ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Erik Rubin yanvarın 18-19-da Azərbaycana ilk səfərini gerçəkləşdirəcək.
APA-nın diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Erik Rubin səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri və hökumət üzvləri ilə görüşəcək. Görüşlərdə ABŞ-Azərbaycan münasibətlərinin inkişafı məsələləri müzakirə olunacaq.
Xatırladaq ki, Erik Rubin bu posta ötən ilin iyulunda təyin olunub. O, bu postda Tina Keydenaunu əvəzləyib. Erik Rubin Azərbaycana oktyabrda səfər etməli olsa da, səfər təxirə salınıb.
|