Hal-hazırda Ayna qəzetinin 07.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Dəməşq gəmisindən qaçış başlayıb
Dəməşq gəmisindən qaçış başlayıb
Birinci qaçanlar - 90 illik diktator rejimini qoruyanlardır
Şənbə, 07.01.2012

Ənvər Börüsoy mətn ölçüsü  

Osmanlı İmperatorluğu dağılan dönəmdə Yaxın Şərq regionunda ərəblərlə yanaşı, çərkəzlər və ermənilər də 650 illik ömrü olan bu dövlətə qarşı üsyana qoşuldular. Dövlətə xəyanət yolunu tutaraq Osmanlını arxadan vurdular. Bunun ardınca Fransa, İtaliya, Rusiya və digər dövlətlərin bölgədə strateji maraqlarının uzlaşması dönəmi başlanıldı. Məhz ərəb, erməni, çərkəz və yunanların ortaq birləşmə nöqtəsi olaraq, bölgədə ötən 90 il ərzində qatı antitürk siyasəti aparılmış, türkman və qaraçay türk toplumlarına qarşı işgəncələrə bərabər siyasətlər yürüdülmüşdür. İndi zaman dəyişir. "Əsəd ailəsi" hakimiyyətinin sonu çatdığına görə bu antitürk şəbəkə dağılmaqdadır. Suriya xalqı isə 90 il öncə olduğu kimi qardaş Türkiyəyə və türklərə möhtac qalıb.

Çərkəz düyünü

2011-in yazından Suriyada Əsəd ailəsinin 40 illik hakimiyyətinə qarşı genişmiqyaslı xalq üsyanları başladı. Orta Doğunun ən qəddar diktatura rejimi adını qazanmış bu ölkənin taleyi indi qeyri-müəyyəndir. Onun ömrünün çox az qaldığı barədə proqnozlar çoxalıb. Hafiz Əsədin ölümündən sonra hakimiyyəti neçə illərdir idarə edən oğul Bəşər Əsəd atasından daha sərt siyasət yürütdü. Necə deyərlər, "atasına rəhmət oxutdu". Budur, ərəb ölkələrində baş verən sosial hərəkat Suriyanı da öz ağuşuna almışdır. Əsəd rejiminin tarixin zibilliyə atılacağı gün uzaq görünmür.

Əsəd dönəmində ordu, polis, təhlükəsizlik orqanlarında ən çox güvənilən "yenilməz çərkəzlər" indi təlatümlə üz-üzə qalmışdır. Belə ki, Bəşər Əsəd rejiminə sadiq olan çərkəzlərdən ibarət silahlı qüvvələr əhaliyə qarşı daha qəddarcasına davranırdı. Sabah nə olacaq? Onların rahatsızlığı anlaşılandır.

REKLAM

Keşiyində durduqları qeyri-insani Əsəd rejiminin laxladığını görən çərkəzlər Türkiyə, Almaniya, Rusiya və ABŞ-a minnətçi düşmüşlər.

Artıq onları nəinki Suriyada, heç bir ərəb dövlətində sevən yoxdur. 150 minlik çərkəz əhalisi üçün Beynəlxalq Çərkəz Konqresi, Çərkəz Qardaşlığı Birliyi, Qafqaz Dərnəkləri Federasiyası, Avropa Çərkəzləri Federasiyası, Adıge Xase Təşkilatları Şurası, Adıge Xabez və digər çərkəz qurumları hərəkətə keçmişlər. Suriyalı çərkəzlər qorxu və həyəcan içində müxtəlif dövlətlərdən onlara miqrasiya imkanı üçün yalvarış dolu müraciətlər edirlər...

Quzey Qafqazda, xüsusilə Adıgey Respublikasının prezidenti, parlamenti və ictimai təşkilatları Rusiya prezidentinə, Dövlət Dumasına, Federasiya Şurasına dönə-dönə məktublar göndərərək suriyalı çərkəzlərə öz tarixi yurdlarında qaçqın statusu verilməsi üçün yalvarışlar edirlər. Halbuki bir neçə ay öncə həmin təşkilatlar Rusiyanı təhdid edərək 2014-cü il Soçi Qış Olimpiya Oyunlarına görə "ən radikal addımlar atacaqlarından" dəm vururdular.

1554-cü ildə çərkəz knyazı Temrük Xan öz qızı Məryəmi rus çarı İvan Qroznıya ərə verdiyi zaman bütün çərkəzlər elə bilirdilər ki, Qafqazda tarixən möhtəşəm dövlətlər quran türklərin hakimiyyətlərinə birdəfəlik son qoyacaq və onlar özlərinə möhtəşəm bir dövlət qura biləcəklər. Fəqət aldandılar. Osmanlı bu bölgəni ruslara buraxmalı oldusa da, çərkəzlər bu torpaqlarda heç zaman dövlət qura bilmədilər. Tam əksinə, Çarlıq Rusiyası 1785-ci ildən 1865-ci ilə qədər Qafqazı işğal etməklə yanaşı, çox böyük soyqırımlar törətdi. Ən çox məhv edilən kəsim elə çərkəzlər oldular.

Onlar o zaman Osmanlı dövlətinə pənah aparmağa məcbur oldular. Türkün ədaləti altında Osmanlının hər yerində çərkəzlərə torpaq və mülk verildi. Dövlət ərkanına qədər yüksək vəzifələrə çəkildilər. Osmanlı bir dövlət olaraq dağılan zaman isə... Çərkəzlər yenə xəyanət yolu tutdular. İngiltərə, Fransa, İtaliya və Rusiyanın felinə uyaraq, indiki Anadolu, Suriya, İraq, Liviya, Livan, Səudiyyə Ərəbistanı, İordaniya və digər bölgələrdə türk ordusuna qarşı silahlı qiyamlarda iştirak etdilər, Anadoluya işğalçı kimi gələn düşmənlə əməkdaşlıq yolu tutdular. Onların qiyamlarını basdırmağa qalxışan ordu on minlərlə şəhid verdi. Çərkəz Ədhəm olayını xatırlamaq yetər.

İndi məsumcasına yeni "ağa"lar axtarışına çıxıblar. Halbuki bir zamanlar Osmanlı Anadolusu çərkəz soyqırımlarından qaçıb onlara pənah gətirənlərə qucaq açmışdı.

Ermənilər də üz döndərməyə başlayıblar

Osmanlı dövləti dağılan zaman indiki Suriyada Kilikiya Erməni Apostol Kilsəsinin fəal dəstəyi ilə erməni əhalisi bölgənin ərəb, kürd və çərkəz toplumları ilə birlikdə Fransa, İtaliya və İngiltərə qoşunlarına könüllü şəkildə qoşulmaqla burada türk qoşunlarına qarşı amansızcasına döyüşdülər. Daha sonra isə işğalçı ölkələrin burada qurmuş olduqları hökumətə dəstək verərək, ticarət, istehsal, bank, kəşfiyyat, diplomatiya sektorunda öz mövqelərini gücləndirmiş oldular. Məhz bundan sonra regionda yaşayan türkmən və qaraçay türklərinə məxsus dinc əhalinin assimilyasiya (ərəbləşmə) olunması, ya da soyqırımı siyasətinə dəstək verdilər. Suriya hökuməti bütün bunlara göz yumaraq və Kilikiya Kilsəsinin fitvası ilə bu türk toplumlarının Türkiyənin potensial casusu olduqlarını israr edirdi.

Rəsmi statistikaya görə, bu gün Suriyada 250 min erməni yaşayır. Bir o qədər erməni 1948-1951-ci illərdə keçmiş SSRİ hökumətinin dəstəyilə Ermənistana və Quzey Qafqaza köçmüşlər. Bəşər Əsəd diktaturasının devrilməsi yönündə baş verən sosial inqilabi proseslərdə ən çox zərər çəkən qüvvələrdən biri də ermənilərə məxsus şəbəkələrdir. İndiki məqamda ermənilər faktiki müflis olunmuş durumdadırlar. Onlara məxsus ticarət, istehsal vasitələri tamamilə dağıdılıbdır.

Bu gün Suriyada Kilikiya Erməni Apostol Kilsəsi ilə yanaşı, həm də Daşnaksütyun, Ramkavar Azatakan və Hnçak tipli tarixi ənənələrə malik olan siyasi partiyalar da böyük problemlərlə üzləşiblər. Odur ki, aktiv erməni şəbəkələri indi Livana üz tutmağa başlayıblar. Buradan isə "narahat Orta Şərq"dən baş götürüb qaçmaq üçün hərəkət etməyi düşünürlər.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Oqtay Əsədov İsveçrədə görüşlər keçirib

Pənah Hüseyn danışmaq hüququndan məhrum edildi

Parlament bu illik işini bitirdi

Seçki Məcəlləsi dəyişildi

Spiker seçkilərin şəffaf və azad keçiriləcəyini deyir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər