Hüseyn Dəryanın keçmiş həyat yoldaşı oxudu
 |
Reper buna yaxşı baxmayıb
Şənbə, 14.01.2012
|
|
Reper Hüseyn Dərya ilə yolları ayrılan keçmiş həyat yoldaşı Sona Muradova mahnı oxumağa başlayıb. Artıq o, ikinci mahnısını auditoriya üçün hazırlayır. İlk mahnısını duet oxuyan Sona xanım bu dəfə solo ifası ilə özünə repertuar quracaq. Bu barədə açıqlama verən həvəskar ifaçı bunları dedi:
"Əslində incəsənətə qoşulmaq uşaqlıq arzumdur. Orta məktəbi bitirəndən sonra iki il sənədlərimi Mədəniyyət və İncəsənət Universitetinə versəm də, daxil ola bilmədim. Onda həvəsim aktrisalığa idi. Mahnı oxumaq üçün də səsim var. Amma çox vaxt tərəddüd edib oxumamışam. Son vaxtlar məndə həvəs yarandı. Niyyətim özümü peşəkar olaraq təqdim etmək deyil. Bu sahədə həvəskaram sadəcə. Bundan əvvəl "Bizimlə birlikdə" mahnısı yazılıb. Amma ilk ifamı bir o qədər bəyənmirəm, oxuyarkən həyəcanlı idim. Başlanğıc olduğundan bunu bir qədər normal hesab etdim. İndi ikinci mahnı yazılır.
Bu, türk sənətçi Murad Bozun repertuarından olan "Geri dönüş olsa" mahnısıdır. Tezliklə hazır olacaq və bunu geniş publika ilə paylaşacam". Sona Muradova Hüseynlə evlilikləri bitsə də, Hüseynin övladına və ona hörmətlə yanaşdığını, atalıq qayğısını əsirgəmədiyini bildirdi.
"Münasibətlərimiz yaxşıdır. Ola bilsin ki, bəzi insanlar Hüseynə acıq vermək üçün mahnı oxumaq həvəsinə düşdüyümü zənn edər. Amma biz bir-birimizə acıq vermirik, görüşürük, dərdləşirik, uşağımıza olan qayğını birlikdə bölüşürük. Alimentini də ödəyir. Dekabrda uşağın doğum günü idi. Gəldi təbrik elədi və bizimlə həmin axşam bir süfrə arxasında oturdu".
Məşhur reperin həyat yoldaşının kumirinin də olduğunu öyrəndik. Əksər sənət adamları tərəfindən mahnıları tənqid obyekti olan Üzeyirin ifasını Sona xanım çox bəyənirmiş:
"Hazırda anamla birlikdə avtomobildə yol gedirik. Birlikdə Üzeyiri dinləyirik. Mahnılarını və ifasını bəyənirəm. Mahnılarını bəyəndiyim digər ifaçı isə "Eurovision" təmsilçilərimizdən olan Samir Cavadzadədir. Yeri gəlmişkən, bu yaxınlarda Üzeyirin konserti olacaq və anamla birlikdə artıq biletlərimizi almışıq".
Reper Hüseyn Dərya isə öz növbəsində keçmiş həyat yoldaşının oxumasına etiraz edərək, evdə oturub uşağın tərbiyəsi ilə məşğul olması fikrini açıqlayıb. İlk addımlarını atdığı bir vaxtda reperdən etiraz yox, dəstək gözləyən Sona xanım onun mövqeyi ilə razılaşmadı. Bu barədə danışan həvəskar ifaçı səhnə fəaliyyətini davam etdirəcəyini bildirdi:
"Mən ilk gündən açıqladım ki, bu sənətə həvəskar kimi yanaşıram. Bu barədə Hüseynin də xəbəri var. Onsuz da əsas işim övladıma olan qayğıdır, onu da göstərirəm. Hüseynin fikrinə isə hörmətlə yanaşıram, onun açıqlamasından sonra anam onun fikri ilə razılaşmağımı istədi, amma bu da mənim arzumdur. Mən ondan etiraz yox, dəstək gözləyirəm. Adının adımın qarşısında hallanmasına ehtiyacım var", - deyə həvəskar ifaçı bildirib.
|
|
|
Oxşar xəbərlər:
Venesiya Komissiyasının 81-ci sessiyası başlanıb
Ombudsman yenə Elmira Süleymanova oldu
Parlamentdə Elmar Hüseynovun qətlindən danışıldı
Yeni zoopark üçün 55 hektar sahə ayrılıb
Hakimlər maaşdan əlavə aylıq da alacaq
|
|
|