Hal-hazırda Ayna qəzetinin 14.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Əmanətlərin qaytarılma mexanizmi açıqlandı
Əmanətlərin qaytarılma mexanizmi açıqlandı
MM İqtisadi siyasət komitəsi qanun layihəsi hazırlayıb
Şənbə, 14.01.2012

mətn ölçüsü  

Azərbaycan əhalinin 1992-ci il yanvarın 1-dək Əmanət Bankına qoyulmuş əmanətlərinin qaytarılmasının təmini üzrə mexanizm hazırlayıb. MM İqtisadi siyasət komitəsi əmanətlərin qaytarılmasının təmin edilməsi, qaytarılma mexanizmi üzrə qanun layihəsi, qanun layihəsinin ayrı-ayrı bəndləri üzrə izahedici qeydlər, eləcə də əmanətlərin qaytarılmasının təmini üçün qüvvədə olan qanunvericiliyə hansı dəyişikliklərin tətbiq edilməsinin vacibliyi ilə bağlı qanun layihəsini artıq Nazirlər Kabineti və Maliyyə Nazirliyinə göndərib.

Maliyyə naziri Samir Şərifov bu ərəfədə bildirmişdi ki, 1992-ci il yanvarın 1-dək Azərbaycan SSR Əmanət Bankına qoyulan əmanətlərin qaytarılmasının təmin edilməsinə 2012-ci ildə maliyyə vəsaiti tapa bilər. Nazirin sözlərinə görə, bu, müvafiq qanun layihəsinin hazırlanmasından sonra mümkün olacaq.

Bu vəsaitlərin verilməsi əhalinin əmanətlərinin indeksləşdirilməsi prosesinin çətinliyinə görə bir neçə dəfə təxirə salınıb. Bu prosesin hazırlanması üçün parlamentdə işçi qrupu yaradılıb. Bu proses "Əhalinin 1992-ci il yanvarın 1-dək AzSSR-in Əmanət Bankında həyata keçirilən əmanətlərinin indeksləşdirilməsi haqqında" qanunun mexanizminin hazırlanması və təsdiqindən sonra başlaya bilər.

İndeksləşdirmə məsələsi parlamentdə bir neçə dəfə qaldırılıb, lakin Baş nazir Artur Rasizadənin rəhbərliyi altında 2005-ci ildə yaradılan dövlət komissiyasının qərarı olmadan əmanətlərin qaytarılmasına start verilə bilməz, bunun üçün ölkəyə uyğun əmsal müəyyənləşdirilməlidir. Büdcədən mövcud mexanizmlər olmadan bu məqsədlərə vəsait ayrıla bilməz, halbuki 2006-cı ilin dövlət büdcəsində əmanətlərin indeksləşdirilmə prosesinin başlanması üçün 50 milyon manat qoyulmuşdu.

Qanun layihəsinin əvvəlki variantına əsasən, əmanətlərin indeksləşdirilməsinin 8-10 il ərzində həyata keçirilməsi nəzərdə tutulurdu və alətlərdən biri kimi qiymətli kağızlar göstərilirdi.

Şərifovun sözlərinə görə, qonşu ölkələrin təcrübəsi əmanətlərin bu cür indeksləşdirilməsinin səmərəsiz olduğunu göstərdi, belə ki, bu, pulların qiymətdən düşməsinə gətirib çıxarır. Spiker Oqtay Əsədov nazirin mövcud məsələnin qısa müddətdə (1-2 il) həlli ilə bağlı təklifini dəstəkləyib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Mənfəət vergisi ləğv edilir

Samir Şərifov: "SSRİ-dən qalan bank əmanətlərinin qaytarılması üçün 2012-ci ildə vəsait ayırmaq imkanları var"

Batmış əmanətlər daxili borc elan olunmalıdır

Əhali əmanətlərini manatla saxlamağa üstünlük verir

Maliyyə Nazirliyi əmanətləri qaytarmaqda maraqlı deyil

Bölmənin digər xəbərləri
 
Əli Məsimli: "Neft, sadəcə, iqtisadiyyat deyil, həm də siyasətdir"
40 milyardlıq valyuta ehtiyatı "təhlükəsizlik yastığı"dır

İpotekanı təkmilləşdirmək problemi həll etmir
Çünki maliyyə mənbələri hələ də məhduddur

ARDNŞ: Bu vəziyyət uzun zaman davam edə bilməz
Son 10 ayda şirkətin ərazilərində 1500 qanunsuz tikili inşa edilib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər