Hal-hazırda Ayna qəzetinin 07.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Rafiq Tağının ailəsi Respublika Prokurorluğunu məhkəməyə verir
Səbəb - istintaqın gedişindən narazılıqdır
Şənbə, 07.01.2012

İ.Telmanoğlu mətn ölçüsü  

Mərhum yazıçı-publisist Rafiq Tağının ailəsi Respublika Prokurorluğunu məhkəməyə verməyə hazırlaşır. Bu barədə Tağı ailəsinin vəkili Elçin Sadıqov "Media forum" saytına bildirib. Vəkil deyib ki, Nəsimi Rayon Məhkəməsinə təqdim ediləcək iddia ərizəsində həkimlərin məsuliyyəti məsələsi də yer alacaq.

Onun sözlərinə görə, Rafiq Tağıya sui-qəsdin istintaqını aparan Respublika Prokurorluğundan ciddi narazılıqları var:

"Prokurorluq bizim hüquqlarımızı pozub. Bu günə kimi prokurorluq Rafiq Tağının həyat yoldaşını zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanımayıb və onun ifadəsini almayıb. İstintaq materialları ilə bağlı rəsmi sənədləri bizə təqdim etməyiblər. Halbuki bu sənədlər bizə mütləq verilməli idi. Rafiq Tağının ölümü ilə bağlı ekspertiza rəyi, onun bıçaqlandığı ərazidə olan videokameraların yaddaşından məlumatların götürülməsi, ərazidə qeydə alınmış telefon danışıqlarının yoxlanması kimi məsələlər üzrə vəsatətlər qaldırmışdıq. Ancaq çox təəssüf ki, indiyə kimi prokurorluqdan bizə heç bir məlumat verilməyib. Bütün bunları nəzərə alaraq biz Nəsimi Rayon Məhkəməsinə müraciət etmək qərarına gəldik. İddiada həkimlərin, tibbi xidmətin məsuliyyəti məsələsi də yer alacaq. Ancaq bizim əsas tələbimiz cinayətkarın tapılması, bu cinayəti kimin sifariş verdiyinin açılmasıdır".

Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda, yaşadığı evin yaxınlığında bıçaqlanıb. Noyabrın 23-də o, müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır. İstintaq Cinayət Məcəlləsinin 120.1 - qəsdən adam öldürmə maddəsi ilə aparılır.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yekun ekspertiza rəyində deyilir ki, yazıçının ölümünə səbəb döş qəfəsi və daxili üzvlərin çoxsaylı deşilmiş-kəsilmiş yaraları və bununla bağlı keçirilmiş cərrahi əməliyyatdan sonra inkişaf edən süst gedişli peritonit, nazik bağırsağın atoniyası, orqanizmin zəif intoksikasiyası, eləcə də hər iki ağciyər divarının plevrası ilə tikişmələri fonunda ürəyin xroniki işemiya xəstəliyinin (əvvəllər keçirdiyi infarktdan sonra iriocaqlı kardioskleroz, ürək əzələsinin qalınlaşması) kəskinləşməsi nəticəsində kəskin ürək-ağciyər çatışmazlığı olub.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Baş Prokurorluqda əməliyyat müşavirəsi

Baş Prokurorluqda müşavirə

Korrupsiyaya qarşı savaş ciddiləşir?

Baş Prokurorluq vakant ştatlara sənəd qəbul edir

Seymur Həziyevin döyülməsi ilə bağlı iş açılıb

Bölmənin digər xəbərləri
 
Hərbçilər mənzillə necə təmin olunacaq?
Prezidentin fərmanı müsbət hesab edilsə də, ortaya bir sıra ziddiyyətlər çıxıb

Prokurorluq və ombudsman: Bağırzadə dələduzdur
Həbsdə olan müxalifətçi ilə bağlı rəsmi məlumat yayılıb

ARDNŞ-nin balansına əl gəzdirildi
Bəzi obyektlər Səhiyyə Nazirliyi ilə Bakı İH arasında paylaşdırıldı

Dekabrda ölkədən 1047 əcnəbi çıxarılıb
200 əcnəbinin isə qalıb yaşaması leqallaşdı

Nemət Pənahlının səhhəti pisləşib
Həyat yoldaşının sözlərinə görə, saxlanma yeri dəyişməsə, onu ciddi təhlükə gözləyir

"Neolit" restoranında atışmanı kim törədib?
Baş Polis İdarəsi və şəhər prokurorluğu bu insidenti izah edib

ABŞ hərbi üstünlüyünü qorumaq niyyətindədir


Türkiyə Müdafiə Sənayesi Katibliyinin Bakıda ofisi açılacaq


Malatya sipəri İran üçün təhlükə yaratmayacaq


Sərhəd Qoşunlarının texnika və silah-sursat problemi yoxdur


Sərhədçi zabit və gizirlər üçün bina inşa edilib




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər