Hal-hazırda Ayna qəzetinin 14.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
İran rəsmiləri bir-birlərini təkzib edirlər
İran rəsmiləri bir-birlərini təkzib edirlər
Biri beynəlxalq əməkdaşlıqdan danışırsa, digəri İrana MAQATE tərkibində casusların daxil ola biləcəyini düşünür
Şənbə, 14.01.2012

S.Abbas mətn ölçüsü  

İran özünün nüvə proqramı ilə bağlı "altılıq"la (Rusiya, Çin, ABŞ, Fransa, Böyük Britaniya və Almaniya) "ciddi danışıqlar"ın bərpa olunmasına hazırdır. APA-nın məlumatına görə, İran parlamentinin spikeri Əli Laricani belə bir bəyanatla çıxış edib.

"İran həmişə özünün nüvə proqramı ilə əlaqədar "altılıq"la danışıqlara hazır olub. Bu danışıqlar yalnız ciddi olduqları halda uğurla nəticələnə bilər", - deyə Laricani bildirib.

"Bizim türk dostlarımız danışıqların Türkiyədə keçirilməsini təklif ediblər və biz də razılaşmışıq", - deyə Laricani əlavə edib.

Amma İranın nüvə proqramı üzərində qalmaqallar da davam edir və İranlı digər rəsmilər Laricanini təkzib edirlər.

"İranın nüvə obyektlərini təftiş edən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri arasında İsrail casusları var və onlar qətlə yetirilən iranlı alimlərin adlarını terrorçu qruplara veriblər". İranın "Mehr" xəbər agentliyinin məlumatına görə, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Məhəmməd Kərəmi Rəd deyib.

Komissiyanın digər üzvü Qulamrza Kərəmi isə beynəlxalq agentliklə əməkdaşlığın narahatlıq doğurduğunu bildirib: "Son sui-qəsdin Məsud Əliməhəmmədinin qətlə yetirilməsinin ildönümündə təşkil edilməsi diqqəti cəlb edir. Bu hadisə ABŞ və müttəfiqlərinin İranın inkişafını əngəlləməyə istiqamətlənmiş planlı bir hərəkətdir".

Qulamrza Kərəmi də beynəlxalq agentliyin İranın tanınmış nüvə alimlərinin adlarını ABŞ və İsrailə təqdim etmiş ola biləcəyini söyləyib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İrandan Qarabağa - təbii qaz

Xəzəri ən çox çirkləndirən ölkələrdən biri İrandır

Narko-tacir karvanının sonu görünmür

Son bir ayda - 425 kq narkotik...

İrana Azərbaycan vətəndaşlarının səfəri məhdudlaşdırılıb

Bölmənin digər xəbərləri
 
Şevardnadze demoqrafik situasiyadan narahat olub
Çıxış yolunu milyarderin hakimiyyətə gəlməsində görür

Medvedev + Putin = 2 : 1
Rusiyanın çağdaş siyasətində Putin deyil, Medvedev əsas fiqura çevrildi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər