|
|
Şənbə, 07.01.2012
|
|
mətn ölçüsü |
|
|
|
UEFA Türkiyədə danışılmış oyunlarla bağlı qalmaqal haqda xüsusi bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, danışılmış oyunlarla bağlı məsuliyyət Türkiyə Futbol Federasiyasının (TFF) üzərinə düşür:
"TFF bütün insidentlərlə bağlı müvafiq tədbirlərin görülməsi və intizam sanksiyalarının tətbiq edilməsinə tam cavabdehdir. UEFA milli assosiasiyaların müstəqilliyinə və sərbəstliyinə hörmət edərək, onların daxili məsələlərinə qarışa bilməz. Biz belə məsələlərlə bağlı məsləhət verə və köməklik göstərə bilərik. Bununla belə, UEFA bu kimi məsələləri ciddi izləyir. Çünki danışılmış oyun faktlarına qarşı mübarizə bütün səviyyələrdə futbolun gələcəyi üçün birinci dərəcəli əhəmiyyət daşıyır".
Türkiyədə ötən mövsüm danışılmış oyunlarla bağlı bir sıra futbol adamları həbs olunub.
|
|
|
|
|
|
|