətn ölçüsü |
|
|
|
Dünən Bakı Şəhər İcra Hakimiyyəti Bayraq Meydanı ərazisindəki binada yaşayan 2 hərbçi və 1 məcburi köçkün ailəsinin evinin uçurulması üçün ekskavatorlar göndərib. Ailələrin üzvləri ekskavatorun qarşısında canlı sədd çəkərək texnikanı evlərinə yaxın buraxmır.
Hərbçilərdən biri, hazırda Hərbi Dənizçilik Məktəbində qulluq edən Emil Əzizov "Turan"a bildirib ki, 3 ailənin hər birinə cəmi 10 min manat (?1) pul təklif edilir. "Bizi evimizdən zorla çıxarırlar. Ev də təklif etmirlər. Cəmi 10 min manat verirlər. Bu pulla ev almaq mümkün deyil" - o qeyd edib.
E.Əzizov 2-ci dərəcəli kapitandır, 30 il hərbi dəniz qüvvələrində xidmət edib. Bayraq Meydanı yaxınlığında "Eurovizion-2012" mahnı müsabiqəsinin keçirilməsi üçün konsert salonu inşa edilir. 2011-ci ilin yayından başlayaraq həmin ərazidə vətəndaşlara məxsus mənzillərin uçurulmasına start verilib. Bu söküntü işləri o ərazidə yaşayan sakinlərin ciddi narazılıqları ilə müşayiət olunur.
|
|
|
Oxşar xəbərlər:
Milli koordinator Zəhra Bədəlbəyli:
"Aparıcılar ən azı ingilis və fransız dilini bilməli
1 saat müddətində 50 vətəndaş müraciət edib
|
|
|