Hal-hazırda Ayna qəzetinin 14.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 14.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Hamı üçün təhsil  
 
 
İmtahanın nəticəsi son suala cavab veriləndə artıq bilinir
Tibb Universitetində kredit sistemi ilə təhsil alanlar yeni üsulla imtahan verirlər
Şənbə, 14.01.2012

A.Əhmədova mətn ölçüsü  

Tibb Universitetində bu tədris ilinin qış imtahan sessiyasında kredit sistemi ilə təhsil alan tələbələrin imtahanları test üsulu ilə kompüter vasitəsilə aparılır. Artıq 6 ildir universitetdə təhsil tədricən kredit sistemi ilə aparılır. İlk olaraq tibb-biologiya ixtisasında, sonrakı il əczaçılıq və tibbi-profilaktika fakültəsində təhsil bu sistemlə aparılıb. 3 il öncə stomatologiya fakültəsində, 2 il öncə isə müalicə-profilaktika, pediatriya, hərbi tibb fakültələrində də təhsil kredit sistemi ilə aparılmağa başlanılıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilir.

Bu sistemlə təhsil alan tələbələrin biliyi 100 ballıq sistemlə qiymətləndirilir. Belə ki, tələbələr 50 bal dərsə davamiyyət, ev tapşırıqlarının yerinə yetirilməsi və cari mənimsəmədən toplayır. 50 bal isə imtahan zamanı toplanılır. İmtahan zamanı minimum keçid balı 17-dir. Ümumilikdə müsbət qiymət 51-100 bal hesab olunur: A- 91- 100 bal (əla), B - 81-90 bal (çox yaxşı), C - 71-80 bal (yaxşı), D - 61-70 bal (kafi), E - 51-60 bal (qənaətbəxş), F - 0-50 (qeyri-kafi).

İmtahanların müasir texnoloji vasitələrin köməyi ilə qəbulu universitetin Böyük Elmi Şurasında müzakirə olunub və müvafiq qərar qəbul olunub. Universitet əməkdaşlarının köməyi ilə ayrı- ayrı fənlər üzrə test sualları bankı yaradılıb. Hər fənn üzrə orta hesabla 300- 500 sual test bankına daxil edilib. Qəbul olunmuş qərara əsasən, imtahan zamanı tələbələr bir saat ərzində 25 suala cavab verirlər.

İmtahanları yüksək səviyyədə təşkil etmək üçün universitetin 5 saylı tədris binasında 2 imtahan kompüter zalı yaradılıb. 2 zala ümumilikdə 210 ədəd son model güclü proqram təminatı olan kompüter yerləşdirilib. İmtahanlar gündə 5 növbədə aparılır. Gün ərzində 1050 tələbə ayrı-ayrı fənlər üzrə imtahan verə bilir.

Ümumilikdə cari qış sessiyasında 2774 tələbə orta hesabla 8 fəndən kompüter test imtahanından keçəcək. Test bankının yaradılması "Kompüter test mərkəzi"nin əməkdaşları tərəfindən aparılır və onun məxfiliyi təmin olunur. İmtahan qəbul edən şəbəkə qapalıdır, internetə birləşməyib, informasiyaların alınması üçün bağlıdır. İmtahanların obyektivlik və aşkarlıq şəraitində keçməsini təşkil etmək məqsədilə kafedra müdirlərindən ibarət xüsusi komissiya yaradılıb. İmtahanlara texniki nəzarət qeyri-mütəxəssis gənc müəllimlərdən təşkil olunmuş komissiya və nəzarət kameraları tərəfindən aparılır. Tələbə imtahanın nəticəsini son suala cavab verən zaman artıq bilir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

TQDK son xəbərdarlığını etdi...

Kənd müəllimlərinə güzəşt

Təhsil naziri təbii fəlakətlə bağlı qərar qəbul edəcək

TQDK-ya 22 Avropa və dünya çempionu müraciət edib

Ali məktəblərə test imtahanları başlayır

Bölmənin digər xəbərləri
 
Peşə liseyi: inkişaf tendensiyalarına baxış
Baza güclənir, məzmun dəyişir, müsbət nəticələr göz önündədir

İbtidai siniflərə neçə müəllim dərs keçsin?
Təkliflər bu ilin sonuna hazır olacaq

"Qaynar xətt"ə daxil olan müraciətlərin sayı artıb
TN daha çox şikayət gələn rayonların adlarını açıqladı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər