Hal-hazırda Ayna qəzetinin 14.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Əli Məsimli: "Neft, sadəcə, iqtisadiyyat deyil, həm də siyasətdir"
Əli Məsimli:
"Neft, sadəcə, iqtisadiyyat deyil, həm də siyasətdir"
40 milyardlıq valyuta ehtiyatı \"təhlükəsizlik yastığı\"dır
Şənbə, 14.01.2012

A.Əhmədova mətn ölçüsü  

Dünya böhranı Avropa kimi güclü iqtisadiyyatı olan zonaları dağıdırsa, əlbəttə, inkişaf etmiş ölkələrə də təsir edəcək. Əgər böhran Amerikada baş verərsə, bizə daha çox təsir edəcək. Çünki Amerika ilə bizim dollar münasibətlərində əlaqələrimiz daha böyükdür. Bu mülahzənin müəllifi MM İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimlidir. Millət vəkili xatırladır ki, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının tərkib hissəsidir və təbii ki, bir istiqamətdə inteqrasiyamız güclüdür, bir istiqamətdə orta, digərində isə zəifdir:

"Hansı sahədə zəifdirsə, böhranın təsiri həmin sahəyə minimum olur. Yaxud da bizim xaricdən aldığımız borclar Qazaxıstan qədər olmadığına görə böhran zamanı Azərbaycan iqtisadiyyatına da Qazaxıstandakı qədər ziyan dəymir. Amma istehsal sahəsində 8 faizə qədər zəifləmə müşahidə olundu. Dünya böhranının sosial sahəyə təsiri isə ondan ibarət ola bilər ki, bu sahədə həyata keçirilən zəruri tədbirlər müəyyən dərəcədə ləngiyər. İş burasındadır ki, 2008-ci ilin böhranında Rusiya və Qazaxıstan enerji daşıyıcılı ölkələri olaraq 3 zərbə aldılar. Amma Azərbaycana 1 zərbə olub. Biz milli valyutanı sabit saxlaya bildik və fond birjalarında səliqəli fəaliyyət göstərdiyimizə görə milli valyutanın devalvasiyasından, fond bazarında gedən proseslərdən zərbə almadıq. Rusiya və Qazaxıstan isə həm maliyyə bazarından, həm valyuta devalvasiyasından, həm də neftin qiymətinin düşməsindən zərbə aldılar".

Hazırda Azərbaycanın 40 milyard dollardan artıq valyuta ehtiyatı var. Məsimli hesab edir ki, bu, bizə "təhlükəsizlik yastığı" olaraq manevr imkanı verəcək. Çünki artıq Mərkəzi Bankın, Maliyyə Nazirliyinin təcrübəsi də var ki, böhran kəskinləşərsə, "nə etməli" sualına 2008-ci ildən daha savadlı cavab verə bilsinlər. Ona görə də bu "təhlükəsizlik yastığı" hesabına böhrandan bu dəfə daha da az itki ilə çıxa bilərik.

Bəzi ekspertlər 2012-ci ildə neftin ucuzlaşmasını proqnozlaşdırır. Millət vəkilinin bununla bağlı fikrinə gəldikdə, neft, sadəcə, iqtisadiyyat deyil, həm də siyasətdir. Aysberqin görünən və görünməyən tərəfləri arasında böyük fərq var:

"Neftin qiymətləndirilməsində də görünən və görünməyən tərəflər var. Bir ölkəni diz çökdürməkdən ötrü neftin qiymətini kəskin qaldıra və aşağı sala bilərlər. Bir iqtisadçı kimi hesab edirəm ki, SSRİ-nin dağılmasında məhz neftin qiymətinin kəskin surətdə düşməsi böyük rol oynadı. Təqribi mülahizə yürüdə bilərəm ki, əgər 2011-ci ildə neftin qiyməti 100 dollardan yuxarı olubsa, 2012-ci ildə 100 dollardan aşağı olacaq. Amma, hər halda, bizim büdcədə nəzərdə tutduğumuzdan - 80 dollardan yüksək olacaq".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bu ilin I rübündə illik inflyasiya 9,1% təşkil edib

Sulutəpədə yenə də qarşıdurma

ARDNŞ-nin balansına əl gəzdirildi

Xəzər regionunda terror təhlükəsi daha da artıb

Büdcə dəyişdirilib qəbul edildi

Bölmənin digər xəbərləri
 
Əmanətlərin qaytarılma mexanizmi açıqlandı
MM İqtisadi siyasət komitəsi qanun layihəsi hazırlayıb

İpotekanı təkmilləşdirmək problemi həll etmir
Çünki maliyyə mənbələri hələ də məhduddur

ARDNŞ: Bu vəziyyət uzun zaman davam edə bilməz
Son 10 ayda şirkətin ərazilərində 1500 qanunsuz tikili inşa edilib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər