Vaxtilə şıltaq qız obrazı ilə gənclərin musiqi zövqünü oxşayan Elnarə artıq insanları ciddi musiqi ilə düşündürməyə çalışır. Özünü üzv olduğu "Qan" qrupunun dəst-xəttinə uyğunlaşdırıb. Bu barədə danışarkən bunun üçün çox çabalayıb-çalışdığını etiraf edir:
"Qrup artıq ilyarımdır fəaliyyətdədir. Bu müddətdə səsimin, ünümün dinləyiciyə yetişməsi üçün çox çabaladım. İnsanlar məni başqa ampluadan tanımışdılar. Yeni üslub tamam başqadır və düşündürücüdür. Şükürlər olsun ki, mən özümü bu üslubda təsdiqləyə bildim".
Elnarənin yeni tərzi, deyəsən, onun dost həmkarlarını bir az darıxdırıb. Əvvəlki kimi müasir estradanı az oxuyan Elnarəyə onlardan mesaj gəlib.
"Dostlarım məni görəndə zarafatla soruşurlar ki, "daha mahnı oxumayacaqsan?" Onlar əvvəlki janrı soruşurlar" - deyə ifaçı bildirib.
|