Hal-hazırda Ayna qəzetinin 07.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
4 milyon vətəndaş kart sahibidir
4 milyon vətəndaş kart sahibidir
Lakin plastik kartdan əsasən nağd pul çıxarmaqda istifadə edilir
Şənbə, 07.01.2012

A.Əhmədova mətn ölçüsü  

"Eurovision"la bağlı götürülən əsas öhdəliklərdən biri də plastik kartlardan istifadəni genişlətməkdir. Bu yarışmanı keçirən ölkə nağdsız hesablaşmalardan istifadə imkanı yaratmalıdır. Turistlər asanlıqla nağdsız hesablaşmalar apara bilməlidir.

Mərkəzi Bank bu prosesin stimullaşdırılması məqsədi ilə 2012- 2016-cı illəri əhatə edən dövlət proqramı hazırlayıb. Ölkədə nağdsız hesablaşmaların həcmi olduqca aşağıdır. Regionlar o yana dursun, paytaxtın özündə belə heç də bütün satış və xidmət məntəqələrində plastik kartlardan istifadə mümkün deyil.

İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, bütün Qərb ölkələrində olduğu kimi, satış obyektlərində plastik kartlardan istifadə məcburi xarakter daşımalıdır. Plastik kart çox rahatdır və nağd pul ilə müqayisədə bir çox üstünlüklərə malikdir. Təsadüfi deyil ki, plastik kartlardan müasir dünyada yüz milyonlarla insan istifadə edir. Dünyanın inkişaf etmiş ölkələrində insanların 80-90 faizi ödəniş vaxtı plastik kartlardan istifadə edir. Marketdə, bazarda, oteldə və restoranlarda ödənişlər plastik kartla aparılır. Hər ticarət obyektində post-terminallar qoyulub.

Nağdsız ödəmələrə keçidin bir çox üstünlükləri var. Bu ödəmələrdə həm vaxta, həm də pula qənaət edilir. Post-terminallara ödəniş edəndə artıq qalan qəpik balansda cəmlənir. Hesabda qalan qəpiklər itmir və üst-üstə yığılır. Bundan başqa, kart oğurluq hadisələrinin qarşısını almaq üçün ən etibarlı addımdır.

Plastik kartlardan istifadə vətəndaşlar üçün rahatlıq, etibarlılıq, əlverişlilik, vaxta qənaət, üzərində böyük məbləğdə nağd pul daşımaq məcburiyyətinin olmaması, bank üçün isə rəqabət qabiliyyətinin və nüfuzun artması, ödənişə zəmanət, kağız-pul kütləsinin hazırlanma, uçot və emal xərclərinin azalması, minimal vaxt sərfi və fiziki əməyə qənaət deməkdir. Ödəniş kartlarından istifadə kart sahibləri üçün bankomatlar vasitəsi ilə hesablaşmaların nağdsız formalarını həyata keçirmək (mobil rabitə, kabel televiziyası, kommunal xidmətlərin və s.

REKLAM

dəyərinin ödənilməsi), pulu hesabdan hesaba köçürmək, kart üzrə xərclərə nəzarət etmək, eləcə də pul vəsaitindən uzaqdan istifadə etmək və pul hesabını internet, telefon və s. vasitəsilə idarə etmək imkanları yaradır. Üstəlik, nağd puldan fərqli olaraq, sərhədi keçərkən ödəniş kartındakı vəsaitlərin deklarasiyasına ehtiyac olmur. Bu da həmin şəxslərə və dövlət xidməti əməkdaşlarına əlavə vaxt itkisinin qarşısını almağa imkan verir.

Aparılan müşahidələrə əsaslansaq, Bakıda nağdsız ödəmələrdən çox az istifadə edilir. Heç buna şərait də yoxdur. Hələ də post-terminalın, plastik kartların nə olduğunu bilməyənlər var. Bakıda yalnız bəzi super-marketlərdə, böyük otellərdə post-terminallar quraşdırılıb. Kiçik dükanların çoxunda isə, ümumiyyətlə, bu barədə anlayışı olmayanlar var.

V.Bayramovun qənaətincə, qanunvericilik plastik kartlardan istifadəni satış obyektlərində məcburi etməlidir. Bütün məntəqələrdə plastik kartlardan istifadə məcburi olmalıdır. Mərkəzi Bank Bakı şəhərində bütün obyektlərin plastik kartları qəbul edən avadanlıqla təmin edilməsinə çalışıb, lakin bu bir nəticə verməyib. Səbəb - satış obyektləri plastik kartlar üçün avadanlıq quraşdırılmasında maraqlı deyillər. Ona görə ki, aparatın alınması, quraşdırılması müəyyən xərc tələb edir. Və həmin aparatın alınması üçün banklarda depozitin saxlanmasına ehtiyac var. Bu da heç də bütün obyektlərin qarşılaya biləcəyi xərc deyil.

Nağdsız hesablaşmalar satış və xidmət obyektlərinin vergidən yayınmasının qarşısını alar. Az vergi ödəmək istəyən, dövriyyəsini rəsmiləşdirmək istəməyən obyektlər plastik kartlardan istifadədə maraqlı deyillər.

Digər baxımdan, ölkədə plastik kartlardan istifadə ənənəsi hələ formalaşmayıb. Bütün bunlar da plastik kartlardan istifadəyə, elektron hökumətin qurulmasına mənfi təsir göstərir. Rəqəmlərə baxaq: Azərbaycanda buraxılmış plastik kartların sayı 2011-ci il iyunun 1-nə 4 385 min ədəd idi. Bu da 2010-cu il mayın 1-nə nisbətən 265 min ədəd və ya 6,4% çoxdur. Mərkəzi Bankın məlumatına görə, kartların 2480 mini sosial kartlar, 1 306 mini əməkhaqqı kartları, 460 mini digər debet kartları, 139 mini isə kredit kartlarıdır. Plastik kartlarla aparılan əməliyyatların 90,6%-i nağd pulun çıxarılması üzrə əməliyyatlardır. Bu əməliyyatların həcmi 2 500 mln. manatdır ki, bu da ümumi həcmin 90,9%-ni təşkil edir. Beləliklə, plastik kartlarla nağdsız əməliyyatların payına say və həcm üzrə cəmi 9% düşür ki, bu da Azərbaycanda plastik kartların əsasən nağd pulun çıxarılması üçün istifadə edilməsindən xəbər verir.

Mərkəzi Bankın məlumatında o da qeyd olunur ki, hər ay Bakıda və regionlarda quraşdırılan post-terminalların sayı artır. 2006-cı ildə Bakıdakı post-terminalların sayı 1719, regionlarda isə 351 ədəd idi. Hazırda isə post-terminalların sayı 11272 ədəd olub. Onların 10306-sı Bakı şəhərində, 966-sı isə digər regionlarda yerləşir. Statistikaya görə, bir ayda post-terminalda edilən əməliyyatın həcmi 3370,9 manata bərabər olub.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Əgər avro durmadan ucuzlaşırsa...
"Neft Fondu avro rezervləri ilə nə edəcək?" - sualı doğulub

Mənzillərin qiyməti bahalaşacaq
Sığorta tarifləri əmlakın saxlanma xərcini artırır

Özəl pensiya fondları yaradılacaq
Bu, özəl sektorun və kredit bazarının inkişafına səbəb ola bilər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər