Yerli polis rayon ərazisində mağazalardan oğurluq edən 9 nəfərlik dəstəni zərərsizləşdirib. Zaqatala şəhər sakinləri - Orxan Paşayev, Oruc Muradov, Məhəmməd Bayramov, Əfəndi Rəcəbov, Amin Mursalov, Əziz Rəhimov, Ramin Əloyev, Sərxan Davudov və Nurlan Musayev əlbir olaraq Zaqatala şəhəri və rayon ərazisində fəaliyyət göstərən 15-dən çox ərzaq mağazalarında oğurluq hadisələri törədib, ərzaq malları və nağd pul aparıblar.
|