Hal-hazırda Ayna qəzetinin 14.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Tehran ötən il "dünya rekordu"na imza atıb
Tehran ötən il "dünya rekordu"na imza atıb
Bir ildə insan haqları 1 milyon 120 min 77 dəfə pozulub
Şənbə, 14.01.2012

Sədi mətn ölçüsü  

İran hakimiyyəti insan haqlarını pozmaqda yeni "dünya rekorduna" imza atıb. İran İnsan Haqları təşkilatının yaydığı məlumat bunu təsdiq edir. Ötən il ölkədə insan haqları 1 milyon 120 min 77 dəfə pozulmuşdur. Necə deyərlər, bu qara rəqəm Ginnesin "Rekordlar Kitabı"na daxil edilməli faktdır.

"Öyrənci"nin yaydığı məlumata görə, il ərzində İranda 529 məhbus edam olunub, 597 siyasi fəal məhkəmə qərarı ilə azadlıqdan məhrum edilib, 4615 vətəndaş isə müvəqqəti həbsdə saxlanılıb.

Edam edilənlərdən 323 nəfərinin kişi, 6-nın qadın olduğu dəqiqdir, qalanlarının cinsiyyəti barədə bilgi əldə edilməyib. Edam edilənlərdən 76 faizi narkotik maddələrin alqı-satqısı və istifadəsində, 11 faizi təcavüzdə, 5 faizi isə adam öldərməkdə təqsirləndirilib.

Ölüm hökmlərinin 13 faizi Tehranda, 12 faizi Qərbi Azərbaycanda, 10 faizi isə Xorasanda icra edilib. Edam cəzasına məhkum edilənlərdən 61 nəfəri isə əfv olunub.

İran yeni ili edamlarla qarşıladı. Qəzvin şəhərində iki nəfər əhalinin gözü qarşısında dar ağacından asıldı. Adları Məhəmməd və Əli kimi açıqlanan məhbuslar şəhərin mərkəzi meydanlarından birində edam olunublar. Onlar 1 ailənin 4 üzvünü qətlə yetirməkdə ittiham olunaraq edam cəzasına məhkum ediliblər.

"Media forum" saytının məlumatına görə, "uyuşdurucu qaçaqçılığında" təqsirli bilinən 40 nəfər Zəncan, Kərəc, Kirmanşah və Simnan şəhər zindanlarında edam olunublar. Asılanlar arasında Əfqanıstan və Nigeriya vətəndaşları da var.

"Silahlı bank oğurluğuna" görə məhkum edilmiş 3 nəfər - Əlirza Əhmədi, Sadıq İsgəndəri, Sasan Bəstami isə yanvarın 5-də ictimaiyyət qarşısında dar ağacından asıldılar.

Yeni həbslər

Azərbaycan türklərinin milli varlığı uğrunda dinc mübarizə aparanlardan Həmədan Universitetinin tələbəsi Yunis Süleymani yenidən tutulub. ETTELAAT Ərdəbil şöbəsinin əməkdaşları ötən il iyunun 17-də "İldırım" adlı tələbə jurnalının keçmiş redaktoru Yunis Süleymanini atasının mənzilindən aparmışdılar. Onda 5 ay həbsdə saxlanmış, noyabrda 220 min dollarlıq mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.

Həftə sonu yayılan məlumata görə, ETTELAAT Ərdəbil şöbəsinin əməkdaşları Yunis Süleymanini dekabrın 25-də tutublar. Həmədan Universitetindən də qovulduğu deyilən bu azərbaycanlı gəncə qarşı irəli sürülən ittihamlar haqda dəqiq məlumat yoxdur.

"Öyrənci"nin yaydığı xəbərə əsasən, İnqilab Məhkəməsinin Təbriz bölməsi yerli Tibb Universitetinin tələbəsi Saman Cahanpur barəsində 6 ay azadlıqdan məhrumetmə və 20 şallaq zərbəsi haqda qərar çıxarıb. Tələbə ötən ilin sentyabrında Urmiya gölünün qurumasına qarşı Təbrizdə keçirilən etiraz aksiyalarında tutulmuşdu. Onda Cahanpur yerli ETTELAAT təcridxanasında 2 həftə saxlanmış və fiziki, mənəvi işgəncələrə məruz qalmışdı. Mülk girovu qarşılığında zaminə buraxılmışdı.

Əhər şəhər məktəblərindən birinin müəllimi, türklərin milli haqlarını tələb edənlərdən biri Abbas Nəzəri yerli inqilab məhkəməsinin birinci şöbəsinə çağırılıb. O, 2006-cı ilin mayında keçirilən etiraz aksiyalarının birinci ildönümünə hazırlıq gedən zaman - 2007-ci il mayın 21-də məxfi polis tərəfindən öz şəxsi evində tutulub və ETTELAAT-ın Təbriz idarəsinə köçürülüb. Nəzəri orada 30 gün saxlanıb və sorğu-suala tutulduqdan sonra mülki vəsiqə qarşılığında zaminə buraxılıb. Ancaq bəlli olmayan səbəblərdən Abbas Nəzərinin dosyesinə indiyə kimi baxmayıb.

İranda bəzi islahatçı qəzetlə əməkdaşlıq edən jurnalist Fatimə Xəridmənd tutulub. ETTELAAT əməkdaşları Fatimə Xəridməndi yanvarın 7-dən 8-nə keçən gecə evindən aparıblar.

Fatimə Xəridməndin yoldaşı, jurnalist və siyasi fəal Məsud Ləvasani Bi-Bi-Si televiziyasının fars redaksiyasına açıqlamasında ETTELAAT əməkdaşlarının evdə 3 saata qədər axtarış apardığını bildirib:

"Xanımın həbsini onun siyasi məhbus ailələri ilə əlaqədə olması ilə əlaqələndirdilər. Fatiməni apararkən məmurlarla elə bir çaxnaşma yaranmadı. Lakin mən və 4 yaşlı oğlumuz hələ də şok içindəyik. Yoldaşımın heç vaxt siyasi fəaliyyəti olmayıb və onun tutulmasının əsl səbəbi bizə aydın deyil".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Gənc fəalların həbsi ilə bağlı etirazlar davam edir

Ağasif Şakiroğluna qarşı qaldırılmış cinayət işinə xitam verilib

Azərbaycan KTMT-yə qoşulmağa hazırlaşmır

"Azərbaycan bayrağı İst-river sahilində"

Dünyanın 200 ən yaxşı universiteti müəyyənləşdi

Bölmənin digər xəbərləri
 
Azərbaycanlının namizədliyi qeydə alınmayıb
Əhmədinejadın bacısı isə parlamentdə Gərmsarı təmsil edə bilər...

Deyəsən, hakimiyyətin öz əməlidir
Şəhriyarın heykəlini oğurlayanlar hələ də tapılmayıb

GAMAC ikinci qurultayını keçirdi
Təşkilati məsələlərə baxılıb, siyasi qətnamələr qəbul olunub



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər