Hal-hazırda Ayna qəzetinin 14.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Sietse Bakker: "Eurovision ölkələrinin siyahısı gələn həftə təqdim ediləcək"
Sietse Bakker:
"Eurovision ölkələrinin siyahısı gələn həftə təqdim ediləcək"
Ermənistanın iştirakı hələ də müəyyən deyil
Şənbə, 14.01.2012

mətn ölçüsü  

"Eurovision-2012" mahnı müsabiqəsində iştirak edən ölkələrin siyahısı gələn həftə açıqlanacaq. escdaily.com saytına istinadən, bu barədə "Eurovision Song Contest"in təşkilati məsələlər üzrə direktoru (supervisor) Sietse Bakker deyib. Onun sözlərinə görə, siyahının gələn həftə açıqlanması nəzərdə tutulur.

Bakker bildirib ki, Ermənistanın bu müsabiqədə iştirakı hələ də müəyyən deyil: "Biz AMPTV ilə iyundan bəri müsabiqədə iştirakla bağlı danışıq aparırdıq. Hazırda biz onların müsabiqədə iştirak edib-etməyəcəyi haqqında heç nə deyə bilmərik. Biz gələn həftə iştirakçı ölkələrin siyahısını təqdim edəcəyik, ayrı-ayrı ölkələrin iştirakını isə şərh etmirik".

Başqa bir xəbərə görə, Eurovision müsabiqəsinin İşçi Qrupu yarışma ilə bağlı promo-video çarxlarının çəkilişləri üçün növbəti kastinqlər keçirəcək. Seçimlər fevralın 4-də saat 12:00-dan 20:00-dək Bakı Biznes Mərkəzində olacaq.

Yanvarın 6-da keçirilən ilk kastinqlərdə 388 adam iştirak edib. Hazırda bu şəxslərin fotolarına baxılır. Yanvarın 6-da seçimlərə gələn şəxslər fevralın 4-də keçiriləcək kastinqlərə dəvət edilmir. Hər iki kastinqin cavabı isə fevral ayının 15-dək açıqlanacaq. Seçimlərdən keçən şəxslərlə əlaqə saxlanılacaq və onlar video çəkilişə dəvət olunacaqlar.

Kastinqdə məqsəd "Eurovision" Müsabiqəsinin tanıtım video-çarxları üçün simaların sadə vətəndaşlar arasından seçilməsi və bu müsabiqədə hamının yaxından iştirakına imkan yaradılmasıdır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İTV cəzalandırıldı

Bir mənzil üçün 10 min manat

"Eurovision-2009"da səsverənlərin siyahısı Azərbaycanda yoxdur"

Turizm sektoru: Kimi turizmlə, kimi bilet satmaqla məşğuldur

"Eurovision-2010"un keçiriləcəyi məkan bəlli oldu

Bölmənin digər xəbərləri
 
Arzum: "Sponsorlar da kateqoriyalara bölünür"
İfaçı şou meydanında az görünməyini izah etdi

"Naşı sürücülər maşınımı vurur, mən də ki - üzüyumşaq..."


Ayan İsrail şou-biznesinə qoşulur
İfaçı oradan məmnun qayıdıb

"Şıltaq qız" ciddiləşir
Özünü bu ampluaya uyğunlaşdıra bilib

"Deməli, Ledi Qaqa özünü mənə oxşadır"
Elza Seyidcahan kağızdan paltar geyinəcək

Firuzə İbadovadan yeni nəslə mesaj
O, "əsl sənət" nümayiş etdirəcək

Hüseyn Dəryanın keçmiş həyat yoldaşı oxudu
Reper buna yaxşı baxmayıb

Faytonçu Nazimin sənəti filmdə
Həmkarı filmdə ondan müsahibə götürüb

Rəqsanə yenə qalmaqalda
Onu hədələyirlər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər