Hal-hazırda Ayna qəzetinin 14.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
İpotekanı təkmilləşdirmək problemi həll etmir
İpotekanı təkmilləşdirmək problemi həll etmir
Çünki maliyyə mənbələri hələ də məhduddur
Şənbə, 14.01.2012

A.Akif mətn ölçüsü  

Büdcədən ötən il sosial ipoteka kreditlərinə 20 milyon manat vəsait ayrıldı, 2010-cu ildə isə bu rəqəm 14 milyon idi. İpoteka Fondu tərəfindən adi ipoteka kreditlərinə ayrılan vəsaitin həcmində azalmalar olub. 2011-ci ildə Fond tərəfindən adi ipoteka kreditlərinə 77 milyon manat ayrılıb. 2010-cu ildə isə bu rəqəm 90,5 milyon manat idi... Praktiki olaraq, adi ipoteka kreditlərinə ayırlan vəsait 2011-ci ildə 2010-cu ilə nisbətən 15 faiz düşüb.

Qeyd edək ki, adi ipoteka kreditləri dövlət büdcəsi hesabına maliyyələşdirilmir və bu kreditlər İpoteka Fondunun məhz ipoteka istiqrazları yerləşdirilməsinə əsasən əldə etdiyi vəsaitlər hesabınadır. Əgər 2010-cu ildə Fond 81 milyon manatlıq ipoteka istiqrazı satmışdısa, 2011-ci ildə bu rəqəm 77 milyon manat olub.

Bütövlükdə isə 2011-ci ildə vətəndaşa İpoteka Fondu tərəfindən 97 milyon manat sosial və adi ipoteka krediti verilib. 2011-ci ildə kommersiya banklarının kommersiya ipoteka kreditlərinin verilməsində də azalmalar müşahidə edilib. 2010-cu ildə kommersiya bankları 96,9 manat ipoteka krediti vermişdilərsə, 2011-ci ildə isə bu rəqəm 95,5 milyon manat olub, bu da ötən illə müqayisədə 1,5 faiz azdır.

Bu il büdcədən sosial ipotekaya 20 milyon manat vəsait ayrılıb. Adi ipoteka kreditlərinə isə 80 milyon manat ayrılacağı proqnozlaşdırılır. Yəni 2012-ci ildə adi ipoteka kreditlərinə ayırılan vəsait 2011-ci illə müqayisədə 3 milyon manat və ya 3,8 faiz çox olacaq. Hər halda, cari ildə bu sahəyə 20 milyon manat ayrılmasında problem olmayacaq. Adi ipoteka kreditləri verilməsi isə İpoteka Fondunun hansı məbləğdə ipoteka istiqrazı satmasından asılı olacaq. Bütövlükdə, cari ildə İpoteka Fondunun verəcəyi kreditlərin məbləğində 3,8 faiz artım proqnozlaşdırılır.

2011-ci ilin əsas gündəmini təşkil edən ipoteka proqramının təkmilləşdirilməsi ilə bağlı Mərkəzi Bank və Gənclər və İdman Nazirliyinin irəli sürdüyü təkliflər yaxın zamanlarda reallaşa bilər. Dəyişikliklər daha çox sosial ipoteka proqramının təkmilləşdirilməsini əhatə edəcək. Buraya faiz dərəcəsinin 4 faizdən 2 faizə endirilməsi, sosial ipoteka proqramından istifadə edən kateqoriyanın tərkibinin dəyişdirilməsi daxildir.

REKLAM

Faizlərin aşağı salınması təklif olunsa da, hazırda tətbiq olunan ödəniş müddətinin saxlanması nəzərdə tutulub.

İqtisadçı Vüqar Bayramovun açıqlamasına görə, təkliflərə yaş məhdudiyyəti ilə bağlı məqamların aradan qaldırılması da daxil edilib. Hazırkı tələblərə görə, güzəştli ipoteka kreditlərindən 35 yaşa qədər vətəndaşlar istifadə edə bilər. Hökumətdə bu rəqəmin artırılması və sosial ipoteka kreditlərindən yalnız ailəli deyil, subay gənclərin də istifadə etməsinə imkan yaradılması müzakirə edilir.

Bundan başqa, təkliflər paketinə hər iki ipoteka krediti üzrə maksimum məbləğin artırılması daxildir. Sosial ipoteka kreditlərinin maksimum məbləğini 35 min manatdan 50 min manata, adi ipoteka kreditlərinin maksimum məbləğini 50 min manatdan 75 min manata artırmaq planlaşdırılır. Mərkəzi Bankın hazırladığı təkliflərdə ilkin ödənişin İpoteka Fondunun yanında yaradılacaq Zəmanət Fondu tərəfindən həyata keçirilməsi də əksini tapır.

İqtisadçı adi ipoteka proqramı ilə bağlı bir sıra məsələlərin açıq qaldığını və təkliflər paketinə daxil edilmədiyini qeyd edir:

"Sosial ipoteka kreditləri üzrə faizlərin endirilməsi irəli sürülsə də, adi ipoteka kreditlərində faizlər yüksək olaraq qalmaqdadır. Azərbaycan MDB-də ən yüsək ipoteka faizi təklif edən 3 ölkədən biridir. Adi ipoteka kreditlərinin 8 faizlə təklif edilməsi 50 min manat kredit götürən vətəndaşın proqram dövründə götürdüyü kreditdən 2,5 dəfə artıq vəsait ödəməsinə gətirib çıxarıb. Bu da iqtisadi və maliyyə baxımından əlverişli deyil. İpoteka krediti almaq üçün tələb edilən sənədlərin sayının azaldılması istiqamətində də işlər ləng gedir. Baxmayaraq ki, hələ iki il əvvəl elektron ipotekanın tətbiq edilməsi təklifi ilə çıxış etmişəm. Bundan əlavə, adi və sosial ipoteka krediti üçün tələb edilən əməkhaqqı məbləği kifayət qədər yüksəkdir. Hazırda 50 min manatlıq adi ipoteka krediti üçün ölkə üzrə orta aylıq əməkhaqqıdan 2 dəfə çox (700 manat və bundan daha artıq) əməkhaqqı tələb edilir. Bunu sosial baxımdan izah etmək çətindir. Çünki əməkhaqqı üçün tələb edilən minimumlar orta aylıq əməkhaqqı məbləğindən yüksək olmamalıdır".

Bayramov hesab edir ki, sosial ipoteka proqramından istifadə edən kateqoriyanın tərkibi dəyişdirilərkən jurnalistlər də aztəminatlı kateqoriya kimi siyahıya daxil edilməlidir. Bütövlükdə sosial və adi ipoteka kreditlərinin təkmilləşdirilməsi istiqamətində irəli sürülən təklifləri müsbət qiymətləndirən iqtisadçı bu təkliflərin ipoteka alanların daha yüngül şərtlərlə kredit götürməsinə şərait yaradacağını düşünür:

"Lakin ipoteka proqramının maliyyələşdirilməsi mənbələri hələ də məhduddur. Sosial ipoteka kreditləri dövlət büdcəsi, adi ipoteka kreditləri isə İpoteka Fondunun yerləşdirdiyi ipoteka istiqrazlarının satışından əldə edilən vəsaitlər hesabına reallaşdırılır. Şərtlər yüngülləşdirilsə də, ayrılan vəsaitlərin maliyyə mənbələri məhduddur. Mövcud maliyyə resursları daha çox vətəndaşın ipoteka proqramından faydalanmasına şərait yarada bilməz. O baxımdan şərtlərin dəyişdirilməsi ilə bərabər maliyyə mənbələri də genişləndirilməlidir".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Mənfəət vergisi ləğv edilir

Kənd müəllimlərinə güzəşt

Ali məktəblər kredit sisteminə keçir

İpotekanın verilmə şərtləri sadələşdirilir

Banklar müştərilərin etibarlılığını gözdən keçirir

Bölmənin digər xəbərləri
 
Əmanətlərin qaytarılma mexanizmi açıqlandı
MM İqtisadi siyasət komitəsi qanun layihəsi hazırlayıb

Əli Məsimli: "Neft, sadəcə, iqtisadiyyat deyil, həm də siyasətdir"
40 milyardlıq valyuta ehtiyatı "təhlükəsizlik yastığı"dır

ARDNŞ: Bu vəziyyət uzun zaman davam edə bilməz
Son 10 ayda şirkətin ərazilərində 1500 qanunsuz tikili inşa edilib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər