Hal-hazırda Ayna qəzetinin 07.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 07.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Klublarımızın qış hazırlığı
Klublarımızın qış hazırlığı
Klubların çoxu məşqlərə ölkədə başlayıb, hazırlığı yaxın xaricdə davam etdirəcəklər
Şənbə, 07.01.2012

İ.Rəfiyev mətn ölçüsü  

Futbol üzrə Azərbaycan çempionatında yaranan fasilədə futbolçularına istirahət verən klublardan bəziləri hazırlığı bərpa ediblər. Məşqlərə ölkədə başlayacaq klubların əksəriyyəti hazırlığı yaxın xaricdə davam etdirəcəklər. Komandaların hazırlıqla bağlı planları da artıq hazırdır.

"İnter"

Azərbaycan çempionatının liderlərindən olan "İnter" Türkiyədə hazırlıq keçəcək. Yanvarın 14-də Antalyaya yollanan paytaxt təmsilçisi məşqlərə növbəti gün başlayacaq. Paytaxt klubu futbolçuları ayın 19-da Almaniyanın "Karlsrue" komandasıyla yoldaşlıq oyunu keçirəcək. Yanvarın 25-də Qazaxıstanın "Atırau" komandasıyla qarşılaşacaq "İnter" yoxlama oyunlarını fevralın 4-də Bolqarıstan çempionatının lideri "Ludqorets"lə keçirəcəyi matçla yekunlaşdıracaq.

"Xəzər Lənkəran"

Lənkəran klubu istirahətə dünən yekun vurub. "Xəzər Lənkəran"ın Antalya toplanışı 16 yanvar - 2 fevral tarixləri arasında olan müddəti əhatə edəcək. Komanda bu müddət ərzində Belekdə, beş ulduzlu "Spice Hotel & Spa" otelində məskunlaşacaq.

"Xəzər Lənkəran" Antalya toplanışında beş yoxlama oyunu keçirəcək. Bu oyunların üçündə rəqib komandalar müəyyənləşib. Lənkəran klubu 21 yanvarda Türkmənistan milli komandası ilə, üç gün sonra Albaniyanın "Teuta" klubu ilə oyunda qüvvəsini sınayacaq. Yanvarın 29-da isə Qazaxıstanın "Atırau" klubu rəqibimiz olacaq.

"Qarabağ"

"Qarabağ" isə hələ istirahətdədir. Yanvarın 10-da yığışacaq komanda 5 gün Bakıda məşq etdikdən sonra yanvarın 15-də Türkiyəyə təlim-məşq toplanışına yollanır. Ağdam klubu Antalyanın Belek bölgəsində yerləşən "Arkadia Limak" otelində məskunlaşacaq. Fevralın 4-nə kimi qardaş ölkədə qalan komandamız bu müddətdə 5 yoxlama oyunu keçirməyi planlaşdırır.

REKLAM

"Qarabağ" yanvarın 21, 25, 27, 31-i və fevralın 3-də yoxlama matçı oynayacaq. Artıq ilk 2 rəqib bəllidir. Yanvarın 21-də komandamız Qazaxıstanın "Taras" komandası ilə qarşılaşacaq.

Yanvarın 25-i isə rəqibimiz Avstriyanın tanınmış "Rid" komandası olacaq.

"Bakı"

"Bakı" hazırlığa dünən başlayıb. Yanvarın 9-da Antalyaya yola düşən komandanın hazırlığının birinci mərhələsi 10 gün davam edəcək. Yanvarın 20-də Bakıya qayıdan komanda 3 gündən sonra yenidən Antalyaya yollanır. Fevralın 5-dək Antalyada "Maxx Royal" otelində məskunlaşan "Bakı" futbolçuları toplanışın ikinci mərhələsini burada keçirəcəklər. Komanda bu müddət ərzində 4 yoldaşlıq qarşılaşması keçirməyi planlaşdırır.

"Qəbələ"

Əyalət təmsilçisi yanvarın 9-da Qəbələdə bir araya gələcək. Ertəsi gündən etibarən isə məşqlərə start verilir. Ayın 19-na qədər hazırlıqlar doğma şəhərdə davam edəcək. Komanda daha sonra toplanışın ikinci mərhələsi üçün Antalyaya yollanacaq. "Qəbələ" yanvarın 19-dan fevralın 4-nə qədərki toplanış zamanı ən azı 5 yoxlama oyunu planlaşdırır. Qazaxıstanın "Atırau" və Ukraynanın "Krivbass" klubları ilk oyunlarda komandanın rəqibləri ola bilər. "Qəbələ" son oyununu fevralın 3-nə planlaşdırır.

"Sumqayıt"

Yeni ilə adını dəyişməklə başlayan "Sumqayıt" (keçmiş adı "Sumqayıt Şəhər" - red.) yanvarın 5-dən hazırlığa başlayıb. Komandanın heyətində iki yeni futbolçu da var. "Sumqayıt"ın "Neftçi"dən mövsümün sonuna qədər icarəyə götürdüyü Tərlan Quliyevdən başqa, "TUS Dornberq"dən (Almaniya) transfer olunan 22 yaşlı Azərbaycan əsilli yarımmüdafiəçi Uğur Pamuk da məşqdə iştirak edir. "Sumqayıt"ın hazırlıq mərhələsi iki hissədən ibarətdir. Birinci hissədəki toplanış yanvarın 15-dək Bakıda olacaq. Hazırlığın ikinci hissəsi isə Antalyadadır və yanvarın 30-dək davam edəcək.

"Simurq"

Zaqatala təmsilçisinin də qış hazırlıq planları müəyyənləşib. Premyer Liqanın digər klubları kimi Zaqatala təmsilçisi də Türkiyəyə getməyə qərar verib. Belə ki, bölgə təmsilçisi mövsümün qalan dövrünə Antalyada hazırlaşacaq. Komanda yanvarın 14-də qardaş ölkəyə yola düşür. Sergey Yuranın komandası ayın 31-dək Türkiyədə təlim-məşq toplanışında olacaq.

Bu müddət ərzində "Simurq" üç yoldaşlıq oyunu da keçirəcək. Lakin komandanın rəqibləri hələlik müəyyənləşməyib. Bunun üçün Rusiya və Ukrayna klubları ilə danışıqlar aparılır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Antalya yaxınlığında gəmi saya oturub

Antalyaya uçuş bahalaşır

Antalya incəsənət simpoziumu başlanır

Cazın bakılı şahzadəsi Antalyada

Yeganə toy hazırlığındadır

Bölmənin digər xəbərləri
 
Braziliyalı dünya çempionu Bakıda!
Bakının "Lokomotiv" voleybol klubu heyətini gücləndirməkdə davam edir.

Ən yaxşı futbolçumuz Türkiyə çempionatında?
"Qarabağ"ın futbolçusu Rauf Əliyevin də xaricə üz tutan "axın"a qoşulacağı deyilir

"Neftçi" baxışa 4 futbolçu çağırdı


40 yaşda futbolçu karyerasına son qoydu


World Masters"də 6 cüdoçu ilə


UEFA bəyanat yaydı




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər