Hal-hazırda Ayna qəzetinin 07.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Ermənistan İrana son ümid yeri kimi baxır
Ermənistan İrana son ümid yeri kimi baxır
Mübariz Əhmədoğlu: \"İran, demək olar, bütün qonşuları ilə münasibətləri kəskinləşdirib\"
Şənbə, 07.01.2012

Eldəniz mətn ölçüsü  

"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində siyasi resurs tükənib, artıq ATƏT Minsk Qrupu vasitəçiliyinin iflası başlayıb". Bu sözləri Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu dünənki mətbuat konfransında deyib. Onun sözlərinə görə, "Status-kvo dərhal dəyişilməlidir", "status-kvonun dəyişilməməsi region üçün təhlükəlidir" tezisləri sloqana çevrilib.

Mübariz Əhmədoğlu bildirib ki, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının görüşünə, onların arasında dialoqun reallaşmasına edilən cəhdlər nəticəsiz qalıb. Belə ki, ermənilər bu dialoqa razılıq vermir, ümumiyyətlə, icma bölgüsünü qəbul etmir. Mübariz Əhmədoğlu qeyd edib ki, erməni şüuru Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi dedikdə, Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını başa düşür. Ermənistan tərəfi fikirləşir ki, Dağlıq Qarabağın qaz kəmərinə və ya Qəbələ RLS-ə dəyişdirilməsi məsələsi daim gündəlikdədir. Siyasi şərhçi bildirib ki, münaqişənin tənzimi istiqamətində Ermənistanda etirazlar artır. Belə ki, Ermənistan prezidenti Serj Sarqsyan Dağlıq Qarabağ probleminin əsasını qoyduqlarını və ermənilərin SSRİ-ni dağıtdığını etiraf edib. Mixail Qorbaçovun dövründə SSRİ-ni dağıtmış ermənilər Kremldə yenidən "məskunlaşıb" və Rusiya dövlətçiliyinə qarşı həmin mövqedədir.

Mübariz Əhmədoğlunun sözlərinə görə, siyasi arenada nüfuzu zəifləyən ermənilər cənub qonşumuz olan İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqeni son ümid yeri kimi qəbul edir.

Politoloq 2011-ci ilin əsas hadisələrini şərh edərkən İranla bağlı fikirlər də səsləndirib. O bildirib ki, İran öz daxili gücü ilə bağlı yalançı hədələrlə məşğuldur. Onun sözlərinə görə, rəsmi Tehran yaxşı başa düşür ki, əgər İranın nüvə müharibəsi başlatmaq şansı olsa belə, ilk növbədə bu, onun özünə ziyan edəcək. Mübariz Əhmədoğlu bildirib ki, yola saldığımız ildə müsəlman dünyasında baş verənlər İrana təzyiqi daha da gücləndirib. O qeyd edib ki, Qərb İranla bağlı özünün arzuladığı nəticəyə gəlmək istiqamətində kifayət qədər qətiyyətlidir. Bu yönümdə atılan addımlar kimi ölkədaxili mühüm strateji obyektlərdə partlayışların törədilməsini, İran milli valyutasının sürətlə devilyasiyaya uğramasını, hakimiyyətdaxili ziddiyyətin kəskinləşməsini də göstərmək olar.

Mübariz Əhmədoğlu bildirib ki, İran prezidenti Ali dini lider də daxil olmaqla bütün dindarlara qarşı mübarizədə hətta xarici qüvvələrdən də istifadə etməyə hazırdır. Hazırda İran, demək olar ki, bütün qonşuları ilə münasibətlərini kəskinləşdirib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ermənistan ordusunun çağırışçı problemi

İrandan Qarabağa - təbii qaz

Xəzəri ən çox çirkləndirən ölkələrdən biri İrandır

Narko-tacir karvanının sonu görünmür

Son bir ayda - 425 kq narkotik...

Bölmənin digər xəbərləri
 
Con Makkeyn İlham Əliyevə məktub yazıb
Senator prezidentdən bütün siyasi məhbusların azad edilməsini rica edir

Manas Azərbaycana köçürülə bilərmi?
Burada yeni hərbi baza və ya tranzit mərkəzin qurulması müzakirə mövzusu ola bilər

Cəmil Həsənli: İranın iddiası heç nəyi dəyişə bilməz
Tarixçi alimdən bu mənasız mövzunu ortaya atanlara tövsiyə

Gürcüstan parlamentinin deputatı:
"Müharibə Şərqi məhv edə bilər"

İctimai Palata AMİP-i silkələdi
Qurumun Koordinasiya Şurasına seçkilərdə namizəd olan Əli Orucov qəzəbə gəlib

Türkiyə daha çox "ərəb xətti"nə diqqət yetirir
Politoloq Qabil Hüseynli: Ankara İraq hadisələrindən nəticə çıxarıb

Millət vəkili ABŞ Konqresini tənqid etdi
Qənirə Paşayeva: "ABŞ Konqresinin separatçılara maliyyə vəsaiti ayırmasını əsassız hesab edirik"

İran Türkmənçay sülh müqaviləsini ləğv etməyə hazırlaşır
Tehran sülh müqaviləsinin sonradan ləğv edilməsinə dair "şok faktların" təqdim olunacağını bəyan edib

Belçika parlamentarları Bakıda olublar
Ziyafət Əsgərov: "Avropada Azərbaycanla Ermənistana eyni gözlə baxmırlar"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər