Hal-hazırda Ayna qəzetinin 07.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Mənzillərin qiyməti bahalaşacaq
Mənzillərin qiyməti bahalaşacaq
Sığorta tarifləri əmlakın saxlanma xərcini artırır
Şənbə, 07.01.2012

Aynurə mətn ölçüsü  

"İcbari sığorta haqqında" yeni qanuna əsasən, daşınmaz əmlakın sığortası zamanı sığortalanan risklərin siyahısı genişləndirilib. Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilovun sözlərinə görə, köhnə qanundan fərqli olaraq indi əmlakın icbari sığortasına fiziki şəxslərin mənzilləri, yaşayış evləri də daxildir. Bu sahədə hər bölgə üçün minimum sığorta məbləği təyin edilib. Belə ki, Bakı üzrə bu məbləğ 25 min, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri üçün 20 min, digər yerlər üçün isə 15 min manat təşkil edir. Sığorta haqqı isə müvafiq olaraq 50, 40, 30 manatdır. Ünvanlı sosial yardım alan şəxslərin əmlakının icbari sığortası üzrə sığorta haqları dövlət büdcəsi hesabına ödəniləcək.

Daşınmaz əmlakın icbari sığortası üzrə müəyyənləşdirilən sığorta tarifləri əmlakın saxlanılma xərclərini artıracaq. Bunu yeni "İcbari sığorta haqqında" qanunu şərh edərkən İqtisadi Sosial İnkişaf Mərkəzinin ekspertləri bildiriblər. Ekspertlərin qənaətincə, vətəndaşlar əmlakını satışa çıxaran zaman saxlanılma xərclərini də satış qiymətinə əlavə edəcəklər:

"Bu da mənzillərin qiymətinin yenidən artımına gətirib çıxaracaq. Ümumilikdə daşınmaz əmlakın icbari sığortası ilə bağlı narazılıqların böyük qismi sosial vəziyyətlə bağlıdır. Belə ki, yeni qanuna əsasən, sığorta tarifi Bakı şəhəri üçün 50 manat, Sumqayıt, Gəncə və Naxçıvan şəhərləri üçün 40 manat, digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə 30 manat təşkil edəcək. Bu isə ölkənin hazırkı yaşam standartları, eləcə də əməkhaqlarının, təqaüdlərin, sosial ödənişlərin məbləği ilə uyğun gəlmir. Belə ki, Azərbaycanda orta təqaüd 113 manat, orta əməkhaqqı səviyyəsi dövlət sektorunda 298 manat, qeyri-dövlət sektorunda 357,2 manat, sosial müavinətin bir nəfərə düşən orta aylıq məbləği 39,68 manatdır. Hökumət 2012-ci ildə orta əməkhaqqını 431 manata, 2013-cü ildə 485 manata, 2014-cü ildə isə 551 manata çatdırmağı planlaşdırır. Ölkədə əhalinin qazancının əsaslı hissəsinin zəruri istehlak mallarının alınmasına yönəldiyini və ölkədəki inflyasiyanın artım tempini nəzərə alsaq, vətəndaşlar gələcəkdə də sığorta tariflərini ödəməkdə çətinliklər yaşayacaqlar".

Ekspertlər hesab edirlər ki, problemin digər tərəfi belə sığorta prosedurlarının formal xarakter daşımasıdır. Yəni vətəndaşlardan sığorta haqları yığılır, lakin hər hansı hadisə baş verdiyi zaman sığortalıya yardım edilmir. Eyni zamanda sığorta haqqının ödənilməməsinin tətbiqi ilə bağlı mexanizm yoxdur.

Mərkəz ekspertlərinin fikrincə, daşınmaz əmlakın icbari sığortası zamanı sığorta şirkətlərinin sığorta prosesindən müəyyən qədər yararlanması ehtimalı da yüksəkdir: "Avtomobil sığortasında olduğu kimi, insanlar problemlə üzləşən zaman sığorta şirkətindən vəsait ala biləcəklərinə dair əminlik yoxdur. Bundan əlavə, daşınmaz əmlakın sığortaya cəlb edilməsi zamanı onun qiymətləndirilməsi də əsas problemlərdən biri hesab olunur".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Dəllallar üç ailəni evsiz qoyublar

Ötən ay Bakıda yeni binanın özülü qoyulmayıb

DSMF müasir məlumatlandırma sistemi yaradır

Tibbi sığortanın tətbiqi ləngiyir

Pensiyaçılar da büdcədən asılı vəziyyətə düşürlər

Bölmənin digər xəbərləri
 
Əgər avro durmadan ucuzlaşırsa...
"Neft Fondu avro rezervləri ilə nə edəcək?" - sualı doğulub

4 milyon vətəndaş kart sahibidir
Lakin plastik kartdan əsasən nağd pul çıxarmaqda istifadə edilir

Özəl pensiya fondları yaradılacaq
Bu, özəl sektorun və kredit bazarının inkişafına səbəb ola bilər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər