Hal-hazırda Ayna qəzetinin 14.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
RF hərbi cinayətkarlara veteran statusu verir
RF hərbi cinayətkarlara veteran statusu verir
SSRİ Ali Sovetinin qapalı iclasının stenoqramı isə \"yoxa çıxıb\"
Şənbə, 14.01.2012

Xaqani Səfəroğlu mətn ölçüsü  

Ağır günün - 20 Yanvar qanlı qırğınının ildönümü yaxınlaşır. O gündən bizi 22 il ayırsa da, xalq bu ölkənin namusu və heysiyyəti uğrunda canını qoymuş şəhidləri unutmur, onların qatillərini lənətləyir. SSRİ-nin süqutunda ciddi rol oynamış 20 Yanvar faciəsinin qanlı ləkəsi Mixail Qorbaçov və onun komandasının qara vicdanına yazılıb. Üstündən illər keçdikdən sonra SSRİ-nin varisliyini üzərinə götürmüş Rusiyanın hakim elitasında bu hadisələrin ört-basdır edilməsinə yönəlik cəhdlər ara vermir. AYNAya bəlli olan bəzi faktlar həyəcan təbili çalmağa əsas verir. Strateji müttəfiqimiz sayılan qonşu Rusiya bu cinayətdə əli olan hərbçiləri istintaqa cəlb etmək üçün kömək əvəzinə, onların həyat şəraitinin yaxşılaşdırılmasının qeydinə qalır.

Hərbi cinayətkarlara müsbət status veriləcək

Bunu təsdiq edəcək bir sıra faktlar ortadadır: Rusiya hökuməti "Veteranların statusu haqqında" qanuna dəyişiklik etmək istəyir. AYNA Rusiya hökumətinin və Müdafiə Nazirliyinin rəsmi məlumatlarını araşdırarkən gözlənilməz faktları üzə çıxarıb. Bəlli olub ki, rəsmi Kreml hərbi qulluqçular üçün veteran statusunun genişləndirilməsini nəzərdə tutan təkliflər hazırlayıb. Bu məlumatda önəmli olan diqqətçəkən amillər var. Hökumətin müzakirəsində olan təkliflərdə nəzərdə tutulur ki, ötən əsrin 90-cı illərində SSRİ ərazisində hərbi münaqişə bölgələrində sülh və qayda-qanunun bərpa edilməsində iştirak edən Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçuları "veteran" statusu ala biləcəklər. Hazırda bu təklif müvafiq icra strukturlarına razılaşdırılmaq üçün təqdim edilib. Rusiya MN və sosial səhiyyə nazirliklərinə bu qanunun müvafiq bəndlərinə əlavələr edilməsi və Rusiya vətəndaşlarının iştirak etdiyi hərbi əməliyyatların keçirildiyi dövlətlərin, şəhərlərin və ərazilərin müəyyənləşdirilməsi tapşırılıb. Federal qanun qəbul edildikdən sonra rəsmi olaraq elan ediləcək və lazımi qaydalar hərbi komissarlıqlara göndəriləcək.

Rusiya qanunvericiliyində hərbi əməliyyatlarda iştirak edən veteranların statusu 12 yanvar 1995-ci il tarixli "Veteranlar haqqında" qanunda əks olunub. Qanunun 3-cü maddəsinə görə, "hərbi əməliyyatlarda iştirak etmiş veteran" kateqoriyasına SSRİ hökuməti tərəfindən digər dövlətlərə göndərilmiş hərbçilər və bu ölkələrdə xidməti borclarını yerinə yetirərək hərbi əməliyyatlarda iştirak etmiş şəxslərə şamil edilib.

REKLAM

Hazırda hökumətin təqdim etdiyi yeni təkliflər isə SSRİ ərazisində elan edilmiş fövqaladə vəziyyətlərdə, silahlı münaqişələrdə öz borcunu yerinə yetirən hərbi qulluqçuların hüquqi statusunu müəyyən edəcək.

Rusiya SQ-nin tərbiyəvi işlər üzrə baş idarəsinin hərbi-sosial işləri üzrə şöbəsinin rəhbəri, polkovnik Aleksey Sıqankov bəyan edib ki, nazirlik "Veteranlar haqqında" qanuna əlavələr etməyi vacib hesab edir.

20 yanvar müzakirələrinin stenoqramı hara yoxa çıxıb?

20 Yanvar faciəsi ilə bağlı tarixin saxtalaşdırılmasını isbat edən digər arqument isə 1990-cı ildə SSRİ Ali Sovetinin deputatı olmuş Alla Yaroşinskayanın açıqlamalarıdır. Sabiq deputat rus "Rosbalt" agentliyinə müsahibəsində bəyan edib ki, SSRİ Ali Sovetinin 20 Yanvar qanlı Bakı hadisələrinin müzakirə olunduğu üçüncü sessiyasının stenoqramı məhv edilib.

Deputat bu sənədin arxivlərdən yoxa çıxdığını bəyan edib. Yaroşinskaya bildirib ki, 1990-cı il fevralın 19-da SSRİ Ali Sovetinin qapalı keçirilən iclasında SSRİ rəhbərliyinin iştirakı ilə Bakıda sovet ordusunun törətdiyi vəhşiliklər müzakirə edilib.

"Lakin həmin iclasın stenoqramını tapmaq mümkün olmur. Onu hətta Ali Sovetin üzvləri üçün belə çap etmədilər. SSRİ Ali Sovetinin üçüncü sessiyasının rəsmi stenoqrafik hesabatında bu belə qeyd olunub: "1-ci hissə. 14-20 fevral 1990-cı il". Stenoqramın mətnində 18 fevraldan dərhal sonra 20 fevral qeyd olunub", - deyə keçmiş deputat bildirib.

Bu qapalı iclasda prezident Mixail Qorbaçov, DTK sədri Kryuçkov, daxili işlər naziri Bakatin iştirak edib. Yaroşinskaya yazır ki, "yenidənqurma" dövrünün rəsmi sənədləri sübut edir ki, 1989-cu ildən başlayaraq SSRİ-nin siyasi rəhbərliyində ölkəni dağıda biləcək addımlara əl atmaq istəyi artmağa başlayıb. "SSRİ xalq deputatları sovetinin birinci qurultayının başlanmasına və yeni İttifaq Müqaviləsinin bağlanmasına qədər Qorbaçov və Siyasi Büro Kommunist Partiyasını hərbi əməliyyatlara əl atmaqla xilas etmək yolunu tutublar. Bu isə çoxsaylı siyasi və iqtisadi problemlərin üzündən əks-təsir verib", - deyə eks-deputat bildirib.

Sabiq SSRİ xalq deputatı yazır ki, "partiya-xalq" qarşıdurması Bakıda faciə ilə nəticələnib. "1990-cı ilin 20 Yanvarında sovet ordusu dinc əhaliyə atəş açdı. 1989-cu il hadisələri ilə bağlı çox yazılsa da, Bakı hadisələri barədə geniş ictimaiyyətin məlumatı çox deyil. Bakıda o zaman nə baş vermişdi? Hansı Konstitusiya quruluşu müdafiə edilmişdi? Bu sualların cavabları açıq qalıb. Bu mövzunu Mixail Qorbaçov ötənilki addımı ilə daha da açıq qoydu. Qorbaçov 2010-cu ildə Azərbaycana və Gürcüstana səfərindən imtina etməklə bu sualları daha da aktuallaşdırıb", - deyə o qeyd edib.

"Mən SSRİ xalq deputatı kimi 1990-cı ilin 19 fevralında Ali Sovetin qapalı keçirilən üçüncü sessiyasında iştirak etmişəm. Orada Bakıda qanlı hadisələr müzakirəyə çıxarılmışdı. İclasda SSRİ rəhbərliyi ilə Azərbaycandan olan deputat qrupu arasında sərt polemika oldu. Mübahisənin qızğın vaxtında SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Yevgeni Primakov bəyan etdi ki, "18 yanvarda Xalq Cəbhəsi tərəfindən Bakıda xüsusi vəziyyət elan olunmuşdu. (?-red) 25 min nəfərlik kütlə Mərkəzi Komitənin üzvlərini binaya buraxmırdı. Orada üç dar ağacı quraşdırılmışdı".

Müəllif yazır ki, Bakıda xalqın qəzəbinə gəlmiş partiya rəhbərliyini dəyişmək əvəzinə, SSRİ rəhbərliyi onları müdafiəyə qalxıb. "Bakıdakı milli zəmində ermənilərə qarşı təxribatlar, Dağlıq Qarabağ ətrafında hadisələr Moskvanı qətiyyən narahat etmirdi. Yalnız Bakıda Kommunist Partiyasının hakimiyyətini itirməsi Moskvanı xalqla müharibəyə girməyə məcbur etdi. Kreml dəhşətli dərəcədə qorxurdu ki, Bakıda qurulmuş mifikt "dar ağacları" sabah bütün SSRİ-də üzə çıxa bilər.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Bölmənin digər xəbərləri
 
Dövlət Dumasının komitə sədri: "Rusiyada "erməni soyqırımı"nı inkara görə cəza qanunu qəbul etmək təklifi təxribatdır"
Fransa parlamentinin qəbul etdiyi qanun layihəsini isə absurd sayır

Orduda itkilərin sayı müdafiə xərcləri ilə paralel artır
2003-2011-ci illərdə müdafiə və təhlükəsizlik sektorunda itkilər rəqəmlərdə

Erik Rubin Bakıya gəlir
Bu, ABŞ rəsmisinin Azərbaycana ilk səfəridir

Roland Kobia: "Əgər Azərbaycanda belə bir iradə olsa..."
AB ilə Azərbaycan arasında viza rejimi məsələsi hələ də yubanır

İran sərhəd generalının bəyanatının əsas hədəfi nədir?
Yaxşı olardı ki, İran bu videokameraları Azərbaycanın işğal olunmuş əraziləri ilə sərhədlərində quraşdırsın



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər