Hal-hazırda Ayna qəzetinin 07.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
"Neolit" restoranında atışmanı kim törədib?
"Neolit" restoranında atışmanı kim törədib?
Baş Polis İdarəsi və şəhər prokurorluğu bu insidenti izah edib
Şənbə, 07.01.2012


İLKİN
mətn ölçüsü  

Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu "Neolit" şadlıq evində baş verən silahlı insidentlə bağlı məlumat yayıb. Baş Prokurorluq mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, yanvarın 2-də saat 20:30 radələrində paytaxtın Nizami rayonu M.Əliyev küçəsində yerləşən və çoxsaylı insanların istirahət etdiyi "Neolit" restoranının qarşısında ictimai qayda kobud surətdə pozulmaqla vətəndaşların rahatlığına qəsd edən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hadisəsi qeydə alınıb.

Belə ki, həmin tarixdə Bakı şəhər sakini, heç bir yerdə işləməyən Hüseynli Şahin Rabil oğlu sərxoş vəziyyətdə əylənmək üçün qeyd edilən restorana gələrək özünə məxsus "Jaguar" markalı avtomobili restoranın qarşısında düzgün saxlamadığı üçün restoranın əməkdaşları ilə aralarında mübahisə yaranıb. Restoran əməkdaşlarının iradlarını qəbul etməyən Şahin Hüseynli intizama dəvət edilsə də, əksinə, bundan daha da əsəbiləşərək ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi ilə müşayiət olunan hərəkətlər edərək avtomobilinin yük yerində gəzdirdiyi özünə məxsus 16 kalibrli, yivsiz qoşalülə ov tüfəngindən restoranın giriş qapısına atəş açıb. Bu zaman restoranda istirahət edən çoxsaylı insan vahiməyə düşərək restoranı tərk edib, foyedə olan Nağıyev Fəxrəddin Firdovsi oğlu isə açılmış atəş nəticəsində bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb. Dərhal hadisə yerinə gəlmiş Nizami Rayon Polis İdarəsinin polis nəfərləri Şahin Hüseynlini zərərsizləşdiriblər.

Fakta görə Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah tətbiq etməklə) maddəsi ilə cinayət işi başlanıb, hadisə yerinə baxış keçirilib, Şahin Hüseynlinin cinayətdə istifadə etdiyi tüfəng maddi sübut kimi götürülüb. İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. Cinayətin törədilməsində təqsirli bilinən Şahin Hüseynliyə həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Cinayətin törədilməsində təqsirli bilinən Şahin Hüseynlinin hələlik adı açıqlanmayan məmurun yaxın qohumu olduğu bildirilir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Hərbçilər mənzillə necə təmin olunacaq?
Prezidentin fərmanı müsbət hesab edilsə də, ortaya bir sıra ziddiyyətlər çıxıb

Prokurorluq və ombudsman: Bağırzadə dələduzdur
Həbsdə olan müxalifətçi ilə bağlı rəsmi məlumat yayılıb

ARDNŞ-nin balansına əl gəzdirildi
Bəzi obyektlər Səhiyyə Nazirliyi ilə Bakı İH arasında paylaşdırıldı

Dekabrda ölkədən 1047 əcnəbi çıxarılıb
200 əcnəbinin isə qalıb yaşaması leqallaşdı

Nemət Pənahlının səhhəti pisləşib
Həyat yoldaşının sözlərinə görə, saxlanma yeri dəyişməsə, onu ciddi təhlükə gözləyir

Rafiq Tağının ailəsi Respublika Prokurorluğunu məhkəməyə verir
Səbəb - istintaqın gedişindən narazılıqdır

ABŞ hərbi üstünlüyünü qorumaq niyyətindədir


Türkiyə Müdafiə Sənayesi Katibliyinin Bakıda ofisi açılacaq


Malatya sipəri İran üçün təhlükə yaratmayacaq


Sərhəd Qoşunlarının texnika və silah-sursat problemi yoxdur


Sərhədçi zabit və gizirlər üçün bina inşa edilib




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər