Hal-hazırda Ayna qəzetinin 07.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Hərbçilər mənzillə necə təmin olunacaq?
Hərbçilər mənzillə necə təmin olunacaq?
Prezidentin fərmanı müsbət hesab edilsə də, ortaya bir sıra ziddiyyətlər çıxıb
Şənbə, 07.01.2012

C.Məmmədov mətn ölçüsü  

Dekabrın 28-də prezident İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə fərman imzaladı. Mətndə qeyd olunur ki, ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi onların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsinə, mənzil-məişət problemlərinin həll edilməsinə təkan verib. Fərmanla qərara alınıb ki, Silahlı Qüvvələrin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.

Dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiya yaradılıb. Komissiyanın sədri maliyyə naziri Samir Şərifov, üzvləri isə müdafiə nazirinin müavini Çingiz Məmmədov, Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rafiq Cəlilov, Bakı Şəhər İH başçısının müavini Rauf Pənahov, Prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi Ramiz Tahirovdur.

Komissiyaya tapşırılıb ki, siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın.

Ehtiyatda və İstefada olan Zabitlər İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Yaşar Cəfərli fərmanı müsbət hal kimi dəyərləndirir. Deyir ki, bu, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi üçün prezident tərəfindən verilən töhfə kimi qəbul olunmalıdır. Düşünür ki, bu fərman hərbi qulluqçuların bir qisminin mənzillə təmin olunması üçün əsas verəcək, amma təəssüf ki, orduda olan mənzil probleminin bütövlükdə həllini əhatə etməyəcək. Y.Cəfərlinin fikrincə, digər tərəfdən fərmanın mətnində və məsələlərin qoyuluşunda bir sıra qüsurlar var. O deyir:

"Misal üçün, "verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi" ifadəsi ilə razı deyiləm. Çünki, əksinə, son illər ərzində hərbi qulluqçulara əvvəllər verilən güzəşt və imtiyazlar ləğv olunub və onun əvəzinə yalnız reallığı əks etdirməyən cüzi miqdarda pul kompensasiyaları verilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, 91-92-ci illər ərzində qəbul olunmuş qanunlar və qərarlarda nəzərdə tutulan güzəşt və imtiyazların hərbi qulluqçulara bu günə qədər verilməsi təmin olunmayıb. Misal üçün, zabitlərin işləməyən həyat yoldaşlarına orta aylıq əməkhaqqı miqdarında pul kompensasiyası ödənilməsi, sərt iqlim şəraiti olan ərazilərdə xidmət edən hərbi qulluqçulara (burada ilk növbədə dəniz qüvvələrində xidmət edən dənizçilər və Pirallahı adasında xidmət edən hərbi qulluqçular nəzərdə tutulur) əməkhaqqına əlavələrin verilməsi təmin olunmayıb. Başqa qüsurlar da var. Fərmanda qeyd edilib ki, "20 təqvim ili və ya daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular" mənzillə təmin edilməlidirlər. Burada "qüsursuz" ifadəsi heç bir məntiqi əks etdirmir. Əksinə, problemin həlli ilə məşğul olan məmurlara bu ifadədən sui-istifadə etmək üçün şərait yaradır".

Bir sıra ekspertlərin fikrincə, əgər mövcud qanunvericilikdə hərbi qulluqçuların mənzillə təminatı məsələləri əksini tapıbsa, bu fərmana ehtiyac qalmırdı.

REKLAM

Y.Cəfərliyə görə, bu fərman həm də onu göstərir ki, qüvvədə olan qanunların icra mexanizmi yoxdur:

"Digər tərəfdən, qanunvericilikdə nəzərdə tutulam tədbirlərin həyata keçirilməsi üçün dövlət tərəfindən bu günə qədər müvafiq tədbirlər görülməyib. Ona görə də, əlavə fərmana ehtiyac yaranıb. Orduda mənzil problemi ilə bağlı ciddi narazılıq var, bu barədə yuxarı dairələrdə bilgilər mövcuddur. Bu fərman həm də qeyd edilən narazılığın qarşısını almaq hədəfi güdür. Yəni ki, rəhbərlik problemlərin həllinə başladığını bu fərmanı imzalamaqla nümayiş etdirir".

Y.Cəfərli, ümumilikdə, hərbi qulluqçuların mənzil probleminin həlli ilə bağlı fərmanda qoyulan yanaşmanı kökündən ədalətsiz hesab edir:

"Çünki hərbi qulluqçular arasında elə vətəndaşlar var ki, 20 ildən az xidmət edib, amma onun mənzilə daha çox ehtiyacı var. Digər tərəfdən, ehtiyata buraxılmış və ömrünün son gününə qədər mənzil almaq ümidi ilə yaşayan ehtiyatda olan zabitlər fərmanla əhatə olunmayıb. Ədalətsiz yanaşmanı başqa faktlarla da əsaslandırmaq olar".

Cəfərli bildirdi ki, hazırda Ehtiyatda və İstefada olan Zabitlər İctimai Birliyində işçi qrupu yaradılıb, fərmanın mətni hərtərəfli öyrənilir. Yaxın günlərdə rəsmi mövqeyimizi bildirmək və təklifləri səsləndirmək üçün mətbuat konfransı planlaşdırılır.

"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi ekspertlərinin fikrincə, müdafiə xərclərinin artması SQ-də xidmət edən hərbi qulluqçuların sosial rifahının gücləndirilməsini əsas prioritetlər sırasına çıxarır. Bu səbəbdən hərbçilərin sosial rifahının yüksəldilməsi ilə bağlı atılan hər bir addım təqdirəlayiq hesab olunur.

Xatırladaq ki, "Doktrina" JHAM-ın ötən ilin ortalarında reallaşdırdığı layihə çərçivəsində hərbçilərin sosial rifahının yüksəldilməsi istiqamətində addımlar atılması zəruriliyinə dair təkliflər verilmişdi. Bu təkliflər içərisində əsas diqqət çəkənləri hərbi qulluqçuların məvaciblərinin artırılması və mənzil təminatının yüksəldilməsi ilə bağlı idi. Ekspertlər hesab edirlər ki, SQ və digər hərbi birləşmələrdə qulluq edən hərbi qulluqçuların məvaciblərinin kəskin artırılması və onların mənzil probleminin həlli vacibdir.

Ötən il ərzində ölkə başçısı səviyyəsində bu istiqamətlərdə fərmanlar imzalanıb, sərəncamlar verilib. Belə görünür ki, ordu quruculuğunun sosial rifahı ilə bağlı durum ölü nöqtədən tərpənməyə başlayıb. Amma bugünkü vəziyyəti qənaətbəxş hesab etmək mümkün deyil. Çünki mənzillərin hərbi qulluqçulara verilmə qaydaları hərbi qanunvericilikdə dəqiq əks olunduğu halda, sözügedən fərman bir qədər anlaşılmazlıq yaradır, yəni ondan sui-istifadə hallarına yol verilmə ehtimalı doğulub.

Xüsusilə də "qüsursuz" termininin ortaya çıxardığı mübahisələr, fikir ayrılıqları diqqət çəkir. Hərbi qanunvericiliyin heç bir hissəsində "qüsursuz" sözünün şərhi yoxdur. Yəni indiki durumda MN-də adi töhmət alan hərbi qulluqçu da, hərbi xidmət dövründə cinayətdə günahlandırılaraq məsuliyyətə cəlb olunmuş və sonra xidmətini davam etdirən hərbi qulluqçu da "qüsurlu" sayıla bilər.

Qeyd edək ki, hərbi qulluqçulara "Qüsursuz hərbi xidmətlərə görə" medalı verilir. Bu medal 3 dərəcəyə bölünür. 10 il, 15 il və 20 il qüsursuz xidmətə görə. Məntiqlə, 20 il xidmət edən "Qüsursuz hərbi xidmətlərə görə" medalını almış hərbi qulluqçulara ev verilməlidir. Amma elə şəxslər var ki, həm belə medala malikdir, həm də onun haqqında xidməti uyğunsuzluqla bağlı müdafiə nazirinin sərəncamı var. Belə hərbi qulluqçular mənzil ala biləcəklərmi? Bu kimi suallar çoxdur.

Ekspertlərin fikrincə, bu prosesə ictimai nəzarət yoxdur. İlin ilk günlərindən SQ-nin ayrı-ayrı hərbi hissələrində mənzil almaq hüququ əldə edəcək hərbi qulluqçuların siyahısının tutulmasına başlanılıb. Bu barədə milaz.info portalına hərbi mənbədən məlumat daxil olub. Bildirilir ki, 2012-ci il ərzində Silahlı Qüvvələrdə xidmətinin 20 ili tamam olan hərbi qulluqçuların siyahısının tutulması barədə Müdafiə Nazirliyindən göstəriş gəlib. Əldə olan bilgilərə görə, hazırda orduda 20 il xidmət edənlər arasında bu fərmanın necə yerinə yetiriləcəyi ilə bağlı ciddi narahatlıq var.

"Doktrina" ekspertləri hesab edirlər ki, ölkə rəhbərliyi fərmanın şamil olunacağı şəxslər kateqoriyasının müəyyənləşdirilməsi prosesini diqqətdə saxlamalıdır. Eyni zamanda, gələcəkdə fərmanın şamil olunacağı hərbi qulluqçular kateqoriyasına mənzillərin verilmə prosesi də diqqətdə olmalıdır. Əks təqdirdə, bu fərman hərbçilərin sosial rifahının yüksəlməsinə deyil, bu sferada gərginliyə, korrupsiyaya səbəb olacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ermənistan ordusunun çağırışçı problemi

Orduda itkilər artır

Ağasif Şakiroğluna qarşı qaldırılmış cinayət işinə xitam verilib

Orduda ruhani təsisatı ideyası?

Orduda 2 nəfər həlak oldu

Bölmənin digər xəbərləri
 
Prokurorluq və ombudsman: Bağırzadə dələduzdur
Həbsdə olan müxalifətçi ilə bağlı rəsmi məlumat yayılıb

ARDNŞ-nin balansına əl gəzdirildi
Bəzi obyektlər Səhiyyə Nazirliyi ilə Bakı İH arasında paylaşdırıldı

Dekabrda ölkədən 1047 əcnəbi çıxarılıb
200 əcnəbinin isə qalıb yaşaması leqallaşdı

Nemət Pənahlının səhhəti pisləşib
Həyat yoldaşının sözlərinə görə, saxlanma yeri dəyişməsə, onu ciddi təhlükə gözləyir

"Neolit" restoranında atışmanı kim törədib?
Baş Polis İdarəsi və şəhər prokurorluğu bu insidenti izah edib

Rafiq Tağının ailəsi Respublika Prokurorluğunu məhkəməyə verir
Səbəb - istintaqın gedişindən narazılıqdır

ABŞ hərbi üstünlüyünü qorumaq niyyətindədir


Türkiyə Müdafiə Sənayesi Katibliyinin Bakıda ofisi açılacaq


Malatya sipəri İran üçün təhlükə yaratmayacaq


Sərhəd Qoşunlarının texnika və silah-sursat problemi yoxdur


Sərhədçi zabit və gizirlər üçün bina inşa edilib




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər