Hal-hazırda Ayna qəzetinin 14.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
ARDNŞ: Bu vəziyyət uzun zaman davam edə bilməz
ARDNŞ:
Bu vəziyyət uzun zaman davam edə bilməz
Son 10 ayda şirkətin ərazilərində 1500 qanunsuz tikili inşa edilib
Şənbə, 14.01.2012

mətn ölçüsü  

Məhkəmə iddialarına və söküntü işlərinə baxmayaraq, ARDNŞ ərazilərində qanunsuz tikililər davam edir. Bu barədə dünənki mətbuat konfransında ARDNŞ Hüquq idarəsinin rəisi Eldar Orucov bildirib ("APA-Economics").

Onun sözlərinə görə, son 10 ay ərzində ARDNŞ ərazilərində qanunsuz olaraq 1521 tikili inşa edilib. Bu tikililər neft emalı zavodu ərazisində, boru kəmərlərinin mühafizə zolağında, "Ramana" yatağındadır. Digər qanunsuz tikililər qaz anbarlarının üzərində və Bibiheybət ərazisindədir. Bu tikililərin bir hissəsinin qarşısı alınıb, digər hissəsi başa çatıb və orda yaşayış başlayıb.

E.Orucov qeyd edib ki ARDNŞ belə hallarda hüquq-mühafizə orqanlarına müraciət edir: "Dəfələrlə hüquq-mühafizə orqanlarına yazılıb, amma bəzən meydanda bizim əməkdaşlar tək qalırlar, ona görə də bəzi tikililər tikilib başa çatdırılır. Ona görə də indi əsas diqqət belə tikililərə qarşı hüquqi hərəkətlərin aparılması - məhkəmə iddialarının tərtibi və müraciətlərin edilməsinə yönəldilib".

Orucov qeyd edir ki, qanunsuz tikililərin bir çoxunda yaşayan insanların başqa yerdə yaşayış yeri yoxdur. Ona görə də belə vətəndaşlara möhlət verilir. İdarə rəisinin sözlərinə görə, möhlətin verilməsində məqsəd vətəndaşlara yeni yaşayış yeri ilə bağlı problemi həll etmək, eləcə də qanunsuz torpaq ayıraraq ziyan vuran bələdiyyələrə və digər orqanlara qarşı iddia qaldıraraq onlara dəyən ziyanı ödətdirmək üçün vaxt verməkdir.

ARDNŞ rəsmisi bildirib ki, bu günədək qüvvəyə minmiş 2 mindən artıq məhkəmə qərarından yalnız 1-2-də vətəndaşlar bu vəziyyətə düşdüklərinə görə günahkar olan orqanları məhkəməyə veriblər: "Qalan hallarda onlar gözləmə mövqeyi tutur, ümumiyyətlə, məhkəmənin qərarının icrasına tələsmirlər".

Hazırda yaşayış olan qanunsuz evlərin nə vaxt söküləcəyinə toxunan idarə rəisi bildirib ki, bu vəziyyət sonsuzadək davam edə bilməz. E.Orucovun sözlərinə görə, neft-qaz hasilatına mane olmayan tikililərin sahiblərinə vaxt verilir:

"Əgər bu gün həmin tikililər sökülmədən neft-qaz əməliyyatını hansısa formada aparmaq mümkündürsə, biz bunu edirik. Amma Binəqədidə belə ərazilərin altında 5 mln. tonadək çıxarıla bilən neft ehtiyatı var. Deməli, gec-tez bu məsələ həll edilməlidir. Burada konkret müddəti demək çətindir, amma möhlət müddəti çox ola bilməz. Əgər onlar neft-qaz əməliyyatlarına mane olsa və hasilata ciddi təsir etsə, Neft Şirkəti məcbur olacaq ki, qanunun gücündən istifadə etsin".

Orucovun sözlərinə görə, əvvəllər ARDNŞ qanunsuz tikililərlə bağlı məhkəmə iddialarını şirkətin torpaq sahələrini qanunsuz olaraq vətəndaşlara ayıran bələdiyyələrə qarşı qaldırsa da, sonradan qanunvericiliyə uyğun olaraq bu iddialar vətəndaşlara qarşı yönəldilib. Amma iddia qaldırılanda birgə cavabdeh kimi qanunsuz qərar qəbul etmiş bələdiyyələr də qeyd olunur.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Meşə qardaşları"nın məhkəməsi təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edir

Radikallıqda təqsirləndirilən dini qrupun apellyasiya şikayətinə baxılır

SMDT Ədliyyə Nazirliyini məhkəməyə verdi

Blogerlər azad edilmədi

Arabulun məhkəməsi davam edir

Bölmənin digər xəbərləri
 
Əmanətlərin qaytarılma mexanizmi açıqlandı
MM İqtisadi siyasət komitəsi qanun layihəsi hazırlayıb

Əli Məsimli: "Neft, sadəcə, iqtisadiyyat deyil, həm də siyasətdir"
40 milyardlıq valyuta ehtiyatı "təhlükəsizlik yastığı"dır

İpotekanı təkmilləşdirmək problemi həll etmir
Çünki maliyyə mənbələri hələ də məhduddur



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər