Hal-hazırda Ayna qəzetinin 14.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Orduda itkilərin sayı müdafiə xərcləri ilə paralel artır
Orduda itkilərin sayı müdafiə xərcləri ilə paralel artır
2003-2011-ci illərdə müdafiə və təhlükəsizlik sektorunda itkilər rəqəmlərdə
Şənbə, 14.01.2012

C.Məmmədov mətn ölçüsü  

"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi tərəfindən 2003-2011-ci illərdə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda əsgər ölümlərinə dair hesabat təqdim olunub. Mərkəzin KİV və EİV üzərindəki monitorinqinin nəticələrinə görə, 2003-2011-ci illərdə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda ən azı 547 hərbi qulluqçu həyatını itirib. Onun 162 nəfəri döyüş (131 nəfəri düşmən gülləsi, 25 nəfər mina və sursat partlayışı, 6 nəfər əməliyyat tədbirləri), 385 nəfəri isə qeyri-döyüş (71 nəfər intihar, 65 nəfər qəza, 106 nəfər qeyri-nizamnamə hərəkətləri, 71 nəfər bədbəxt hadisələr, 29 nəfər müəmmalı və naməlum hadisələr, 43 nəfər müxtəlif xəstəliklər və s.) itkiləridir. Ümumilikdə, 2003-2011-ci illərdə bu və digər səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı 480 nəfərdən çoxdur. İtkilərin və yaralıların adlı siyahıları milaz.info portalında yerləşdirilib.

9 İLDƏ 76 ZABİT İTKİSİ

2003-2011-ci illərdə təhlükəsizlik və müdafiə sektorunda həyatını itirənlərin təxminən 500 nəfərə yaxını Müdafiə Nazirliyinin, 25 nəfəri Dövlət Sərhəd Xidmətinin, 14 nəfəri Daxili Qoşunların, 2 nəfəri Ədliyyə Nazirliyinin, 3 nəfəri Milli Təhlükəsizlik Nazirliyinin, 2 nəfəri Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularıdır. Yaralanan və ya xəsarət alan hərbi qulluqçuların təxminən 438 nəfəri Müdafiə Nazirliyinin, 26 nəfəri Dövlət Sərhəd Xidmətinin, 8 nəfəri Daxili Qoşunların, 2 nəfəri Ədliyyə Nazirliyinin, 2 nəfəri Xüsusi Dövlət Mühafizə Xidmətinin, 2 nəfəri Hərbi Prokurorluğun, 2 nəfərsə Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularıdır.

2003-2011-ci illərdə təhlükəsizlik və müdafiə sektorunda həyatını itirənlərin 76 nəfəri zabit, 35 nəfəri gizir, 4 nəfəri kursant və 432 nəfərsə əsgərdir. Müvafiq dövrdə yaralan və ya xəsarət alanların 34 nəfəri zabit, 25 nəfəri gizir, 3 nəfəri kursant, 418 nəfəri isə əsgərdir.

"Doktrina" ekspertlərinin fikrincə, Azərbaycan Ordusunda itkilərin sayının ölkənin müdafiə xərcləri ilə paralel artması təəssüf doğurur. Belə ki, monitorinqin aparıldığı dövrlərdə ən çox itki 2011-ci ildə qeydə alınıb, o il müdafiə büdcəsinin ən yüksək həddə olan dövrüdür. 2011-ci ildə təhlükəsizlik və müdafiə sektorunun itkiləri 97 nəfər təşkil edib. Ötən müddətdə 102 nəfər yaralanıb (və ya xəsarət alıb). Döyüş itkiləri 14 nəfər (13 nəfər erməni gülləsi, 1 nəfər mina partlayışı), qeyri-döyüş itkiləri isə 83 nəfər təşkil edir. 9 nəfər naməlum səbəbdən, 17 nəfər bədbəxt hadisədən (qar uçqunu, dəm qazından boğulma, ildırım vurması, yıxılma, elektrik cərəyanı vurması, əldə silah partlaması və s.), 15 nəfər avtoqəzadan, 12 nəfər xəstəlikdən (və ya zəhərlənmə), 1 nəfər əməliyyat tədbirlərindən, 17 nəfərsə bir-birinə qarşı silah tətbiq etmək - qeyri-nizamnamə hadisələrindən həyatını itirib. 12 nəfərsə intihar edib. Həyatını itirənlərin 87 nəfəri Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 5-i Daxili Qoşunların, 1 nəfərsə Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçusu olub. Həyatını itirənlərin 15 nəfəri zabit, 5 nəfəri gizir (o cümlədən MAXHQ), 77 nəfəri isə əsgər olub.

Yaralılara gəldikdə, 2011-ci ildə 22 nəfər qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 5 nəfər intihara cəhddən, 38 nəfər avtomobil qəzalarından, 11 nəfər bədbəxt hadisələrdən, 22 nəfər erməni gülləsindən, 4 nəfər mina partlayışından yaralanıb və ya xəsarət alıb.

REKLAM

Onların 11-i Dövlət Sərhəd Xidmətinin, 2-si Daxili Qoşunların, 1-i Hərbi Prokurorluğun, 2-si Xüsusi Dövlət Mühafizə Xidmətinin, 86-sı isə Müdafiə Nazirliyinin hərbi qulluqçularıdır. Yaralanan və ya xəsarət alanların 14 nəfəri zabit, 7 nəfəri isə gizir (o cümlədən MAXHQ) olublar.

GÜC STRUKTURLARI PARLAMENT QARŞISINDA HESABAT VERSİN

"Doktrina" ekspertlərinin məlumatına görə, 1994-cü ilin mayından - Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsinin imzalanmasından bəri Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun itkilərinin ümumi sayı 3500 nəfərdən artıqdır. "2003-2011-ci illərdə Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda baş verən itkilərin xarakteristikası güc strukturları rəhbərlərinin bir sıra addımlar atmasını zəruri edir. İlk növbədə güc strukturlarının cəmiyyət qarşısında hesabatlılığı təmin edilməli, ordu üzərində mülki nəzarət mexanizmləri tətbiq olunmalıdır. Güc strukturları rəhbərliyinin parlament qarşısında hesabatlılığı təmin olunmalıdır" - "Doktrina" ekspertləri bu fikirdədir. Hesab edilir ki, Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin Silahlı Qüvvələrdə baş verən proseslərin aydınlaşdırılmasına yönəlik səlahiyyətləri artırılmalıdır. Milli Məclisin orduda nizam-intizam qaydalarının, hərbi qanunvericiliyin müasirləşdirilməsi, NATO standartlarına uyğunlaşdırlması istiqamətində fəallığı artırılmalıdır. Qanun yaradıcılığı prosesində hərbi qulluqçuların sosial rifah məsələləri diqqətdə saxlanılmalıdır.

"DEDOVŞİNA" QALIR

Eyni zamanda güc strukturlarında baş vermiş insan itkiləri, onların gerçək səbəbləri və bunun nəticəsində cəzalandırılanların siyahısı informasiya siyasətinə məsul məmurlar tərəfindən aydın şəkildə ictimaiyyətə təqdim olunmalıdır. Güc strukturlarının rəhbərləri əsgərləri bir-birinə qarşı silah qaldırmağa məcbur edən səbəbləri aşkar etməli, problemin kökündən həlli üçün addımlar atmalıdırlar. Xüsusilə də "dedovşina"nın kökünün kəsilməsi istiqamətində təxirəsalınmaz addımlar atılmalıdır. Ekspertlərə görə, Müdafiə Nazirliyinin rəhbərliyinin və SQ-də mümkün vəzifələrin mülkiləşdirilməsinə başlanılmasını, ordu idarəetməsinin təkmilləşdirilməsini, SQ Baş Qərargahı ilə MN aparatı arasında səlahiyyət bölgülərinin dəqiqləşdirilməsi vacibdir.

"Orduda hərbçilər arasında mövcud olan problemlərin aradan qaldırılmasında ciddi tədbirlər həyata keçirilməlidir. İlk növbədə hərbi qulluqçuların (gizir və zabitlərin) məvacibləri önəmli dərəcədə artırılmalı, onların sosial təminatında ciddi tədbirlər görülməlidir. Silahlı Qüvvələrdə şəxsi heyətin rotasiyası, yerdəyişmə məsələləri diqqətdə saxlanmalıdır. Hərbi qulluqçunun (əsgər, gizir və zabitin) uzun müddət bir bölgədə xidmət etməsi onda hərbi xidmətə marağın azalmasına səbəb ola bilən amillərdən biridir. Hərbi çağırış sisteminin dərindən öyrənilməsinə başlanılmalıdır, şəxsi heyətin hərbi xidmətin ağırlıqları üzrə bərabər bölgüsü vacibdir", - deyə ekspertlər vurğulayır.

Ortaya çıxan qənaət budur ki, rəhbərlik SQ-də mənəvi ruhun yüksəlişi üzərində ciddi düşünməlidir. İldən-ilə orduda qeyri-nizamnamə hadisələrindən həyatını itirənlərin say artımı qeyd edilən istiqamətdə vəziyyətin gərgin olduğunu göstərən ciddi siqnaldır. Araşdırmalar göstərir ki, orduda kütləvi qırğına səbəb olacaq qeyri-nizamnamə hallarının sayı getdikcə çoxalır və təəssüf ki, bu vəziyyət getdikcə adiləşir. Son illər orduda baş verən kütləvi ölüm hadisələri SQ-də şəxsi heyətlə tərbiyə işinin pis vəziyyətdə olduğunu göstərir.

SQ-də mənəvi ruh düşkünlüyü yaranıb, şəxsi heyətin mənəvi, tərbiyəvi hazırlığı məsələsində ciddi problemlər var. Vəziyyətin belə olmasında Müdafiə Nazirliyinin rəhbər vəzifəlilərinin, eyni zamanda Tərbiyə İşləri İdarəsinin də məsuliyyəti var. Dövlət rəhbərliyi bunu ilk növbədə diqqətdə saxlamalıdır. Silahlı Qüvvələrdə həm psixoloji, həm mənəvi, həm də dini baxımdan ciddi araşdırmalara ehtiyac var. Ekspertlər deyir:

"Konkret mexanizmlər yaradılmalıdır. Yeni "zampolit" institutu, yaxud psixoloq təsisatı, dini şöbə yaradıla bilər. Artıq kütləvi ölüm hadisələrinin çoxluğu bu istiqamətlərdə real təsisatların yaradılmasına ehtiyac yaradıb.

Ekspertlərin fikrincə, 2010 və 2011-ci illərdə təhlükəsizlik və müdafiə sektoru ilə əlaqədar şəkildə baş vermiş avtomobil qəzalarının sayının kəskin artması bu problemin müdafiə və təhlükəsizliyimiz üçün əsas "düşmən"lərdən birinə çevrildiyini göstərir.

HEÇ BİR GENERAL CƏMİYYƏTDƏN ÜZR İSTƏMİR

Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının (ATMİA) prezidenti, ehtiyatda olan polkovnik-leytenant Yaşar Cəfərli bildirdi ki, ölkədə baş verən bir sıra proseslər fonunda itkilərin sayının artması təəccüblü görünür:

"Atəşkəs sazişi imzalanıb, müdafiə xərcləri artır, sosial-iqtisadi inkişafdan danışılır və s. Bunlar əslində orduda itkilərin sayının azalmasına dəlalət etməli idi, amma təəssüf ki, əksini görürük".

Y.Cəfərli təhlükəsizlik və müdafiə sektorunda baş verən proseslərdə effektiv cəzalandırma mexanizminin olmadığını qeyd etdi:

"Mənim fikrimcə, itkilərin sayının bunca artmasında əsas günahkar cəmiyyətin özüdür.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Orduda itkilər artır

"Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı"na başlanır

"Cəmiyyəti məlumatlandırmamaq ölkənin müdafiə qüdrətinə zərbədir"

Orduda 2 nəfər həlak oldu

Hərbyönlü QHT Müdafiə Nazirliyindən şübhələnir

Bölmənin digər xəbərləri
 
RF hərbi cinayətkarlara veteran statusu verir
SSRİ Ali Sovetinin qapalı iclasının stenoqramı isə "yoxa çıxıb"

Dövlət Dumasının komitə sədri: "Rusiyada "erməni soyqırımı"nı inkara görə cəza qanunu qəbul etmək təklifi təxribatdır"
Fransa parlamentinin qəbul etdiyi qanun layihəsini isə absurd sayır

Erik Rubin Bakıya gəlir
Bu, ABŞ rəsmisinin Azərbaycana ilk səfəridir

Roland Kobia: "Əgər Azərbaycanda belə bir iradə olsa..."
AB ilə Azərbaycan arasında viza rejimi məsələsi hələ də yubanır

İran sərhəd generalının bəyanatının əsas hədəfi nədir?
Yaxşı olardı ki, İran bu videokameraları Azərbaycanın işğal olunmuş əraziləri ilə sərhədlərində quraşdırsın



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər