Hal-hazırda Ayna qəzetinin 14.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
İran sərhəd generalının bəyanatının əsas hədəfi nədir?
İran sərhəd generalının bəyanatının əsas hədəfi nədir?
Yaxşı olardı ki, İran bu videokameraları Azərbaycanın işğal olunmuş əraziləri ilə sərhədlərində quraşdırsın
Şənbə, 14.01.2012

C.Sümərinli mətn ölçüsü  

İran Sərhəd Qoşunlarının komandanı, general Hüseyn Zülfüqari yenə ağzını açdı. Sərhəd insidenti yenə gündəmə gəldi. Amma bu dəfə fərqli yanaşmada. Onun bəyanatının quruluşu göstərir ki, əslində sərhəd insidenti İran tərəfinin bir bəhanəsidir. Generalın əslində nələri ifadə etmək istəməsi bəyanatının son iki cümləsində əksini tapıb. Zənnimizcə, generalın son bəyanatı əslində rəsmi Tehranın Azərbaycanın yürütdüyü (və ya yürüdəcəyi) siyasətə, qəbul etdiyi (və ya edəcəyi) qərarlara təsir etmək hədəfi güdür.

Birincisi, Zülfüqarinin "Əgər əməkdaşlıq etmək iddiasındadırlarsa, davranışları və söylədikləri arasında məntiqsizlik olmamalıdır" ifadəsinin sərhəd insidentindən daha çox rəsmi Bakının xarici hərbi-siyasi addımlarının məzmununa ünvanlanması ehtimalı ortadadır.

Nəzərə alınmalıdır ki, yanvarın 1-dən etibarən Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü başlayıb. Yanvarın 4-də Azərbaycanın da iştirakı ilə Təhlükəsizlik Şurasının bu il üçün ilk toplantısı keçirildi. Bəyan edildi ki, Suriyadakı iğtişaşlar və İranın nüvə məsələsi Təhlükəsizlik Şurasının yaxın gələcəkdə əsas prioritetləridir. Azərbaycan bu görüşdə BMT-dəki tərəfdarlarına əsas qlobal problemlərin həllində konstruktiv rol oynayacağını bəyan etdi. Bu günlərdə isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurası çərçivəsində keçirilən tədbirlərdə iştirak etmək məqsədilə Nyu York şəhərində səfərdədir. Yanvarın 12-də BMT TŞ-nin keçirdiyi fövqəladə məsləhətləşmələrdə İrandan uranın zənginləşdirilməsini dayandırmasına və "altılıq" olan vasitəçi dövlətlər ilə danışıqları davam etdirməsinə çağırış səslənilib.

Məsləhətləşmələr Fransanın təşəbbüsü ilə keçirilib və bağlı qapılar arxasında aparılıb. Görüşdən sonra Fransanın BMT nümayəndəsinin müavini Martin Brins deyib ki, İranın uranı 20%-ə qədər zənginləşdirməsi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 2011-ci ilin noyabrında qəbul etdiyi qətnaməyə və BMT TŞ-nin 6 qətnaməsinə ziddir. O bildirib ki, Fransa İranın nüvə proqramı ilə bağlı "təzyiq və dialoq" siyasəti yürüdür. Onun sözlərinə görə, Fransa Tehrandan danışıqların davam etdirilməsinə dair təklifə cavab gözləyir.

REKLAM

Eyni zamanda İrana qarşı yeni sanksiyaların tətbiqi nəzərdən keçirilir. Fransa diplomatının mövqeyini ABŞ, Böyük Britaniya və Almaniyadan olan həmkarları da dəstəkləyiblər.

Xatırladaq ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın Fordu dağının içində tikdiyi yeraltı nüvə obyektində uranın zənginləşdirilməsinə başladığını bildirib. Bununla bağlı BMT, ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və Rusiya öz narahatlığını bildiriblər.

Əldə olan bilgilərə görə, rəsmi Bakı İranın nüvə proqramının region üçün faciəvi nəticə yaradacağı barədə Qərbdən olan tərəfdaşlarının narahatlıqlarını bölüşür və problemin həlli istiqamətində öz səylərini ortaya qoymağa hazırdır. Yanvarın 12-13-də isə Vaşinqtonda Azərbaycan-ABŞ ikitərəfli hərbi məsləhətləşmələri keçirilib. Bu müzakirələrin gündəliyi zəngin olub: Qəbələ RLS-in taleyindən tutmuş, Xəzərin hüquqi statusu, orada olan enerji layihələrinin mühafizəsi daxil olmaqla İranın nüvə proqramının regionun təhlükəsizliyinə mənfi təsirlərinə qədər məsələlər diqqət mərkəzində olub.

Azərbaycanın ABŞ-la hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığında problemlər yaranmışdısa, ötən ilin iyunundan tərəflər problemlərin çözülməsi istiqamətində qarşılıqlı səy göstərməyə başlayıblar. Ötən ilin ikinci yarısında Birləşmiş Ştatlardan Azərbaycana ən azı 3 generalın səfər etməsi və Azərbaycandan yüksək rütbəli hərbi qulluqçuların Amerikada səfərdə olması deyilənləri sübut edir. Bu günlərdə isə ABŞ-dan Azərbaycana növbəti yüksək rütbəli heyətin gəlişi gözlənir. Qonaqlar Azərbaycan hakimiyyəti ilə təmaslarında regiondakı iqtisadi-siyasi-hərbi vəziyyəti müzakirəyə çıxaracaqlar.

Ötən ilin dekabrında isə Azərbaycan və NATO arasında Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (İPAP) üçüncü mərhələsi razılaşdırıldı. Bu sənəd üzrə Azərbaycan tərəfi Silahlı Qüvvələrin NATO standartlarına uyğunlaşdırılması prosesini davam etdirəcək. Beləliklə, belə bir durumda rəsmi Tehranın qəzəblənməsinin hədəfi bəllidir. "Əgər əməkdaşlıq etmək iddiasındadırlarsa, davranışları və söylədikləri arasında məntiqsizlik olmamalıdır" deyən İran generalının son vaxtlara qədər (2011-ci ilin əvvəlinə qədər) Bakı və Tehran arasında mövcud olmuş münasibətlərin bərpasına ümid etdiyi şübhəsizdir və fikrimcə, bu mövzuda sərhəd insidenti, sadəcə, bəhanədir.

İran generalının bəyanatında diqqəti çəkən ikinci məqam Tehranın Azərbaycanla sərhədlərini "qorumaq" istiqamətində planlaşdırdığı tədbirlərlə bağlıdır. O bildirib ki, Azərbaycanla sərhəddə yaranmış gərginlik səbəbindən İran ölkə sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün yeni layihənin icrasına başlayacaq: "Bunun üçün sərhədlərdə ölkə istehsalı olan videokameralar quraşdırılacaq. Artıq onlardan bəziləri sınaqdan keçirilib və istifadəsinə icazə verilib. Hətta layihə çərçivəsində sərhədlərimiz ölkənin və əyalətlərin mərkəzlərində quraşdırılmış monitorlar vasitəsilə canlı şəkildə də izlənilə biləcək".

İstər birinci Qarabağ müharibəsinin gedişində, istərsə də atəşkəs dövründə İranın Azərbaycanla sərhədlərində Azərbaycan ərazilərinin fotolarının və videoyazılarının çəkilməsinin və sonradan bu lentlərin Ermənistan kəşfiyyatının, güc strukturlarının, eləcə də mətbuatının əlinə düşməsinə dair xeyli sayda məlumatlar mövcuddur. Əldə olan tutarlı faktlara görə, 1993-cü ilin oktyabrında Zəngilan rayonunun Ermənistan ordusu tərəfindən işğalında İran sərhəd qoşunlarının, xüsusi xidmət qurumlarının rolu olub. Zəngilan döyüşlərində xidmət etmiş hərbi qulluqçuların sözlərinə görə, Azərbaycan hərbi birləşmələrinin Zəngilan, Füzuli, Cəbrayıl rayonları ərazisində planlaşdırdığı bir sıra hərbi əməliyyatlar barədə artıq Ermənistan tərəfində məlumatlar vardı. Bu məlumatların o dövrdə İran tərəfindən erməni kəşfiyyatına ötürüldüyünə nə o dövrdə şübhə vardı, nə də indi. Nəticədə xeyli sayda Azərbaycan hərbi qulluqçusu öldürülmüş, kəndlərimiz, şəhərlərimiz yerlə yeksan edilmiş, torpaqlarımız işğal olunmuşdu... Müharibənin gedişində işğal olunmuş Azərbaycan ərazilərində söküntü işlərinə İran vətəndaşlarının qatıldığını da unutmaq olmaz...

Sonuncu belə hadisə bir neçə il bundan əvvəl olmuşdu. Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisi Güney Azərbaycanın sərhəd ərazisindən lentə alınmışdı və sonradan aşkar şəkildə montaj olunmuş kadrlar Ermənistanın hərbi və siyasi aparatının Azərbaycana qarşı çirkin təbliğatında istifadə olunurdu...

Biz bunları unutmuruq və İran tərəfinin də bu məsələləri diqqətdə saxlamağı vacibdir. İndi Azərbaycan sərhədlərində videokameraların quraşdırılmasının hədəfi nədir? Yenəmi məlumatları Ermənistana ötürmək? Yaxşı olardı ki, İran bu videokameraları Azərbaycanın işğal olunmuş əraziləri ilə sərhədlərində quraşdırsın və orada baş verən qeyri-qanuni proseslər, narkotrafik fəaliyyəti, terrorçuluq barədə ən azı Azərbaycana məlumat versin.

Yalnız belə olan təqdirdə İran generalının səmimiyyətinə inanmaq olar...



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Öldürülən yaraqlı Avstriya vətəndaşı çıxdı

Azərbaycan KTMT-yə qoşulmağa hazırlaşmır

Arabulun məhkəməsi davam edir

Azərbaycan - Rusiya sərhədində atışma

Sərhəd Xidməti təlimlərə başlayıb

Bölmənin digər xəbərləri
 
RF hərbi cinayətkarlara veteran statusu verir
SSRİ Ali Sovetinin qapalı iclasının stenoqramı isə "yoxa çıxıb"

Dövlət Dumasının komitə sədri: "Rusiyada "erməni soyqırımı"nı inkara görə cəza qanunu qəbul etmək təklifi təxribatdır"
Fransa parlamentinin qəbul etdiyi qanun layihəsini isə absurd sayır

Orduda itkilərin sayı müdafiə xərcləri ilə paralel artır
2003-2011-ci illərdə müdafiə və təhlükəsizlik sektorunda itkilər rəqəmlərdə

Erik Rubin Bakıya gəlir
Bu, ABŞ rəsmisinin Azərbaycana ilk səfəridir

Roland Kobia: "Əgər Azərbaycanda belə bir iradə olsa..."
AB ilə Azərbaycan arasında viza rejimi məsələsi hələ də yubanır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər