Hal-hazırda Ayna qəzetinin 07.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Özəl pensiya fondları yaradılacaq
Bu, özəl sektorun və kredit bazarının inkişafına səbəb ola bilər
Şənbə, 07.01.2012

A.Akif mətn ölçüsü  

Bu il özəl pensiya fondları yaradıla bilər. DSMF sədri Səlim Müslümov da bunu istisna etməyərək deyir ki, bununla bağlı müvafiq qanunvericilik sənədi üzərində iş gedir. Qanunvericilik bazası tam hazır olduqdan sonra Maliyyə Nazirliyi yeni fəaliyyət sahəsi olan qeyri-dövlət pensiya fondlarına lisenziya verəcək.

S.Müslümov bildirib ki, sığorta sisteminin inkişafına dair Dövlət Proqramı çərçivəsində özəl pensiya fondlarının fəaliyyəti təmin ediləcək. Belə ki, "2012-2013-cü illərdə qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətinin tənzimlənməsi" üzrə normativ-hüquqi bazanın yaradılması planlaşdırılır.

Bundan əlavə, dövlət orqanları ilə birgə belə fondların sərəncamında olan vəsaitlərin yerləşdirilməsinə nəzarət mexanizmini hazırlamaq nəzərdə tutulur. İlkin mərhələdə pensiya fondlarının maliyyə əsasları formalaşdırılacaq, sonrakı mərhələdə isə qeyri-dövlət pensiyasının təyinatı, maliyyələşdirilməsi və ödənilməsi mexanizmləri qüvvəyə minəcək.

Qeyri-dövlət pensiya fondlarının yığımları, yəni sosial sığorta haqları məcburi qaydada deyil, vətəndaşların öz istəklərinə uyğun tənzimlənəcək. Belə ki, ölkə vətəndaşları dövlətə məxsus mərkəzi fond olan Dövlət Sosial Müdafiə Fonduna aylıq icbari sığorta ödəmələrini həyata keçirməklə bərabər, investisiya xarakterli qurum olan özəl pensiya fondlarına da hər ay müəyyən məbləğdə pul köçürə biləcəklər. Həmin vəsaitlər bank hesablarına toplanaraq sosial-sığorta haqlarının başqa bir zəmanət funksiyasını ehtiva edir. Yəni vətəndaş DSMF-yə yığılan fərdi uçotundakı puluna uyğun olaraq pensiya yaşı dövründə aylıq təqaüdünü almaqla bərabər, özəl fonda yatırdığı vəsaitlərin hesabına digər məbləğdə də aylıq pul alacaq. Bu, bir növ əlavə pensiya demək olacaq.

İqtisadçı Əli Məsimov özəl pensiya fondlarının fəaliyyətini azad bazar iqtisadiyyatının əsas əlamətlərindən biri hesab edir. Onun fikrincə, bu kimi sistemlər Avropa ölkələrində uğurla fəaliyyət göstərir. Bir neçə ildir hökumət bu məsələdə qəti qərar qəbul edə bilmir. Bir vaxtlar özəl bank və sığorta sisteminə qarşı da belə mövqe mövcud olub. Bank və sığorta sahəsində bir qurumun inhisarçılığı var idi. Özəl şirkətlərin yaranmasına icazə verilən kimi bu sahə sürətlə inkişaf etdi, əhalinin də banklara və sığorta qurumlarına inamı getdikcə artır. Yəni qeyri-dövlət pensiya fondları fəaliyyətə başlasa, bu sahədə də etibarlı sistem qurula bilər. Bu cür pensiya fondları bir növ bank təminatı verir. Üstəlik, onlar vətəndaşın ödədiyi pullara dividend də hesablayır. Yəni vətəndaş hər ay maaşının 10 faizini, məsələn, 30 manatını qeyri-dövlət pensiya fonduna ödəyir, 10 ildən sonra bu hesabda 4000 manata yaxın yığılmış vəsaitin üzərinə illik dividend də əlavə olunur. Nəticədə vətəndaşın pulu 10 il ərzində 5000 manata kimi artır.

İqtisadçı hesab edir ki, qeyri-dövlət pensiya fondlarının yaradılması DSMF-nin dövlət büdcəsinin transfertlərindən asılılığını xeyli azalda bilər. Belə ki, DSMF özəl pensiya fondlarının imkanlarından istifadə edərək büdcə transfertlərinin bir hissəsini məhdudlaşdırmaq imkanına malikdir. Eləcə də, həmin fondlar özəl sektorun və kredit bazarının inkişafına səbəb ola bilər. İqtisadçılar qeyri-dövlət pensiya fondlarının maliyyə və qiymətli kağızlar bazarının inkişafı üçün də mühüm əhəmiyyət kəsb etdiyini bildirirlər.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi də özəl pensiya fondlarında əsas iştirakçılardan biri kimi fəaliyyət göstərmək niyyətini gizlətmir. Komitənin sədr müavini İlqar Muradov bildirib ki, qeyri-dövlət pensiya fondlarının yaradılması zəruridir. Bu fondlar qiymətli kağızlar bazarında fəallıq göstərməlidir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

KİV-ə Dəstək Fonduna müraciətlərin qəbulu bitdi

Hərbyönlü QHT Müdafiə Nazirliyindən şübhələnir

Dünyanın 100-dən çox guşəsində Xocalı anıldı

Bu il maaş və pensiyalar artacaq

Maaşlar artırılacaq

Bölmənin digər xəbərləri
 
Əgər avro durmadan ucuzlaşırsa...
"Neft Fondu avro rezervləri ilə nə edəcək?" - sualı doğulub

Mənzillərin qiyməti bahalaşacaq
Sığorta tarifləri əmlakın saxlanma xərcini artırır

4 milyon vətəndaş kart sahibidir
Lakin plastik kartdan əsasən nağd pul çıxarmaqda istifadə edilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər