Hal-hazırda Ayna qəzetinin 14.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Arzum: "Sponsorlar da kateqoriyalara bölünür"
Arzum:
"Sponsorlar da kateqoriyalara bölünür"
İfaçı şou meydanında az görünməyini izah etdi
Şənbə, 14.01.2012

Şəms mətn ölçüsü  

Arzum haqqında son vaxtlar az yazılara rast gəlirik. Onun yaradıcılığında sükut dalğası hiss olunur. Hər zaman temperamentli görünən sənətçi durğunluğun səbəbindən belə danışdı:

"Albom hazırlayıram. Bura son iki ildə yazılan mahnılarım daxildir. Bir yeni işim də ondan ibarətdir ki, "Yana-yana kül oldüm" adlı xalq mahnısının musiqi çarxını artıq ekranlara təhvil verdim. İşlərim bundan ibarətdir".

Gənc ifaçı repertuarını da təzələmək istəyir. Amma onun ifa üslubunu nəzərə alsaq, bu sayaq bəstələrin çox yazılmadığını deyə bilərik. Bir zamanlar "Blyütuz" mahnısı ilə şou-biznesdə ritmini artırsa da, indiki sənət həyatı lirikaya köklənib. Onun ifa üslubuna uyğun mahnıların az yazıldığını dedi:

"Səs imkanlarım genişdir. Səsimi istənilən üsluba kökləyə bilərəm. Lap özümü görmədiyim arabesk üslubunda da oxuya və insanları romantikaya apara bilərəm. Amma oxumuram. İstəmirəm desinlər ki, filan mahnını oxuyan kəs Gülçataydı, kimdi? Çünki dediyim kimi, mənim üslubum deyil. Meylim daha çox dinamik, müasir estrada mahnılarınadır. Amma mənim üslubumda yazılan mahnılar da çox deyil.

REKLAM

Mən özümü öz tərzimdə uyğun mahnılarda tapmaq istəyirəm".

Mahnı mövzusunda belə bir məsələyə də toxunur. Deyir ki, əksəriyyət mahnıları toy bazarının ritminə uyğun seçir. Bu da əksər hallarda sənətçini üslubundan kənarlaşdırır. Deyir:

"Konsertlərdən qazanc olmadığına görə sənətçilər bu imkanı toy bazarında əldə edirlər. Mahnıları da ilk növbədə ona görə seçirlər ki, toy atmosferində olsun. Artıq bunu sənətçi deyil, daxilində olduğumuz şou-biznes tələb edir".

Arzumla aktuallığını itirməyən "sponsor" anlayışından danışdıq. Son belə bir söhbət bu günlərdə ATV-nin "Gün keçir" verilişində xalq artisti Flora Kərimova və duet dostu Rövşən Çivişov tərəfindən aparılıb. Arzum isə deyir ki, hələ də "sponsor" sözünün həqiqi mənasını dərk edə bilmir:

"Ona görə ki, bu ifadə fərqli yozulur. Çaşıb qalmışam, bəziləri deyir ki, sponsor maddi dəstək göstərəndir. Amma belə olanda çoxlu söhbətlər yaranır. Artıq sponsorlar da kateqoriyalara bölünür - A, B, C-si var. Amma mən hər zaman öz pul kisəmdən xərcləmişəm. Ona görə də, bu kateqoriyalar mənə yaddır. Mənim anlamımda bir sponsor anlayışı var - hər hansı şirkət sənətçinin məşhurlaşması üçün pul xərcləyir və niyyəti hasil olanda qazancın yarısını özünə götürür".

Sonda Arzum bir arzusunu dilə gətirdi. Bu il Azərbaycan Milli Konservatoriyasının məzunu olacaq və magistr pilləsini də bitirmək niyyətindədir. Doğrudur, yaradıcılıq işləri buna mane olur. Amma gec-tez magistr adını daşıyacağına əmindir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

MTRŞ-dan telekanallara son xəbərdarlıq

Jurnalist niyə "gizli mənbələr"ə üz tutur?

Müğənni Zamiq: "Mübarizə üçün strategiya seçməmişəm"

"Maşın" realiti-şou 9-cu sürəti ilə efirə qayıdır

Kim neçə dəfə nikaha girib?

Bölmənin digər xəbərləri
 
"Naşı sürücülər maşınımı vurur, mən də ki - üzüyumşaq..."


Ayan İsrail şou-biznesinə qoşulur
İfaçı oradan məmnun qayıdıb

"Şıltaq qız" ciddiləşir
Özünü bu ampluaya uyğunlaşdıra bilib

"Deməli, Ledi Qaqa özünü mənə oxşadır"
Elza Seyidcahan kağızdan paltar geyinəcək

Sietse Bakker: "Eurovision ölkələrinin siyahısı gələn həftə təqdim ediləcək"
Ermənistanın iştirakı hələ də müəyyən deyil

Firuzə İbadovadan yeni nəslə mesaj
O, "əsl sənət" nümayiş etdirəcək

Hüseyn Dəryanın keçmiş həyat yoldaşı oxudu
Reper buna yaxşı baxmayıb

Faytonçu Nazimin sənəti filmdə
Həmkarı filmdə ondan müsahibə götürüb

Rəqsanə yenə qalmaqalda
Onu hədələyirlər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər