Balaxanıda çeşidləyici stansiya mayda istifadəyə veriləcək
 |
Müəssisə dünya standartlarına uyğun inşa edilir
Şənbə, 14.01.2012
|
|
mətn ölçüsü |
|
|
|
Balaxanıda inşa olunan ilk bərk məişət tullantılarının çeşidləyici stansiyası mayda istifadəyə veriləcək. Bu barədə "Təmiz Şəhər" ASC İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib (APA-Economics). Onun sözlərinə görə, sözügedən stansiyanın fəaliyyəti nəticəsində tullantılar çeşidləşdirilərək təkrar istifadə olunacaq, bir hissəsi bərk məişət tullantıları zavodunda yandırılacaq, yanmaya məruz qalmayan tullantılar isə poliqonda zərərsizləşdiriləcək: "İlkin mərhələdə çeşidləyici stansiya ildə 200 min ton tullantı qəbul edə biləcək". Çağdaş standartlara uyğun belə bir vahid sistemin yaradılması məqsədilə ASC 2008-ci ildə təsis olunub. Balaxanıda inşa olunan bərk məişət tullantılarının yandırılması zavodunun inşası ilə məşğuldur və müəssisə bu ilin sonunda istifadəyə veriləcək. Dünən Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonu ərazisində tullantı daşıyan maşınların yuyulma və dezinfeksiya məntəqəsi istifadəyə verilib. Dörd yuma kabinasından ibarət olan yuyulma və dezinfeksiya məntəqəsi beynəlxalq standartlara cavab verir və gün ərzində poliqon ərazisinə daxil olan 400-dən çox maşına xidmət göstərəcək.
Məntəqə Almaniyanın "Christ" şirkətinin yuma avadanlıqları ilə təchiz edilib. Məntəqədə maşınlar yuyulmaqla yanaşı, bakteriya və virusları neytrallaşdırmaq üçün nəzərdə tutulan, tərkibində xlor olmayan maddələrdən istifadə edilərək təmizlənəcək. Yuma zamanı istifadə edilən su isə müxtəlif dezinfektantlar vasitəsilə bir neçə mərhələdə təmizlənərək yenidən istifadəyə yönəldiləcək.
|
|
|
Oxşar xəbərlər:
Lüzumsuz adi döyüş sursatlarını necə məhv etməli?
|
|
|