Hal-hazırda Ayna qəzetinin 07.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Baş Prokurorluq növbəti korrupsiya hallarını açıqladı
Baş Prokurorluq növbəti korrupsiya hallarını açıqladı
Yenə xeyli əməllər üzə çıxıb
Şənbə, 07.01.2012

İsmayıl mətn ölçüsü  

Korrupsiya hallarına qarşı mübarizə tədbirləri çərçivəsində növbəti faktlar aşkarlanıb. Baş Prokurorluğun saytına istinadən, Tovuz rayon sakini Cəfər Yusifovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Rəhim Məmmədovun 2-ci qrup əlillik dərəcəsinin verilməsi üçün ondan 1.000 manat məbləğində rüşvət tələb etməsi barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanıb. İstintaqla müəyyən edilib ki, Rəhim Məmmədov həmin komissiyanın həkim ekspert-cərrahı Əli Həsənovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xidməti vəzifələrinin icrası ilə əlaqədar Cəfər Yusifova 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi müqabilində 1.000 manat məbləğində rüşvət alıb.

Törətdikləri cinayət əməllərinə görə Rəhim Məmmədov və Əli Həsənova CM 311.3.1-ci maddəsi ilə ittiham elan olunaraq barələrində həbs qətimkan tədbiri seçilmiş və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bundan başqa, qeyd edilən nazirliyin 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Vahid Gülmalıyevin qanunsuz hərəkətləri barədə toplanmış material üzrə də cinayət işi başlanıb. İstintaqla müəyyən edilib ki, Vahid Gülmalıyev 2-ci qrup əlil Fərəcov Talıb Fərəc oğlunun xeyrinə qərar qəbul etmək, yəni onun təkrar müayinədən keçirilib 2-ci qrup əlillik dərəcəsinin təyin olunması üçün 4 oktyabr 2011-ci il tarixdə 500 manat məbləğində pul tələb edib, ertəsi gün 11 saylı TSEK-in binasında, komissiya üzvlərinin xidməti otağında maddi nemət olan 400 manat məbləğdə pulu rüşvət kimi alıb.

Törətdiyi cinayət əməlinə görə Vahid Gülmalıyevə rüşvət almağa görə cinayət məsuliyyəti nəzərdə tutan CM 311.1-ci maddəsi ilə ittiham elan olunaraq barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Digər bir cinayət işi külli miqdarda ziyan vurmaqla dələduzluq və vəzifə saxtakarlığı faktlarına görədir. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılmış araşdırmalarla müəyyən edilib ki, Cəlilabad rayon hüquq məsləhətxanasının müdiri Xandadaş Əliyev 2005-2010-cu illər ərzində Yaqub Əhmədov və qeyrilərini cinayət və mülki işlər üzrə istintaq və məhkəmə orqanlarında təqsirləndirilən şəxslərin məsuliyyətdən azad edilməsi, onların vəziyyətinin yüngülləşdirilməsi və ya tərəflərin xeyrinə hər hansı qərarların çıxarılması barədə yalan vədlər verməklə aldatma yolu ilə onlardan müxtəlif məbləğlərdə pul vəsaitini alaraq ələ keçirib. Fakta görə CM 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb və törətdiyi cinayət əməllərinə görə Xandadaş Əliyev həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilib. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bundan başqa, "SNT-İnşaat" firması tərəfindən 2007-ci ildə paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində yerləşən 239 saylı məktəbdə əlavə korpusun tikintisi zamanı tikinti normalarına əməl olunmaması və iş həcmlərinin artırılaraq dövlət vəsaitinin mənimsənilməsi barədə toplanmış material üzrə də cinayət işi başlanıb. İstintaqla müəyyən edilib ki, "SNT-İnşaat" şirkətinin iş icraçısı Salman Cabbarov öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talama məqsədi ilə 2006-2007-ci illər ərzində tikintisi ona həvalə edilmiş 239 saylı orta məktəbin 840 şagird üçün əlavə korpusunun tikinti işlərini apararkən, bu korpusun inşası zamanı müxtəlif vaxtlarda 23.157 manat dəyərində artırılmış işlər barədə 2006 və 2007-ci illərin işin qəbulu aktlarına və 2 saylı arayışların məzmununa bilə-bilə yalan məlumatları daxil edib, həmin sənədləri imzası ilə təsdiq edərək saxtalaşdırıb və iş həcmlərinin artırılması hesabına əldə etdiyi qeyd olunan pul vəsaitini mənimsəmə yolu ilə talayıb. Törətdiyi cinayət əməllərinə görə Salman Cabbarova CM 179.3.2-ci maddəsi ilə ittiham elan olunub və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

ADNA-nın qarşısına saxta pullar səpələndi

Bələdiyyələrdə daha 21 korrupsiya faktı

Balaxanı bələdiyyəsinin keçmiş sədri mühakimə olunur

Baş Prokurorluqda müşavirə

Korrupsiyaya qarşı "səfərbərlik"?

Bölmənin digər xəbərləri
 
Sərxoş məmur bıçağı işə salıb
Kafenin işçiləri ölümdən dönüblər

Qatil dəli çıxdı
Məhkəmə onu "dəlixanaya" göndərdi

"Sən mənim arvadıma sataşa bilərsən?"
Qətl məhkəmədə araşdırıldı, qatil 10 il cəza aldı

Gizli zənglərin cəzası: 100 manat cərimə
Amma bundan öncə bir xeyli yumruqlaşıblar

Ağır qəza ilə bağlı məhkəmə başa çatdı
Gənc sürcüyə 6 il iş oxundu

Avtobusda törədilən dəhşətli cinayətlə bağlı məhkəmə başladı
Müttəhim bu hadisənin səbəblərini açıqladı

Test imtahanlarında 100-300 manat rüşvət?
Birlik sədri şöbə müdirini "işverən" sayır

Paraşüt qülləsində intihara cəhd edən həbs edilib
Onun kimliyi və hadisənin təfərrüatı bəlli olub

Xəzinədar şirkət rəhbərinin külli miqdarda pulunu alaraq qaçıb


Xəzər rayonunda avtomobillərdən oğurluq edənlər tutulub


Bomba qoyulması barədə yalan xəbər


Əmisi oğlunu güllələyib


Daha bir insan alveri faktı qeydə alınıb


Qardaşına heroin "sovqatı" gətirib


18 yaşlı gənc qısqanclıq zəminində qətl törədib


Lənkəran sakini yaxın qohumunu qətlə yetirib


Mənzilləri qarət edirdi


Dayısını qətlə yetirənin məhkəməsi başladı


Saxta əsginaslar satanın cəzası ağırlaşdırılmadı


Peşəkar quldur barmaqlıq arxasına göndərildi




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər