Bir milyondan çox dinləyici auditoriyası olan BBS 3 radiosunun növbəti layihəsində üç azərbaycanlı sənətçinin adı hallanır. Bunlar Alim Qasımov və qızı Fərqanə Qasımova, bir də xanəndə Qoçaq Əsgərovdur. Qoçaq Əsgərov xəbər verir ki, BBS 3 radiosu ifası sevilən və ən çox dinlənilən dünyaca yaxşıların ifasını ikili diskə toplayaraq onu satışa çıxarıb. Bu satış dünyanın bir sıra ölkələrində təşkil edilib.
Dinləyici tələbatını nəzərə alan təşkilat komitəsi diskin 6 aydan bir tirajını artırmağa qərar verib. Xanəndənin əlavəsinə görə, bu radio ilə onun tanışlığı 2007-ci ilə təsadüf edir. Bakıda səfərdə olan bir qrup şəxs azərbaycanlı ifaçını dinlədikdən sonra onun ifasını elə burada lentə alırlar. Onlar Alim Qasımov və Fərqanənin ifasında iki xalq mahnısı, Qoçaq Əsgərovun ifasında isə "Ay qız" xalq mahnısı və "Şahnaz" muğamını yazıya alıblar.
|