Hal-hazırda Ayna qəzetinin 14.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Dövlət Dumasının komitə sədri: "Rusiyada "erməni soyqırımı"nı inkara görə cəza qanunu qəbul etmək təklifi təxribatdır"
Dövlət Dumasının komitə sədri:
"Rusiyada "erməni soyqırımı"nı inkara görə cəza qanunu qəbul etmək təklifi təxribatdır"
Fransa parlamentinin qəbul etdiyi qanun layihəsini isə absurd sayır
Şənbə, 14.01.2012

mətn ölçüsü  

"Avropa Birliyi və başqa ölkələrdə demokratiyanın inkişafı absurd həddə çatıb, Fransa parlamentinin qəbul etdiyi qanun layihəsi də absurddur". "Çoxmillətli dövlət olan Rusiya Federasiyasında "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması haqqında qanunun qəbulunu təklif etmək təxribatdır və bu, prinsipcə dövlətin mövcudluğunu sarsıda bilər".

Bu fikirləri Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədri, deputat Aleksey Ostrovski deyib. Onun sözlərinə görə, Avropa Birliyi və planetin başqa ölkələrində demokratiyanın inkişafının səviyyəsi absurd həddə çatıb: "Artıq həmin ölkələr bundan əziyyət çəkirlər. Fransa parlamentinin qəbul etdiyi qanun layihəsi də absurddur".

Aleksey Ostrovski Rusiyanın cənubunda, Krasnodar vilayətində və o cümlədən Rusiyanın digər regionlarında ermənilərin yaşadığını qeyd edərək deyib:

"Eyni ilə Fransada, ABŞ-da da ermənilər yaşayır. Lakin bu o demək deyil ki, bütün Rusiya cəmiyyəti bu ideyanı qəbul etməlidir. Hesab edirəm ki, bu qanunun qəbul olunması demokratik və sivil vətəndaş cəmiyyəti normalarını aşmaq deməkdir".

Millət vəkili xalqın seçiminə görə bu məsələni qaldırmağın düzgün və konkret olmadığını söyləyib:

"Bizim üçün bütün millətlər və xalqlar eynidir. Biz hamı ilə qardaşlıq və dostluq münasibətləri saxlayırıq. Məncə, bu məsələni qaldırmaqla aranı qarışdırmağın və "Pandora" qutusunu açmağın heç bir mənası yoxdur, hansı ki, bu qutunu bağlamaq daha sonra çox çətin olacaq".

Qeyd edək ki, bir müddət öncə Rusiyanın Soçi şəhərində fəaliyyət göstərən "Soçi Ermənilər Birliyi" adlı diaspor təşkilatı Fransa parlamentində qəbul edilən qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyəti daşıması haqqında qanunun eynisinin Rusiya Dövlət Dumasında qəbul edilməsi üçün fəaliyyətə başlayıb. Təşkilatın sədri Valeri Torosyan yaxın günlərdə toplanan imzaların Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinə, hakim Vahid Rusiya Partiyasına və müxalifətdən olan millət vəkillərinə göndəriləcəyini bildirib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Soyqırım cinayətinin tanıdılmasına hüquqi dəstək

Bağanıs Ayrım soyqırımı barədə kitab

ABŞ-da Xocalı Anım Həftəsi keçiriləcək

Xocalı soyqırımından 19 il ötür

Azərbaycanlılar soyqırım gününü qeyd etdilər

Bölmənin digər xəbərləri
 
RF hərbi cinayətkarlara veteran statusu verir
SSRİ Ali Sovetinin qapalı iclasının stenoqramı isə "yoxa çıxıb"

Orduda itkilərin sayı müdafiə xərcləri ilə paralel artır
2003-2011-ci illərdə müdafiə və təhlükəsizlik sektorunda itkilər rəqəmlərdə

Erik Rubin Bakıya gəlir
Bu, ABŞ rəsmisinin Azərbaycana ilk səfəridir

Roland Kobia: "Əgər Azərbaycanda belə bir iradə olsa..."
AB ilə Azərbaycan arasında viza rejimi məsələsi hələ də yubanır

İran sərhəd generalının bəyanatının əsas hədəfi nədir?
Yaxşı olardı ki, İran bu videokameraları Azərbaycanın işğal olunmuş əraziləri ilə sərhədlərində quraşdırsın



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər