Hal-hazırda Ayna qəzetinin 07.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Con Makkeyn İlham Əliyevə məktub yazıb
Con Makkeyn İlham Əliyevə məktub yazıb
Senator prezidentdən bütün siyasi məhbusların azad edilməsini rica edir
Şənbə, 07.01.2012

İdrak mətn ölçüsü  

Yeni il ərəfəsində nüfuzlu amerikalı senator Con Makkeyn prezident İlham Əliyevə şəxsi məktub göndərərək onu bütün siyasi məhbusları azad etməyə çağırıb. Vaşinqtondakı diplomatik mənbələrdən "Turan"a məlum olub ki, məktubda sonuncu əfv aktı və ədalətsiz olaraq mühakimə edilmiş gənc bloger Cabbar Savalanın azadlığa buraxılması müsbət qiymətləndirilib.

"Mən dinc mitinqlərin təşkilinə görə həbs olunmuş digər 16 siyasi məhbusu, həmçinin qalan vicdan məhbuslarını azad etməyə çağırıram", - deyə məktubda deyilir.

Senator Fərhad və Rafiq Əliyev qardaşlarının indiyədək həbsdə saxlanmasından dərin narahatlığını bildirib. "Halbuki onlar Azərbaycan CM-in 76 və 78-ci maddələrinə müvafiq olaraq (şərti olaraq vaxtından əvvəl azad etmək və səhhəti ilə əlaqədar) azad edilə bilərdi", - deyə senator qeyd edir.

"Bir prezident kimi Əliyev qardaşlarını və digər vicdan məhbuslarını azad etmək iqtidarına maliksiniz. Bu, ədalətli və düzgün qərar olardı, bizim ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edərdi. ABŞ onunla yalnız əməkdaşlıq edən yox, həm də ümumi dəyərləri bölüşən, insan hüquqlarına, öz vətəndaşlarının azadlığına hörmət edən ölkələrlə münasibətləri qiymətləndirir", - deyə məktubda qeyd olunur.

Prezident İlham Əliyev ötən ilin sonunda - dekabrın 26-da 92 məhkumun əfv olunması haqqında sərəncam imzalayıb və 75 məhkum azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən, 1 şəxs şərti cəzadan, 2 nəfər islah işləri cəzasından, 14 şəxs isə cərimə cəzasından azad ediliblər. Azərbaycan prezidenti əmin olduğunu bildirib ki, əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxararaq Azərbaycan dövlətinin qanunlarına gələcəkdə dönmədən əməl edəcəklər. Bu şəxslər arasında AXCP fəalı Cabbar Savalan da var idi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Hərbi səneye müəssisələrinin açılışı olub

Bu il maaş və pensiyalar artacaq

Maaşlar artırılacaq

Milli mətbuatımızın 135 illik yubileyi qeyd olunacaq

Prezident Lənkəranda və Lerikdə idi

Bölmənin digər xəbərləri
 
Manas Azərbaycana köçürülə bilərmi?
Burada yeni hərbi baza və ya tranzit mərkəzin qurulması müzakirə mövzusu ola bilər

Cəmil Həsənli: İranın iddiası heç nəyi dəyişə bilməz
Tarixçi alimdən bu mənasız mövzunu ortaya atanlara tövsiyə

Gürcüstan parlamentinin deputatı:
"Müharibə Şərqi məhv edə bilər"

Ermənistan İrana son ümid yeri kimi baxır
Mübariz Əhmədoğlu: "İran, demək olar, bütün qonşuları ilə münasibətləri kəskinləşdirib"

İctimai Palata AMİP-i silkələdi
Qurumun Koordinasiya Şurasına seçkilərdə namizəd olan Əli Orucov qəzəbə gəlib

Türkiyə daha çox "ərəb xətti"nə diqqət yetirir
Politoloq Qabil Hüseynli: Ankara İraq hadisələrindən nəticə çıxarıb

Millət vəkili ABŞ Konqresini tənqid etdi
Qənirə Paşayeva: "ABŞ Konqresinin separatçılara maliyyə vəsaiti ayırmasını əsassız hesab edirik"

İran Türkmənçay sülh müqaviləsini ləğv etməyə hazırlaşır
Tehran sülh müqaviləsinin sonradan ləğv edilməsinə dair "şok faktların" təqdim olunacağını bəyan edib

Belçika parlamentarları Bakıda olublar
Ziyafət Əsgərov: "Avropada Azərbaycanla Ermənistana eyni gözlə baxmırlar"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər