Hal-hazırda Ayna qəzetinin 07.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Türkiyə daha çox "ərəb xətti"nə diqqət yetirir
Türkiyə daha çox "ərəb xətti"nə diqqət yetirir
Politoloq Qabil Hüseynli: Ankara İraq hadisələrindən nəticə çıxarıb
Şənbə, 07.01.2012

Xaqani Səfəroğlu mətn ölçüsü  

"Türkiyənin xarici siyasət potensialının böyük bir hissəsi məhz ərəb dünyasına doğru yönəldilir və orada müəyyən siyasi dəyərlərin həyata keçməsi üçün sərf edilir".

Bu sözləri AYNA ilə söhbətdə politoloq Qabil Hüseynli qardaş ölkənin xarici siyasi prioritetlərində "ərəb xətti"nin önə çıxması və türkdilli ölkələrin arxa plana keçməsi ilə bağlı səslənən iddiaları şərh edərkən vurğuladı. Politoloqun sözlərinə görə, Türkiyənin xarici siyasəti həmişə ehtiyatlı və bir qədər ürkək olub. Amma son dövrlərdə Türkiyə siyasətində bir fəallaşma, özünü regional güc kimi isbat etmə əlamətləri təzahür etdirir:

"Bu ən çox ərəb dünyasına yönəlik bir siyasətdir və özünütəsdiqdə ərəb dünyasına yönəlik siyasətdə daha çox təzahür edir. Məsələn, Misir inqilabı zamanı Türkiyə Misirdə xeyli fəal idi, Liviyada gedən proseslərə Türkiyə fəal surətdə müdaxilə etdi, Suriyada gedən proseslərə münasibətdə ora qoşun yeritmək kimi fikirlər belə daxili müzakirələrdə özünə yer tapmışdı. Ankara Fələstin problemi ilə uzun illərdir ki, məşğul olur və hətta buna görə İsraillə münasibətləri pozmaq dərəcəsinə çatıb. Bu səbəbdən ərəblər Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana "Yaxın Şərqin sultanı" kimi bir ad veriblər. Ərdoğan da bundan çox xoşhal olur və bu mənada ərəb dünyası ilə ilişgilərə çox böyük önəm verir".

Türk dünyasına qarşı münasibətə gəlincə, politoloqun sözlərinə görə, Türkiyə Azərbaycanla münasibətlərə müəyyən diqqət ayırır. Amma Türkiyənin xarici siyasət potensialının böyük bir hissəsi məhz ərəb dünyasına doğru yönəldilir və orada müəyyən siyasi dəyərlərin həyata keçməsi üçün sərf edilir. Bunun səbəblərini izah edən politoloq qeyd etdi ki, Qərb tərəfindən "yeni dünya düzəni" deyilən bir anlayış var. Bu anlayışa əsasən, qloballaşan dünyanın dəyərləri, ilk növbədə demokratiya və insan haqları ilə bağlı olan dəyərlərin bütün dünyada yerləşdirilməsi, Qərbin siyasi sisteminə bənzər sistemlərin və idarəetmə metodlarının bərqərar edilməsi və s. daxildir. Qabil Hüseynli deyir:

"Türkiyə özünün cəhdləri ilə Qərbin bir növ bu məkanda, müsəlman dünyasında sözçüsu və Qərbin bəzi niyyətlərini həyata keçirmək missiyasını öz üzərinə götürməyə çalışır və bəzi yerlərdə də buna nail olur. Bu nöqteyi-nəzərdən Türkiyənin sürətlə İsraillə yaxınlaşdırılması və İsrailin Türkiyədən üzr istəməyə hazırlaşması da dediyimiz məqsədlərin reallaşdırılmasına, Qərbin Yaxın Şərq projesinin gerçəkləşdirilməsinə yönəldilib. Mənim zənnimcə, Yaxın Şərq projesində Türkiyəyə regional güc kimi önəmli bir yer ayrılır".

Qabil Hüseynlinin fikrincə, proseslərdən qardaş ölkənin necə faydalanacağını isə indidən demək bir qədər çətindir:

"Qayda belədir: əgər əvvəldən proseslərə daxil olursansa, sonradan danışıqlar stolu ətrafında sənə yer ayırırlar. Yox, proseslərə gec daxil olursansa və yaxud heç daxil olmursansa, onda danışıqlar stolu ətrafında sənə stul çatışmır. Türkiyə proseslərə, məsələn, Liviyaya əvvəl bir qədər ehtiyatla yanaşdı və sonra sürətlə bu proseslərin içərisinə daxil oldu, Suriya ilə proseslərə əvvəlcədən daxil olub, Misir proseslərinin içərisində idi. Mən demirəm Türkiyənin danışıqlar stolu arxasında stulu olmayacaq. Danışıqlar stolu arxasında Türkiyəyə yer ayrılacaq və Ankara bərabərhüquqlu tərəf kimi danışıqlar stolu ətrafında iştirak edəcək. Amma regional güc kimi ona nə düşəcək, onun payı nə olacaq, onu söyləmək çətindir. Türkiyə bu proseslərə təzə qatıldığına görə, bu proseslərdə təzə iştirak etdiyinə görə yəqin ABŞ, Böyük Britaniya və Fransa kimi pay sahibi olmayacaq".

ABŞ-ın İraqa 2003-cü ildə müdaxiləsi zamanı Ankaranın ciddi səhvə yol verdiyini deyən politoloq bunun əzabının İraq türkmənlərinin çəkdiyini dedi:

"Türkiyə İraq məsələsində çox ciddi səhvlərə yol verdi. Bunun hesabına da İraq türkmənlərini bəlada qoydu və eyni zamanda kürdlərin İraqın şimalında faktik olaraq müstəqil dövlət yaratmasına imkan verdi. Müstəqil olmasa da, müstəqilliyə yaxın bir dövlət quruldu. Türkiyə strategiyası o zaman Ərdoğan və onun adamları tərəfindən bəyənildi, amma sonradan onlar başa düşdülər ki, bu siyasət yanlış siyasətdir və Türkiyənin statusuna uyğun nəticələrə gətirib çıxarmır. Çünki hər yeni bir hərəkatdan sonra Türkiyənin ətrafında ona düşmən olan qüvvələr daha da fəallaşırlar".

Q.Hüseynli düşünür ki, Türkiyə, sözsüz, İraq hadisələrindən ciddi nəticələr çıxartdı və indi həmin bölgədə baş verən proseslərdə fəal iştirakçıya çevrilib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Türkiyə səfirliyi qarşısında aksiya

Bakı-Tbilisi-Qars gələn il istifadəyə veriləcək

Qəzaya uğrayan sərnişinlər Bakıya gəldilər

Cəmil Həsənlinin monoqrafiyası ABŞ-da nəşr olunub

Türklər Azərbaycanı ən yaxın dost sayırlar

Bölmənin digər xəbərləri
 
Con Makkeyn İlham Əliyevə məktub yazıb
Senator prezidentdən bütün siyasi məhbusların azad edilməsini rica edir

Manas Azərbaycana köçürülə bilərmi?
Burada yeni hərbi baza və ya tranzit mərkəzin qurulması müzakirə mövzusu ola bilər

Cəmil Həsənli: İranın iddiası heç nəyi dəyişə bilməz
Tarixçi alimdən bu mənasız mövzunu ortaya atanlara tövsiyə

Gürcüstan parlamentinin deputatı:
"Müharibə Şərqi məhv edə bilər"

Ermənistan İrana son ümid yeri kimi baxır
Mübariz Əhmədoğlu: "İran, demək olar, bütün qonşuları ilə münasibətləri kəskinləşdirib"

İctimai Palata AMİP-i silkələdi
Qurumun Koordinasiya Şurasına seçkilərdə namizəd olan Əli Orucov qəzəbə gəlib

Millət vəkili ABŞ Konqresini tənqid etdi
Qənirə Paşayeva: "ABŞ Konqresinin separatçılara maliyyə vəsaiti ayırmasını əsassız hesab edirik"

İran Türkmənçay sülh müqaviləsini ləğv etməyə hazırlaşır
Tehran sülh müqaviləsinin sonradan ləğv edilməsinə dair "şok faktların" təqdim olunacağını bəyan edib

Belçika parlamentarları Bakıda olublar
Ziyafət Əsgərov: "Avropada Azərbaycanla Ermənistana eyni gözlə baxmırlar"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər