Hal-hazırda Ayna qəzetinin 14.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
"Deməli, Ledi Qaqa özünü mənə oxşadır"
"Deməli, Ledi Qaqa özünü mənə oxşadır"
Elza Seyidcahan kağızdan paltar geyinəcək
Şənbə, 14.01.2012

Z.Rüstəm mətn ölçüsü  

Geridə qoyduğumuz təqvimdə Elza Seyidcahandan fərqli təqdimatlar izləyən tamaşaçısını daha bir yenilik gözləyir. Bu, sənətçinin ən maraqlı və dünyada ilk sayılan bir yeniliyi olacaq. Bu barədə danışarkən kağızdan paltar geyinəcəyini bildirdi. Özü də bu paltar bir yox, 7 ədəd tikiləcək. Tikən şəxs isə bu günə qədər heç kimlə çalışmayan dizaynerlərdən biridir. "Qeyri-adi" imicini onun bu ay verəcəyi iki günlük solo konsertində izləmək mümkün olacaq. Layihə barədə danışarkən deyir:

"Yanvarın 21-22-də solisti olduğum Rəşid Behbudov adına Mahnı Teatrında "Elza və 7-lər" adlı konsertimdir. Möhtəşəm bir layihədir. Bu konserti paltarımı nümayiş etdirmək üçün keçirmirəm. Repertuarım da maraqlıdır. Tamaşaçım məni hər zaman yeni, təkrarsız geyimdə izləyib. Budəfəki geyimim daha təəccübləndirici olacaq. Kağızdan 7 libas geyinəcəm. Konsertin adı geyimlərimi yansıdır. Burada mən 7 çeşiddə kağız paltarlar geyinəcəm.

REKLAM

Hazırda dizaynerlə qeyri-adi olduğu qədər risk tələb edən geyimlər üzərində çalışırıq".

Kağızdan libasın hər toxunuşdan cırılıb, söküləcəyini nəzərə alıb, "təhlükəsizliyin" necə qorunacağını xəbər aldıq.

"Bu barədə çox həyəcanlıyam. Çünki hər toxunuşdan paltar əynimdə cırıla bilər. Hətta mən fortepianoda özümü müşayiət etmək üçün əyləşəcəm, hər hərəkət bir təhlükə mənbəyi ola bilər. Bu səbəbdən də ehtiyat tədbiri görüləcək. Artıq Fövqəladə Hallar Nazirliyinin təhlükəsizlik heyətinə müraciət edilib. Bir qisim mühafizəçi məni istənilən təhlükədən qoruya biləcək" - deyən sənətçi bildirdi ki, kağız paltarların hər biri bir rəngdə olacaq.

İdeyasına müxtəlif yanaşmaların olacağına artıq alışan sənətçi deyir ki, səhnə adamı tək sənəti ilə təəccübləndirməməlidir. Lakin qeyri-adiliyin də ifrat dərəcəsini sevmədiyini sözünə əlavə etdi:

"Bəzi sənətçilər plastik əməliyyatla zahiri görünüşünü dəyişib, səhnəyə özünü müasir görkəmdə yaraşdırmaq istəyir. Bəziləri gözəlləşir, bəziləri isə tibbi müdaxilə nəticəsində üz cizgilərini ifrat dərəcəyə çatdırırlar. Mən buna yaxşı mənada təəccübləndirmək deməzdim".

Öz imicinə gəlincə, deyir ki, bu kimi dəyişiklikləri ta sovetin vaxtından edir. Amma Ledi Qaqa çıxandan sonra nidənsə, bəzi insanlar Elzanın özünü ona oxşatdığını dedilər:

"Əgər mən sovetin vaxtından qeyri-adiləşirəmsə, deməli, Ledi Qaqa özünü mənə oxşadır. O zamankı dəbdə qeyri-adilik yox idi. Bu gün bir çoxları bunu edə bilər. Amma keçmişdə bunu nadir edənlərdən biri mən olmuşam. Sırf beynimin məhsulunu ortaya qoymuşam. Bu gün də öz ideyam əsasında imic formalaşdırıram. Onu da qeyd edim ki, adı adımın yanında hallandırılan Ledi Qaqanın sənətini sevmirəm".

Kağızdan paltar ideyasına gəlincə, o, bunu Ginnesin Rekordlar Kitabına düşmək üçün etmədiyini dedi. "Dünyada ilkə imza atmağıma baxmayaraq, belə bir iddiam yoxdur" - deyə sənətçi bildirdi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Elza Seyidcahan məscid tikdirmək fikrinə düşüb

Elza Seyidcahan yeni bir yenilik eşqinə düşüb

Elza Seyidcahan başını keçəl qırxdıracaq

Elza Seyidcahana pul təklif olunub

Elza Seyidcahan Hollivud ulduzlarına meydan oxuyur

Bölmənin digər xəbərləri
 
Arzum: "Sponsorlar da kateqoriyalara bölünür"
İfaçı şou meydanında az görünməyini izah etdi

"Naşı sürücülər maşınımı vurur, mən də ki - üzüyumşaq..."


Ayan İsrail şou-biznesinə qoşulur
İfaçı oradan məmnun qayıdıb

"Şıltaq qız" ciddiləşir
Özünü bu ampluaya uyğunlaşdıra bilib

Sietse Bakker: "Eurovision ölkələrinin siyahısı gələn həftə təqdim ediləcək"
Ermənistanın iştirakı hələ də müəyyən deyil

Firuzə İbadovadan yeni nəslə mesaj
O, "əsl sənət" nümayiş etdirəcək

Hüseyn Dəryanın keçmiş həyat yoldaşı oxudu
Reper buna yaxşı baxmayıb

Faytonçu Nazimin sənəti filmdə
Həmkarı filmdə ondan müsahibə götürüb

Rəqsanə yenə qalmaqalda
Onu hədələyirlər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər