Hal-hazırda Ayna qəzetinin 07.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Nemət Pənahlının səhhəti pisləşib
Həyat yoldaşının sözlərinə görə, saxlanma yeri dəyişməsə, onu ciddi təhlükə gözləyir
Şənbə, 07.01.2012

İ.Abbasov mətn ölçüsü  

Nemət Pənahlının səhhəti pisdir. Bu barədə onun həyat yoldaşı Həcər Pənahlı "Media forum" saytına açıqlamasında deyir: "Ötən il 17 noyabr Milli Dirçəliş Günü ilə əlaqədar olaraq ANS telekanalı bizim ailəni efirə dəvət etmişdi. Dərdimiz çox olsa da, mən fürsətdən istifadə edib yalnız Nemətin sağlıq durumundan danışdım. Nemət yüksək şəkərdən, böyrək xəstəliyindən əziyyət çəkir. Çəkiliş efirə gedəndən sonra ümid edirdim ki, heç olmasa onun səhhəti ilə maraqlanarlar. Amma əksinə oldu, Neməti sağlıq durumuna tamamilə ziyanlı ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərdilər. Nemətin həbsxana yolları onun ciyərlərində ciddi iz qoyub. Ona görə də yoldaşım bu problemlə bağlı daim həkim nəzarətində olub, daima müalicə alıb. İndi təsəvvür edin ki, bu adamı 200 nəfərin saxlandığı qapalı yerə salıblar. Artıq kimə şikayət edəcəyimizi bilmirik. Bu ölkənin aidiyyəti orqanlarını bizim şikayətlərimiz qətiyyən maraqlandırmır.

Nemət Bakı İstintaq Təcridxanasında qanuna tamamilə zidd olaraq 7 ay tək saxlanıb ki, bu, konkret cəza növüdür. Vəkilinə isə deyilib ki, guya Nemət özü tək qalmaq üçün ərizə verib. Halbuki Nemət belə bir ərizə yazmayıb. Bütün bu neqativ hallara görə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlər göndərilib. Bilirik ki, şikayətlərimizə məhəl qoymayan dövlət səlahiyyətliləri Avropaya şikayətlərimizə dövlətin imicinə xələl gətirmək qiyməti verəcəklər. Amma bu ölkədə öz dövləti tərəfindən insan yerinə qoyulan hansı vətəndaş Avropaya üz tutar? Ailəsi olaraq Nemət Pənahlını ölümün cəngində qoya bilmərik ki.

Doğrudur, Bakı İstintaq Təcridxanasından fərqli olaraq, həbsxana rəhbərliyi ilə aralarında heç bir problem yoxdur. Yəni ona qarşı qeyri-qanuni təzyiqlər olmur. Amma bir daha qeyd edirəm, onun səhhəti qapalı cəzaçəkmə şəraitinə tab gətirməyə bilər".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Polis şöbəsinin sabiq rəisinə 13 il həbs

Nemət Pənahlı adamdöymədə ittiham olunur

Nemət Pənahlı 6 il müddətinə azadlıqdan məhrum edildi

Təcridxanalardakı vəziyyətdən narazılıq

Məhkum həbsxanadan qaçdı

Bölmənin digər xəbərləri
 
Hərbçilər mənzillə necə təmin olunacaq?
Prezidentin fərmanı müsbət hesab edilsə də, ortaya bir sıra ziddiyyətlər çıxıb

Prokurorluq və ombudsman: Bağırzadə dələduzdur
Həbsdə olan müxalifətçi ilə bağlı rəsmi məlumat yayılıb

ARDNŞ-nin balansına əl gəzdirildi
Bəzi obyektlər Səhiyyə Nazirliyi ilə Bakı İH arasında paylaşdırıldı

Dekabrda ölkədən 1047 əcnəbi çıxarılıb
200 əcnəbinin isə qalıb yaşaması leqallaşdı

"Neolit" restoranında atışmanı kim törədib?
Baş Polis İdarəsi və şəhər prokurorluğu bu insidenti izah edib

Rafiq Tağının ailəsi Respublika Prokurorluğunu məhkəməyə verir
Səbəb - istintaqın gedişindən narazılıqdır

ABŞ hərbi üstünlüyünü qorumaq niyyətindədir


Türkiyə Müdafiə Sənayesi Katibliyinin Bakıda ofisi açılacaq


Malatya sipəri İran üçün təhlükə yaratmayacaq


Sərhəd Qoşunlarının texnika və silah-sursat problemi yoxdur


Sərhədçi zabit və gizirlər üçün bina inşa edilib




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər