Hal-hazırda Ayna qəzetinin 07.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Prokurorluq və ombudsman: Bağırzadə dələduzdur
Prokurorluq və ombudsman: Bağırzadə dələduzdur
Həbsdə olan müxalifətçi ilə bağlı rəsmi məlumat yayılıb
Şənbə, 07.01.2012

İ.Abbasov mətn ölçüsü  

Ötən ilin sonlarında dələduzluqda və sənədləri saxtalaşdırmaqda ittiham olunaraq həbs edilən Nehrəm sakini ilə bağlı Muxtar Respublika prokuruorluğu və ombudsmanı bəyanatla çıxış edib. Bu iki qurum bəyan edir ki, Bağırzadə dələduzdur, o, düzgün olaraq həbs edilib və saxlanma şəraiti ilə bağlı şikayəti yoxdur.

Lakin iş burasındadır ki, hər dəfə qanunsuz həbs və hətta saxlanan şəxsin ölümü baş verdiyi halda belə, Naxçıvandan bu cür bəyanatlar səslənir. Məsələn bu, Naxçıvan MTN divarları daxilində vəfat etmiş Turac Zeynalovla da baş vermişdi. Naxçıvan hakimiyyəti ictimaiyyəti inandırmağa çalışır ki, həbs olunmuş Zeynal Bağırzadənin işi ilə bağlı qeyri-adi heç nə baş vermir. Buna əsas kimi onun öz hərbi sənədlərini saxtalaşdırması və uzun illər Çernobıl faciəsinin veteranı kimi qanunsuz pensiya alması göstərilib.

Lakin qeyd etmək lazımdır ki, hakimiyyətin Bağırzadənin dələduzluğunu "yadına salmasına" səbəb onun qardaşı Yaşarın Nehrəm kəndini sudan məhrum edən yerli məmurların özbaşınalığına etiraz etməsi olub. Bundan sonra qardaşlara həm psixoloji, həm də fiziki təzyiqlər nəticə verməyib və onlar öz tələblərindən geri çəkilməyiblər. Zeynal saxlanılaraq amansızcasına döyülüb. O, ağır vəziyyətdə xəstəxanaya aparılıb, yaxınları ilə görüşünə imkan verilməyib. Ailə bildirir ki, o, özünə qarşı irəli sürülən ittihamları etiraf etməkdən imtina etdiyinə görə işgəncələrə məruz qalıb.

Ötən gün Naxçıvandan daha bir xəbər gəlib ki, Z.Bağırzadə özünü yaxşı hiss edir. Bu dəfə Demokratiya və İnsan Hüquqlarını Müdafiə Mərkəzi adlı hüquq müdafiə təşkilatı belə məlumat yayıb. QHT bildirib ki, İşgəncələr Əleyhinə Komitənin yerli nümayəndəsi ilə Bağırzadəyə baş çəkiblər və o, özünü yaxşı hiss edir, heç bir şikayəti yoxdur.

Demokratiya və QHT-nin İnkişaf Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibova bu məlumatları şərh edərək bildirib ki, uzun müddətdir ki, Bağırzadəyə baş çəkmək üçün Penitensiar Xidmətdən və hakimiyyətdən icazə ala bilmir.

Öz növbəsində İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov bildirib ki, öz nümayəndəsinin Bağırzadəyə baş çəkməsi üçün göstəriş verməyib və başçəkmənin nəticəsi barədə məlumatı yoxdur. Digər yerli hüquq müdafiəçisi, RATİ-nin Naxçıvandakı nümayəndəsi Elman Abbasov hüquq müdafiəçilərinin həbs olunan şəxsə baş çəkməsi faktından təəccübləndiyini bildirib. "İndiyədək Naxçıvanda onlarla işgəncə, qanunsuz həbs halları baş verib. Lakin heç zaman hüquq müdafiəçiləri onların yanına buraxılmayıb. Bu hüquq müdafiəçiləri kimlərdir ki, onları ora buraxıblar. Biz belə hüquq müdafiəçiləri tanımırıq", - deyə o vurğulayıb.

Bunlar çox qəribə görünür, halbuki Naxçıvanda bu cür hallar əvvəllər də baş verib. Yerli və beynəlxalq ictimaiyyətin insan haqlarının pozulması ilə bağlı tənqidlərinin qarşısını almağa çalışan hakimiyyət, görünür, özünü təmizə çıxarmaq istəyir.

Xatırladaq ki, dekabrın 26-da Naxçıvan şəhər məhkəməsində hakim Mehman Dünyamalıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində AXCP fəalı Zeynalabdin Bağırzadə haqqında AR CM-in 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Məhkəmə prosesi NMR baş prokurorunun təqdimatı əsasında keçirilib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Naxçıvanın ermənilərə verilməsini Türkiyə əngəlləyib"

Tələbə azad sahibkarlıq işində

Sədərək kəndi mütəmadi atəş altında

Naxçıvandakı vəziyyətdən narahatlıq

Sürpriz səfər və ya arzuolunmaz qonaqlar

Bölmənin digər xəbərləri
 
Hərbçilər mənzillə necə təmin olunacaq?
Prezidentin fərmanı müsbət hesab edilsə də, ortaya bir sıra ziddiyyətlər çıxıb

ARDNŞ-nin balansına əl gəzdirildi
Bəzi obyektlər Səhiyyə Nazirliyi ilə Bakı İH arasında paylaşdırıldı

Dekabrda ölkədən 1047 əcnəbi çıxarılıb
200 əcnəbinin isə qalıb yaşaması leqallaşdı

Nemət Pənahlının səhhəti pisləşib
Həyat yoldaşının sözlərinə görə, saxlanma yeri dəyişməsə, onu ciddi təhlükə gözləyir

"Neolit" restoranında atışmanı kim törədib?
Baş Polis İdarəsi və şəhər prokurorluğu bu insidenti izah edib

Rafiq Tağının ailəsi Respublika Prokurorluğunu məhkəməyə verir
Səbəb - istintaqın gedişindən narazılıqdır

ABŞ hərbi üstünlüyünü qorumaq niyyətindədir


Türkiyə Müdafiə Sənayesi Katibliyinin Bakıda ofisi açılacaq


Malatya sipəri İran üçün təhlükə yaratmayacaq


Sərhəd Qoşunlarının texnika və silah-sursat problemi yoxdur


Sərhədçi zabit və gizirlər üçün bina inşa edilib




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər